Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4138/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin polis sahə inspektoru, polis kapitanı – X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də tərtib olunmuş iş materialları baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X5 məxsus mobil telefonunu oğurlamış, onun 200 manat pulunu kart vasitəsi ilə mənimsəyərək Şəxs dələduzluq etmişdir. Nəticədə, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİnin 19-cu PŞ-nin polis sahə inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, vətəndaş X7 DİN-nin 102 xidmətinə məlumat verərək və Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, ünvan 2 ünvanda əvvəllər tanıdığı Şəxs tərəfindən «Xiomi» markalı mobil telefonunun və 20 manat pulunun oğurlandığını bildirmişdir. Araşdırma zamanı X7 ümumilikdə ona 420 manat zərər dəydiyini bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 və Şəxs 10 ildir ki, bir-birlərini tanımış, Niftullayev müxtəlif ünvanlarda təmir işləri görmüş və Şəxs isə ona gəlib kömək etmiş və bunun müqabilində gündəlik zəhmət haqqını almışdır. Nizami Sədiyə təmir işlərinin aparılması üçün müəyyən avadanlıqların alınması üçün 20 manat pul vermiş, Nizami həmin əşyaları almaq üçün həmin mənzildən çıxarkən Nizamiyə məxsus «Xiaomi» markalı mobil telefonu da götürmüş və bir daha geri qayıtmamış, öz yaşadığı mənzilə getmiş və həmin mənzildən təmir edilən ev sahibinə zəng edərək uşağının xəstə olmasını bildirib Nizami Niftəliyevin adından 200 manat pul almış və daha sonra isə Nizami Niftəliyevin qohumuna zəng edərək eyni məzmunlu yalan danışmaqla qohumundan 150 manat pul almışdır. Hazırda Şəxs Nizami Niftəliyevə məxsus «Xiaomi» markalı mobil telefonu qaytarsa da, Nizami Niftəliyevin adından ev sahibindən və aldığı 200 manatı və qohumundan aldığı 150 manatı qaytarmamışdır. X1rşı 350 manat dəyərində maddi ziyan vurmuşdur. Təhqiqatçı tərəfindən faktla bağlı araşdırma aparılmış, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda göstərilən hadisəsini törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu bildirmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, ustalıq edərək ailəsinə baxır, Şəxs xeyli vaxdır ki, tanıyır, Şəxs onun yanında fəhləlik etmiş və həmin işinin müqabilində onun gündəlik pulunu ödəmişdir. Şəxs sonuncu dəfə ünvan 3 ünvanda təmir işləri apardığı mənzilə dəvət etmişdir. Orada ona ev üçün lazım olan ləvazimatların alınması üçün ona 20 manat pul vermiş, Sədi həmin əşyaları almaq üçün gedərkən onun telefonunu da götürmüş və sonra geri qayıtmamışdır. Sədi zərərçəkmişin telefonu vasitəsi ilə təmir etdikləri evin sahibinə zəng edərək onun adından 200 manat və sonradan isə zərərçəkmişin qohumlarından birinə zəng vuraraq isə ondan da 150 manat pul almışdır. Bundan sonra Sədi birdə gəlməmişdir. Sonradan Şəxs zərərçəkmişə məxsus mobil telefonu və 20 manat pulunu oğurlaması barədə şikayət etmişdir, həmin şikayətdən sonra, Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmış və həmin dövrdə Sədi onun mobil telefonunu qaytarsa da, götürdüyü pulları geri qaytarmamış və əvəzində həmin pulları zərərçəkmiş ödəmiş, ümumilikdə 370 manat ziyan dəymişdir. Dəymiş ziyanı tələb etdiyini, ödəmədiyi halda isə barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati qaydada tutma haqqında protokoluna əsasən, Şəxs həmin tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «29» sentyabr 2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4138/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4138/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver