Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4122/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Ədalət Vəkil Bürosunun vəkili Vəkil, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X9 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №1744546 saylı inzibati xəta haqqında protokola görə M.İ.Mustafayeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş uavdada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) və 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyinndə nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına vol verilməsinə görə maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən M.İ.X6 Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4.000 manat cərimə inzibati cərimə tətbiq edilmişdir. Bildirmişdir ki, qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X7 xx.xx.2019-cu il tarixindən 264 nömrəli məktəb-liseydə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixində çalışmanın yaş həddinə, yəni 65 yaş çatmışdır. Buna görə əmək müqaviləsi 2021/2022-ci dərs ilinin sonuna qədər (xx.xx.2022-ci il tarixinə qədər) uzadılmışdır. Daha sonra isə əmək funksiyalarını layiqincə yerinə yetirməsi səbəbindən BŞTİ-nin xx.xx.2022-ci il tarixli 2459-02/10 nömrəli qərarına əsasən onunla bağlanmış müqavilənin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. xx.xx.2022-ci il tarixli, №971-1540 saylı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinin 2-ci bəndinə əsasən M.İ.Mustafayeva Bakı şəhəri 264 nömrəli məktəb-liseyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək direktor vəzifəsinə təyin edilmişdir. Vəzifəsini icra etməyə başladığı gündən ilk icraatlarından biri işçi heyətinin əmək müqavilələrinin qanuna uyğunluğuna və yaxın dövrdə yarana biləcək problemlərə nəzarət olmuşdur. Nəticədə N.M.İbrahimovanın əmək müqaviləsinin müddətinin bitdiyi aydın olmuş və bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevaya xx.xx.2022-ci il tarixli, №261 saylı məktub ünvanlayaraq qeyd etmişdir: “Məktəb-liseyin rəhbərliyi işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirdiyini, bacarığını, məktəbin pedaqoji və texniki işçi kollektivində hörmət qazandığını nəzərə alaraq, N.M.İbrahimovanın müqavilə müddətinin daha bir il (xx.xx.2022-ci il tarixdən) uzadılmasına razılıq verməyinizi xahiş edir.” Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab məktubu yalnız 3 ay sonra verilmişdir. xx.xx.2023-cü il tarixli, №3-29-59/2-369/2023 saylı Təhsil İdarəsinin müdiri M.Vəliyevanm məktubunda qeyd edilmişdir: “...Bakı Şəhəri üzrə Təhsil İdarəsi N.M.İbrahimova ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin rəhbərlik etdikləri məktəbdə xx.xx.2022-ci il tarixdən 2022/2023-cü il tədris ilin sonunadək (xx.xx.2023-cü il tarixədək) uzadılmasına etiraz etmir.” Müddətli əmək müqaviləsi bağlanacaq kadrın sənədlərinin bir daha tərəfinizdən araşdırılması, onların əslinin düzgünlüyünün yoxlanılması və işə qəbulun mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsi Sizə tapşırılır. ... ” Bu məktuba əsasən əmək müqaviləsi yenidən bir illik uzadılmışdır. İnzibati tənbehin əsassızlığı və qanunsuzluğuııa dair dəlillər (İXM 192.1-ci maddəsi barədə) Müddətli əmək müqaviləsinin müddətinin faktiki olaraq bitməsinə baxmayaraq, tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmişdir, bu isə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinin müəyyən olunmuş müddətə uzadılması deməkdir. Həmçinin, xx.xx.2023-cü il tarixli əmək bildirişindən də göründüyü kimi əmək müqaviləsinin tərəfləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və N.M.İbrahimovadır. M.İ.Mustafayeva isə yalnız işə götürənin səlahiyyətlərini yerinə yetirən şəxsdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubların məzmunundan aydın şəkildə görünür ki, əmək müqaviləsinin uzadılması bu səlahiyyətlərə daxil deyildir. Əmək müqaviləsinin uzadılması barədə razılıq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətli şəxsi tərəfindən verilir. M.Mustafayeva isə sadəcə bu barədə texniki işləri görmək tapşırılır. Qeyd edilənlərə əsasən, baş vermiş hadisələrdə ümumiyyətlə İXM 192.1-ci maddəsinin tərkibi yoxdur. Lakin maddənin tərkibi yaransa idi belə M.Mustafayeva inzibati xətanı törətmiş şəxs hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq DƏMX-nin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, şikayətçi M.Mustafayeva N.M.İbrahimovanın əmək haqqısını öz hesabından qeyri-rəsmi şəkildə ödəmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin nümayəndəsi H.A.Quliyev şikayətlə razılaşmayaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol və qərar düzgün qəbul edilmişdir. Belə ki, M.Mustafayeva tərəfindən Əmək Məcəlləsinin 10-1-ci maddəsi pozulmaqla 65 yaş həddinə çatan işçi N.M.İbrahimovanın çalışma müddətinin uzadılması ilə bağlı əmək müqaviləsini yalnız özü imzalamış, həmin maddənin dizpozisiyasında göstərilən “işçinin razılığı əsasında” ilə, yəni həmin müqavilədə işçi N.M.İbrahimovanın imzası olmadan müqavilə bağlamışdır. Bununla da, M.Mustafayeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində göstərilən xətanı törətmişdir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, N.M.İbrahimova xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə M.İ.Mustafayeva tərəfindən cəlb edilmişdir. Buna görə də, M.İ.Mustafayeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 4.000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, № 71-1540 saylı əmrinin surətindən görünür ki, Bakı şəhəri 191 nömrəli tam orta məktəbin direktoru M.İ.Mustafayeva ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi və sonuncu Bakı şəhəri 264 nömrəli məktəb-liseyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək direktor vəzifəsinə təyin edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 264 nömrəli məktəbin direktoru M.İ.Mustafayevaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi N.M.İbrahimova ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin rəhbərlik etdiyi məktəbdə xx.xx.2022-ci il tarixdən 2022/2023-cü ilin tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) uzadılmasına etiraz edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xətai rayonu 264 nömrəli məktəb-lisey üzrə 24№-li əmrdən çıxarışın surətindən görünür ki, N.M.İbrahimova BŞTİ-nin xx.xx.2023cü il tarixli, 3-23-59/2-369/2023 nömrəli məktubuna əsasən xx.xx.2022-ci il tarixdən 2022- 2023-cü tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) müddətli əmək müqaviləsi bağlanılmışdır. (imza edənlər: məktəb-liseyin direktoru: M.İ.Mustafayeva). Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, M.İ.Mustafayeva N.M.İbrahimovanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də, M.İ.Mustafayeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 4.000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, M.İ.Mustafayeva işçi N.M.İbrahimova ilə xx.xx.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanılarkən müqavilə yalnız birtərəfli şəkildə, yalnız M.İ.Mustafayeva tərəfindən imzalanmış müqavilənin digər tərəfi olan işçi N.M.İbrahimovanın imzası göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10- 1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10- 1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Bununla da məhkəmə hesab edir ki, M.İ.Mustafayeva tərəfindən işçi N.M.İbrahimovanın müddətli əmək müqaviləsi sonuncunun imzası olmadan birtərəfli şəkildə bağlanılmış və nəticədə M.İ.Mustafayeva əmək qanunvericiliyin normalarını kobud şəkildə pozmuşdur. Beləliklə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, M.İ.Mustafayeva tərəfindən əmək qanunvericiliyinin normaları gözlənilməmiş, işçi N.M.İbrahimova ilə əmək müqaviləsi ilə bağlanılmadan sonuncu əməyə cəlb edilmiş və əsaslı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, direktor M.İ.Mustafayeva tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq işçi N.M.İbrahimova ilə əmək müqaviləsi ilə bağlanılmadan əməyə cəlb edilmişdir. Buna görə də, direktor M.İ.Mustafayeva barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan şikayətçi M.İ.Mustafayevanın nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 nümayəndəsi və vəkili Ədalət Vəkil Bürosunun vəkili Vəkil şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4122/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4122/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver