Məhkəmə qərarları › İş №3(006)-4132/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4132/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4132/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 22.515,30 Avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22.515,30 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi S.Z.Qasımov bildirmişdir ki, Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmiş və 28 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsassız tərtib edildiyindən qanunsuzdur. Həmin protokolu dövlət orqanının öncədən hər hansı araşdırma aparmadan sahibkarlıq fəaliyyətlərinə əsassız müdaxilə kimi qiymətləndirirlər. Belə ki, 28 avqust 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur: “X9 ” MMC 22,515.30 Avro məbləğində vəsaiti 18 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22,515.30 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 Avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt protokola əlavə edilmiş sənədlər (bank tərəfindən təqdim edilmiş məktub, köçürmə haqqında ərizə, köçürmənin təyinatını əks etdirən müqavilə və s.) ilə təsdiq edilir. Prokotolda istinad olunan “2 il müddəti” Azərbaycan Respublikası Mərkəzi X3 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-cü bəndindən götürülübdür. Qaydaların 4.3.1.3.-ci bəndi aşağıdakıları qeyd edir: “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Xüsusilə vurğulanmalıdır ki, “2 il müddətinə” istinad edən yuxarıda göstərilən Qaydaların 4.3.1.3-ci bəndi həmin Qaydaların 4.3.1.ci bəndinin altbəndidir. Qaydaların 4.3.1-ci bəndi isə bunu vurğulayır: “Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:”. Digər sözlərlə, “2 il müddətinə” istinad edən Qaydaların 4.3.1.3. saylı altbəndi üzrə ödənişlər (əməliyyatlar) həmin Qaydaların 4.3.1. saylı üst-bəndi ilə müəyyən olunan məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişlər (əməliyyatlar) kateqoriyasına aid olunur. Qaydaların 4.3.1. saylı üst-bəndi ümumilikdə beş altbəndini tənzimləyir: 4.3.1.1-dən 4.3.1.5-dək və bunların hamısı məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişləri (əməliyyatları) tənzimləyir. Bildirmişdir ki, “X10” MMC öz fəalivətini həm Azərbaycanda həm də xaricdə tikinti-insaat sahəsində aparır və mütəmadi olaraq beynəlxalq inşaat tenderlərində iştirak edir. Hazırkı məhkəmə işinin predmeti də Şəxs MMC-nin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. Belə ki, X5 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X12 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz (A380 Kunqrad-Daut- Ata hissəsi - 240 km), 964-1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi olan “X9“ MMC 05 aprel 2021-ci il tarixdə həmin tenderin nəticələrinə görə layihə üzrə sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəznində Yollar Komitəsi ilə üç lot (hissə) üzrə müvafiq Podrat Müqavilələrini (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Layihənin icrası hal-hazırda da davam edir. Xüsusilə qeyd olunmalıdır ki, podrat müqavilələri üzrə bütün ödənişlər sifarişçi tərəfindən ABŞ dollarında birbaşa Şəxs MMC-nin "xxxx" ASC-də olan bank hesabına ödənilir. Xaricdən Azərbaycana daxil olan həmin xarici valyuta vəsaiti hesabına da Şəxs MMC Sifarişçi qarşısında layihə üzrə müqavilə öhdəliklərini icra etmək məqsədilə müvafiq mal və xidmət təchizatçılarına onlarla olan müqavilələr əsasında xarici valyuta ödənişlərini heyəta keçirir ki, müvafiq mal və xidmətlər layihənin icra olunduğu ölkəyə tədarük edilsin. Belə ki, 18 avqust 2021-ci il tarixdə Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, NWC- 2108-00098 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC-dəkı bank hesabından satıcı təşkilat Türkiyənin “X15 X8”-nə həyata keçirilən 22.515.30 Avro məbləğində ödəniş məhz yuxarıda göstərilən beynəlxalq tenderin nəticəsində “X9” MMC-nin qazandığı layihənin icrası məqsədilə həyata keçirilmişdir. Həmin alqı-satqı müqaviləsi üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi layihənin həyata keçirilən ölkə olan Özbəkistana həyata keçirilmişdir. Belə ki, müqavilə üzrə alınan malların “X9“ MMC-nin Özbəkistanda icra etdiyi layihə üçün nəzərdə tutulduğu birbaşa müqavilənin preambulasında tam aydın səkildə vurğulanıbdır. 22,515.30 Avro məbləğində 18 avqust 2021-ci il tarixli ödəniş Azərbaycan Respublikası Mərkəzi X3 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının (Qaydalar) 4.3.4-1-ci bəndinə əsasən rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələrə aiddir. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alman mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir. Belə ki, bütün müvafiq məlumatlar Şəxs MMC tərəfindən "xxxx" ASC-yə dolğun şəkildə zamanında təqdim edilmişdir. Hesab edirlər ki, məhkəmə işinin predmeti olan 22,515.30 Avro məbləğində 18 avqust 2021-ci il tarixli xarici valyuta köçürməsi tam qanuni şəkildə sözügedən Qaydaların 4.3.4-1-ci bəndinə əsasən icra edilmiş, həmin Qaydaların 4.3.1-ci bəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə əməliyyatlar kategoriyasına aid deyildir və bununla Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti üçün əsas yoxdur. Bunda başqa, hal-hazırda Özbəkistanda icrası davam edən iri miqyaslı beynəlxalq layihə timsalında Şəxs MMC, Azərbaycanın bir sahibkarlıq subyekti olaraq, öz peşəkar xidmətlərini ixrac etməklə və ölkənin bank sisteminə xarici valyutanın mədaxil olunmasına səbəb olmaqla, ölkənin iqtisadiyyatına və onun ixrac potensialının güclənməsinə əhəmiyyətli töhfə verdiyini hesab edirlər. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göründüyü kimi Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Əks halda, həmin sənədlər Bank tərəfindən nəzərə alınaraq, MMC-nin barəsində inzibati xəta haqqında protokol da tərtib edilməzdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış və məhləmə iclasında təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, NWC-2108-00098 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Şəxs MMC və Türkiyə Respublikasında yerləşən “X15 Sanayi Anonim şirkəti” arasında bağlanılmış, müqavilə bağlanmasına səbəb Özbəkistan Respublikasının Quzar-Buxara-Nukus-Beyney ərazilərində 240 km yolun çəkilməsi olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə Özbəkistan Respublikası Yol Komitəsi yanında Respublika Yol Fondu (bundan sonra sifarişçi) və digər tərəfdən “X16 San və Tic A.Ş.” və “X4” MMC arasında bağlanılmış, sifarişçi 1004-1044-cü km-i (40 km) əhatə edən KRP/OCB/CW-01-lot, X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol Layihəsi (A380Kunqrad Daut- Ata Bölməsi – 240 km) kimi tanınan işlərin icraçı tərəfindən icra olunmasını istəyir və bu işlərin icra olunması və tamamlanması və hər hansı qüsurların aradan qaldırılması üçün icraçı tərəfindən verilən təklifi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 2020-ci ilin yanvar ayının Özbəkistan Respublikası Nəqliyyat Nazirliyi yanında avtomobil yolları komitəsinin təklif sənədindən görünür ki, işlərin satın alınması üçün bu təklif sənədi Özbəkistan Respublikası Nəqliyyat Nazirliyi yanında Yol Komitəsi tərəfindən hazırlanıb və X13 tərəfindən 2018-ci ilin iyun ayında verilmiş işlərin satın alınması üzrə standart təklif sənədinə (SBD işləri) əsaslanır. X5 SBD işləri, ADB üçün spesifik ödənişlərdə dəyişiklik tələb edildiyi hallar istisna olmaqla, çoxtərəfli inkişaf bankları və digər ictimai beynəlxalq maliyyə təşkilatları tərəfindən hazırlanmış struktura və “İşlərin Satın alınması üzrə Təklif Sənədləri” adlı əsas satınalma sənədinin müddəalarına malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 03-764 saylı qəbul məktubundan görünür ki, X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol layihəsi (A380 Kunqrad Daut-Ata Bölməsi – 240KM) – Paket 1: KRP/OCB/CW-01, həmin layihənin icrası üzrə xx.xx.2020-ci il tarixli təklifə KRP/OCB/CW-01-Lot 1 yolun 964-1004-cü km (40 km) bölməsini əhatə edir, aşağıdakı ekvivalentdə qəbul edilmiş müqavilə məbləği üçün 964- 1004-cü km (40 km) yol bölməsi üçün Lot 1 (KRP/OCB/CW-01-Lot 1) 36.417.171.77 ABŞ dolları, bu dəyərə gömrük rüsumu üçün 2.100.000 ABŞ dolları və gözlənilməz hallar üçün 3.310.651.98 ABŞ dolları müvəqqəti məbləğ daxildir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 03-765 saylı qəbul məktubundan görünür ki, X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol layihəsi (A380 Kunqrad Daut-Ata Bölməsi – 240KM) – Paket 1: KRP/OCB/CW-01, həmin layihənin icrası üzrə xx.xx.2020-ci il tarixli təklifə KRP/OCB/CW-01-Lot 1 yolun 964-1004-cü km (40 km) bölməsini əhatə edir, aşağıdakı ekvivalentdə qəbul edilmiş müqavilə məbləği üçün 1004- 1044-cü km (40 km) yol bölməsi üçün Lot 2 (KRP/OCB/CW-01-Lot 2) 34.475.016.02 ABŞ dolları, bu dəyərə gömrük rüsumu üçün 2.000.000 ABŞ dolları və gözlənilməz hallar üçün 3.134.092.37 ABŞ dolları müvəqqəti məbləğ daxildir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 03-766 saylı qəbul məktubundan görünür ki, X6 İqtisadi Əməkdaşlıq (CAREC) Dəhliz 2 Karakalpakstan Yol layihəsi (A380 Kunqrad Daut-Ata Bölməsi – 240KM) – Paket 1: KRP/OCB/CW-01, həmin layihənin icrası üzrə xx.xx.2020-ci il tarixli təklifə KRP/OCB/CW-01-Lot 1 yolun 964-1004-cü km (40 km) bölməsini əhatə edir, aşağıdakı ekvivalentdə qəbul edilmiş müqavilə məbləği üçün 1004- 1084-cü km (40 km) yol bölməsi üçün Lot 3 (KRP/OCB/CW-01-Lot 3) 36.732.482.12 ABŞ dolları, bu dəyərə gömrük rüsumu üçün 2.000.000 ABŞ dolları və gözlənilməz hallar üçün 3.339.316.26 ABŞ dolları müvəqqəti məbləğ daxildir. İş materiallarına əlavə edilmiş "xxxx"ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № PB-OUT-06134-2023 saylı məktubundan görünür ki, Şəxs MMC olaraq, tərəfinizdən xx.xx.2021-ci il tarixli, NWC-2108-00098 savlı alqı-satqı müqaviləsi əsasında (əlavə 1) "xxxx" ASC-də açılmış bank hesabınızdan 22.515.30 Avro məbləğində ödəniş Azərbaycan Respublikası Mərkəzi X3 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na (Qaydalar) əsasən həyata keçirilmişdir. Ödəniş icra edilməsi zamanı ödənişin beynəlxalq tender əsasında əməliyyatın olması barədə məlumat Bankda olmadığından ödəniş avans üzrə köçürmə kimi aparılmış və iki illik müddət bitənə yaxın avans məbləğinin bəyan edilməsi istənilmişdir. Qeyd olunan müddət bitdikdə avans məbləği bəyan edilmədiyi üçün müvafiq məlumatlar Azərbaycan Respublikasının Mərkəzi bankına təqdim edilmişdir. Eyni zamanda avansın bəyan edilməsi zamanı tərəfinizdən bildirmişdir ki, həyata keçirilən ödəniş beynəlxalq tender nəticəsində Şəxs MMC-nin qazandığı layihənin icrası məqsədilə aparılmış və həmin alqı-satqı müqavilələri üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi layihənin həyata keçirildiyi ölkə olan Özbəkistana icra edilmişdir. Əlavə olaraq qeyd etmişlər ki, tərəfinizdən daha sonra təqdim olunan sənədlərə əsasən ödənişin faktiki olaraq Qaydaların 4.3.4-1-ci bəndinə uyğun olaraq rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı ödəniş olması Bank tərəfindən müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx"ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № PB-OUT-06250-2023 saylı məktubundan görünür ki,Şəxs MMC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, NWC-2108-00098 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC-də açılmış bank hesabından xx.xx.2021-ci il tarixdə 22,515.30 Avro məbləğində Azərbaycan Respublikası Mərkəzi X3 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na (Qaydalar) əsasən ödənişlər həyata keçirilmişdir. Ödəniş icra edilməsi zamanı ödənişin beynəlxalq tender əsasında əməliyyatın olması barədə məlumat Bankda olmadığından ödənişlər avans üzrə köçürmə kimi aparılmış və iki illik müddət bitənə yaxın avans məbləğinin bəyan edilməsi istənilmişdir. Qeyd olunan müddət bitdikdə avans məbləği bəyan edilmədiyi üçün müvafiq məlumatlar Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. Eyni zamanda avansın bəyan edilməsi zamanı MMC tərəfindən bildirilmişdir ki, həyata keçirilən ödənişlər beynəlxalq tender nəticəsində Şəxs MMC-nin qazandığı layihənin icrası məqsədilə aparılmış və həmin alqı-satqı müqavilələri üzrə malların idxalı Azərbaycana yox, müqavilədə nəzərdə tutulduğu kimi layihənin həyata keçirildiyi ölkə olan Özbəkistana icra edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, MMC tərəfindən daha sonra təqdim olunan məlumata və sənədlərə əsasən, X5 maliyyələşdirdiyi və Özbəkistan Respublikasında həyata keçirilən X12 İqtisadi Əməkdaşlıq (CAREC) üzrə Qaraqalpaqıstan Yol Layihəsi 2-ci Dəhliz (A380 Kunqrad-Daut-Ata hissəsi - 240 km), 964- 1084-cü km avtomobil yolunun tikintisi Layihəsi üzrə beynəlxalq tenderin qalibi elan edilmiş və MMC ilə həmin tenderin nəticələrinə görə layihə üzrə sifarişçi təşkilat olan Özbəkistan Respublikasının Dövlət Yol Fondu nəzdində Yollar Komitəsi ilə üç lot (hissə) üzrə 05 aprel 2021-ci il tarixində Podrat Müqavilələri (Lot 1: ***-**** km, Lot 2: 1004-1044 km, Lot 3: 1044-1084 km) imzalamışdır. Bu səbəbdən sadalanan ödənişlərin faktiki olaraq Qaydaların 4.3.4-1-ci bəndinə uyğun olaraq rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı ödənişlər olması Bank tərəfindən müəyyən edilmişdir. Təqdim olunmuş sənədlər və məlumatlar əsasında “X14” MMC tərəfindən 2021-ci ildə yuxarıda qeyd olunmuş layihə üzrə həyata keçirilmiş və avans kimi qeydə alınmış köçürmələrin tenderlə bağlı köçürmələr kimi qəbul edilməsinə rəy bildirilməsi üçün bank tərəfinsən Mərkəzi Banka müraciət edilmiş və müraciətlərinə müsbət rəy təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC Özbəkistan Respublikasında yol tikintisi tenderində iştirak etmiş və nəticədə tenderin qalibi olmuşdur. Bundan sonra layihə çərçivəsində yol çəkilməsinə başlanılmış və Şəxs MMC-nin Türkiyə Respublikasında xarici partnyoru olan “X15 Sanayi Anonim şirkəti”nə yol çəkilməsində lazım olan ləvazimatlar sifariş edilmiş və həmin şirkətin hesabına 22.515,30 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra sifariş edilmiş mallar istifadə edilməsi üçün Özbəkistan Respublikasına göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, “X10“ MMC öz fəaliyyətini həm Azərbaycanda həm də xaricdə tikinti-inşaat sahəsində aparır və mütəmadi olaraq beynəlxalq inşaat tenderlərində iştirak edir. Hazırkı məhkəmə işinin predmeti də “X9“MMCnin Özbəkistanda qalib olduğu beynəlxalq inşaat tenderinin nəticəsinə müvafiq olaraq həyata keçirdiyi layihə ilə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə (Özbəkistana) tədarük edilməsi məqsədilə icra edilmiş köçürmədir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-ci bəndinə əsasən “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər Ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Həmin Qaydanın 4.3.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar:”. Digər sözlərlə, “2 il müddətinə” istinad edən Qaydaların 4.3.1.3. saylı altbəndi üzrə ödənişlər (əməliyyatlar) həmin Qaydaların 4.3.1. saylı üst-bəndi ilə müəyyən olunan məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişlər (əməliyyatlar) kateqoriyasına aid olunur. Qaydaların 4.3.1. saylı üst-bəndi ümumilikdə beş altbəndini tənzimləyir: 4.3.1.1-dən 4.3.1.5-dək və bunların hamısı məhz Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlərə görə ödənişləri (əməliyyatları) tənzimləyir. Məhkəmə bununla qeyd edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)“inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar