Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4119/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, X1 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X5 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: 5R4QM0K), ali təhsilli, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs MMC-nin qanuni təmsilçisi X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ”Məmmədoğlu Group” MMC-nin hüquqi təmsilçisi X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru N.R.Almuradova tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 01 sentyabr 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1092/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(006)-110/2023 saylı, xx.xx.2023cü il tarixli, 43 saylı notariat konturunun 11265 saylı, xx.xx.2022-ci il tarixli, 8i-13492 saylı, xx.xx.2022-ci il tarixli, 8i-13695 saylı icra sənədləri üzrə Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasov tərəfindən icra edilmir. Bununla da, İ.V.Abbasov Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru N.R.Almuradova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs MMC-dən 4422 manat məbləğində pul vəsaiti və 80 manat dövlət rüsumu tutularaq tələbkar F.F.Musayevin xeyrinə ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-467/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi 39.112 manat 40 qəpik pul vəsaiti və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 149 manat 76 qəpik hissəsi Şəxs MMCdən tutularaq tələbkar S.N.İsrafilovun xeyrinə ödənilməlidir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində 0,10 ha ölçüdən ibarət 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarımtikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi borclu Şəxs MMC-nin üzərinə qoyulmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 110/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs MMC ilə iddiaçı X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidməti müqavilə ləğv olunmalıdır. Tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4205 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Məmmədoğlu Group” MMC-dən alınaraq iddiaçı X7 ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunun 11265 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 135.99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13492 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 335 manat 14 qəpik (üç yüz otuz beş manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13695 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 183 manat 16 qəpik (yüz səksən üç manat on altı qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakı bütün icra sənədləri üzrə borclu qismində Şəxs MMC çıxış etdiyindən xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 11265 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13492 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13695 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, 25.01,2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 2(006)-1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 467/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ilə birləşdirlərək vahid nömrə yəni 18245/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan icra sənədləri üzrə müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə tələb müəyyən edilmiş müddətdə könüllü icra olunmadığından “elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, bu zaman borcluya məxsus yalnız bank hesabı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli məktubla banka göndərilmişdir. İcra sənədinin icrasını tam təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixli inkasso sərəncamları icra olunması üçün banka göndərilmiş, lakin hesabda pul vəsaiti olmadığı üçün müsbət nəticə əldə olunmamışdır. Borclu hüquqi şəxsin rəhbəri X9 bir neçə dəfə şöbədə olduğu zaman sənədlərlə tanış olmuş (icra sənədləri, qərar və bildiriş, xəbərdarlıq məktubları, izahatı alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs MMC-nin rəhbəri İ.V.Abbasov barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin 3(006)-1713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə tətbiq edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət olunmuş və ondan izahat alınmışdır. Borclu indiyə qədər ödəniş etmədiyini, yalnız 15 gün sonra ilkin ödəniş edəcəyini bildirmişdir. İş üzrə tələbkarlar şifahi müraciət edərək borclunun indiyə qədər heç bir ödəniş etmədiyini və ödəniş etməkdən yayındığını bildirərək borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilməsini xahiş etmişdirlər. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq İ.V.Abbasov barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru N.R.Almuradova məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, İ.V.Abbasov xx.xx.2022-ci il tarixli, 2(006)-1092/2022 saylı icra sənədinin ödənişindən yayındığı üçün barəsində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli qərarla borclu barəsində olan bütün icra işləri bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi İ.V.Abbasov bildirmişdir ki, icra sənədlərindən məlumatlıdır. Şirkətin maliyyə problemləri olduğundan, fəaliyyətini dayandırdığından və hazırda müvəqqəti fəaliyyət göstərmədiyindən ödəniş olunmamışdır. Borcun hazırda şirkət tərəfindən ödənilmə imkanı yoxdur. Qərarın icrası ilə bağlı qarşı tərəflə müəyyən razılıq əldə olunması üçün çalışır, alınmasa borcu yalnız hissə-hissə ödəyə bilər. Göstərilənləri, borcunu hissə-hissə ödəyəcəyinə söz verməsini nəzərə alaraq barəsində başlamış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.V.Abbasov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkarlar F.F.Musayev və S.N.İsrafilov izahatlarında bildirmişlər ki, onlar icra sənədlərinin tam icra edilməsini tələb edirlər. Lakin borclu İ.V.Abbasov icra sənədlərinin ödənişindən yayınır. Buna görə də sonuncu barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasovun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022ci il tarixli, 8İ-13695 saylı icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən cəmi 183 manat 16 qəpik (yüz səksən üç manat on altı qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13695 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ- 13695 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13492 saylı icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən 335 manat 14 qəpik (üç yüz otuz beş manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13492 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ- 13492 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-11265 saylı icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən 135.99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-11265 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ- 11265 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1092/2022 saylı icra sənədindən görünür ki, Şəxs MMC-dən 4422 manat məbləğində pul vəsaiti və 80 manat dövlət rüsumu tutularaq tələbkar F.F.Musayevin xeyrinə ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1092/2022 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 1092/2022 saylı saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmış və həmin bildirişi borclu xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə qəbul etmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 11.03 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, "xxxx" MMC-yə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1092/2022 saylı saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 467/2023 saylı icra sənədindən görünür ki, cəmi 39.112 manat 40 qəpik pul vəsaiti və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 149 manat 76 qəpik hissəsi Şəxs MMCdən tutularaq tələbkar S.N.İsrafilovun xeyrinə ödənilməlidir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində 0,10 ha ölçüdən ibarət 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarımtikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi borclu Şəxs MMC-nin üzərinə qoyulmalı, Şəxs MMC-dən 4422 manat məbləğində pul vəsaiti və 80 manat dövlət rüsumu tutularaq tələbkar F.F.Musayevin xeyrinə ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-467/2023 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 467/2023 saylı saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmış və həmin bildirişi borclu xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə qəbul etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 110/2023 saylı icra sənədindən görünür ki, Şəxs MMC ilə iddiaçı X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidməti müqavilə ləğv olunmalıdır. Tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4205 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Məmmədoğlu Group” MMC-dən alınaraq iddiaçı X7 ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-110/2023 saylı icra sənədinin icrasına həmin tarixdə başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 110/2023 saylı saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü yerinə yetirməsi borclu "xxxx" MMC-yə təklif edilmiş, həmçinin tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC-yə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-110/2023 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri 43 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13695 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-13492 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-11265 saylı, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1092/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(006)-467/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(006)-110/2023 saylı icra sənədləri bir icraatda birləşdirilmiş və həmin icra sənədlərinə vahid rəqəm verilərək 18245/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1713/2023 saylı qərarından görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasova Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1713/2023 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməyəcəyi təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs MMCdən 4422 manat məbləğində pul vəsaiti və 80 manat dövlət rüsumu tutularaq tələbkar F.F.Musayevin xeyrinə ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-467/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cəmi 39.112 manat 40 qəpik pul vəsaiti və tələbkar tərəfindən ödənilmiş dövlət rüsumunun 149 manat 76 qəpik hissəsi Şəxs MMC-dən tutularaq tələbkar S.N.İsrafilovun xeyrinə ödənilməlidir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində 0,10 ha ölçüdən ibarət 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarımtikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi borclu Şəxs MMC-nin üzərinə qoyulmalıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs MMC ilə iddiaçı X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidməti müqavilə ləğv olunmalıdır. Tikinti işlərinin görülməsi üçün artıq ödənilmiş 4205 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Məmmədoğlu Group” MMC-dən alınaraq iddiaçı X7 ödənilməlidir. 100 manat ekspertiza xərci borclu Şəxs MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunun 11265 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 135.99 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13492 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 335 manat 14 qəpik (üç yüz otuz beş manat on dörd qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13695 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 183 manat 16 qəpik (yüz səksən üç manat on altı qəpik) məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıdakı bütün icra sənədləri üzrə borclu qismində Şəxs MMC çıxış etdiyindən xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 11265 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13492 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2022-ci il tarixli qərarla icrasına başlanılmış Bakı Şəhəri 43 saylı Notariat Kontorunin 8İ-13695 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, 25.01,2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 2(006)-1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin e-2(006)-467/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanılmış Nəsimi Rayon Məhkəməsinin 2(006)- 110/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri ilə birləşdirlərək vahid nömrə yəni 18245/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan icra sənədləri üzrə müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə tələb müəyyən edilmiş müddətdə könüllü icra olunmadığından “elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, bu zaman borcluya məxsus yalnız bank hesabı aşkar edilmişdir. xx.xx.2023cü il tarixdə borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixli məktubla banka göndərilmişdir. İcra sənədinin icrasını tam təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixli inkasso sərəncamları icra olunması üçün banka göndərilmiş, lakin hesabda pul vəsaiti olmadığı üçün müsbət nəticə əldə olunmamışdır. Borclu hüquqi şəxsin rəhbəri X9 bir neçə dəfə şöbədə olduğu zaman sənədlərlə tanış olmuş (icra sənədləri, qərar və bildiriş, xəbərdarlıq məktubları, izahatı alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1092/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs MMC-nin rəhbəri İ.V.Abbasov barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmənin 3(006)-1713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə tətbiq edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə dəvət olunmuş və ondan izahat alınmışdır. Borclu indiyə qədər ödəniş etmədiyini, yalnız 15 gün sonra ilkin ödəniş edəcəyini bildirmişdir. İş üzrə tələbkarlar şifahi müraciət edərək borclunun indiyə qədər heç bir ödəniş etmədiyini və ödəniş etməkdən yayındığını bildirərək borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilməsini xahiş etmişdirlər. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Göstərilənlərə əsasən, məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasovanın rəhbərlik etdiyi MMC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə, borcunun olduğunu etiraf etməsinə baxmayaraq, bugünədək heç bir ödəniş etməməsi, nəticədə icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədiicra məmurutərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda,icra məmuruborclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla).İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmurutərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasov vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasov barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətininağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs MMC-nin qanuni təmsilçisi İ.V.Abbasovun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin qanuni təmsilçisi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4119/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4119/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver