Məhkəmə qərarları › İş №3(006)-4137/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4137/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4137/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 vəkili X4, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə ünvanladıqları xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlər əsasında müvafiq olaraq 40640 kq limon, 963 kq qreypfrut, 2448 kq portağal, 204215 kq limon, 2888 kq qreypfrut, 863 kq naringi, 9425 kq portağal məhsul partiyaları barədə müvafiq araşdırmalar aparılmış və qərar qəbul olunmuşdur. Həmin qərar əsasında sertifikatın verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri tərəfindən sözügedən qərarlar əsasında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəmdələri tərəfindən həmin protokol əsasında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmış və həmin qərarla, "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X1 Laboratoriyası tərəfindən verilmiş sınaq protokollarına baxış keçirilərkən onlar tərəfindən olunan müraciət tarixləri ilə sınağın bitdiyi və protokolun təsdiq tarixləri, həmçinin həmin nəticələr əsasında qərarın çıxarılaraq onlara təqdim edilməsi ortalama 20 gün müddət çəkmişdir. Həmin tarixdə onlar sahibkar olaraq, həmin məhsulları havanın temperaturunun isti keçdiyi vaxtlarda necə saxlaya bilərdilər? Həmçinin, onlara gec cavab daxil olduğu üçün həmin məhsulların xarab olmasını gözləmədən, artıq laboratoriya nəticələrinin müsbət olduğunu düşünərək həmin məhsulların satışını həyata keçirmişlər. Tərəfi vaxtında məlumatlandırmaq inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət qurumunun vəzifəsi olmasına baxmayaraq, gec cavab verdiyi və məsələ ilə bağlı uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirdiyi üçün məsuliyyəti həmin orqanın nümayəndələri daşıyır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçinin vəkili X7 şikayəti müdafiə edərək əlavə olaraq bildirmişdir ki, məhsullardan zəruri nümunələr götürülmüş, kifayət qədər müddət keçmişdir ki, mallar yoxlanılsın. Mallar satışa çıxarıldıqdan sonra məhsulların ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən məlumat daxil olmuşdur. Məhsullar satıldığı üçün isə həmin qərarlar icra olunmamış və bu səbəbdən də, inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan əlavə, analiz olunan məhsulun tərkibində aşkar olunan “sitrus tris-teza” virusu insan orqanizminə zərərli deyil, lakin torpağın virusoloji və bakterioloji xarakter xüsusiyyətinə ziyan vurur. Eyni zamanda, inzibati xəta haqqında protokolda da qeyri-müəyyənlik var, xətanı törədənin fiziki və ya hüquqi şəxs olduğu aydın deyil. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş qurumun nümayəndəsi X6 izahatında bildirmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlər əsasında müvafiq olaraq 40640 kq limon, 963 kq qreypfrut, 2448 kq portağal, 204215 kq limon, 2888 kq qreypfrut, 863 kq naringi, 9425 kq portağal məhsul partiyalarına qida təhlükəsizliyi sertifikatlarının verilməsini xahiş etmişdir. İdxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunmuş və buna görə də məhsul partiyaları qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bununla əlaqədar müvafiq sertifikatların verilməsindən imtina olunmuş və həmin malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunmuşdur. Lakin şirkət tərəfindən bu məhsullar satıldığından qərarlar icra olunmamış, bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və bu sənədlər əsasında "xxxx" MMC-nin direktoru X5 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 4000 manat məbləğində cərimə olunmuş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən edilmişdir. Həmçinin, qeyd edir ki, laboratoriya nəticələri ilə bağlı gecikmələr olmamış, bu müddət ərzində virusoloji və bakterioloji müayinələr aparılmışdır. Laboratoriya nəticələrinin çıxması 01 ay müddətində də mümkündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”na əsasən çətin və uzunmüddətli tədqiqatlar (virusoloji, bakterioloji, fitopatoloji, helmintoloji, rentgenoqrafik) aparılan zaman, karantin nəzarətində olan materialların ekspertizaya verilməsi və onların karantin vəziyyəti haqqında rəyin gecikdirilməsinin maksimum müddəti bir aydan artıq olmamalıdır. Göstərilənıərə əsasən şikayətin rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli, 328/FN nömrəli qərarına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD ********** və xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciətlər əsasında idxal olunan ümumi 40640 kq limon, 963 kq qreypfrut və 2448 kq portağal məhsulu partiyasının dövriyyəsinin dayandırılması, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD ********** və xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 40640 kq limon, 963 kq qreypfrut və 2448 kq portağal məhsulunun 10 (on) gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbir barədə Agentliyin Bakı Regional Bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli, 337/FN nömrəli qərarına əsasən, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli və xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 204215 kq limon, 2888 kq qreypfrut, 863 kq naringi və 9425 kq portağal məhsulu partiyasının dövriyəssinin dayandırılması, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli və xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 204215 kq limon, 2888 kq qreypfrut, 863 kq naringi və 9425 kq portağal məhsullarının 10 (on) gün müddətində ticarət şəbəkələrindən geri çağırılması və göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı Regional Bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarda göstərilir ki, idxal olunan qida məhsulları partiyaları barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 328/FN saylı, və xx.xx.2023-cü il tarixli, 337/FN saylı qərarlar icra edilmədiyindən "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmiş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə xx.xx.2023-cü il tarixli, İD********** nömrəli, xx.xx.2023-cü il, İD********** tarixli, xx.xx.2023-cü il tarixli, İD İD**********, xx.xx.2023-cü il tarixli, 19********** nömrəli, xx.xx.2023-cü il tarixli, 10********** nömrəli, xx.xx.20223-cü 1l tarixli, 1D********** nömrəli, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlər əsasında müvafiq olaraq 40640 kq limon, 963 kq qrefrut, 2448 kq portağal, 204215 kq limon, 2888 kq qreyfrut, 863 kq naringi, 9425 kq portağal məhsul partiyalarına qida təhlükəsizliyi sertifikatlarının verilməsini xahiş etmişdir. İdxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunmuş və buna görə də məhsul partiyaları qanunvericiliyin tələblərinə cavab verməmişdir. Bununla əlaqədar müvafiq sertifikatların verilməsindən imtina olunmuş və həmin malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunmuşdur. Lakin şirkət tərəfindən bu məhsullar satıldığından qərarlar icra olunmamış, bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və bu sənədlər əsasında "xxxx" MMC-nin direktoru X5 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarla daha ağır tənbehə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi üzrə təqsirli bilinərək 4000 manat məbləğində cərimə olunmuş, eyni zamanda cərimə şərti tətbiq edilərək törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3 gün vaxt müəyyən edilmişdir. "xxxx" MMC idxal etdiyi qida məhsullarına müvafiq sertifikatlar almadan onların satışını artıq həyata keçirdiyindən, bu malların gömrük ərazisindən kənara çıxarılması və ya məhv edilməsinin tələb olunması məntiqli və icrası mümkün olan görünmür. Belə olan halda məhkəmə hesab edir ki, qanun pozuntusuna yol vermiş şəxsin əməlinə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin tələbləri baxımından hüquqi qiymətin verilməsi daha məqsədəuyğun olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); - Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.1-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar