Məhkəmə qərarları › İş №3(006)-4142/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4142/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4142/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin direktoru Rəna Məlikova tərəfindən 26 iyul 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 208800,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 162550,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 yazılı ərizə verərərk izahatında göstərmişdir ki, “GBV İMPİANTİ S.R.L.” şirkəti və Şəxs MMC arasında 07 iyun 2019-cu il tarixli 8679R2/2Q19 saylı alqı-satqı haqqında müqavilə bağlanmışdır. 07 iyun 2019-cu il tarixli 8679R2/2019 saylı alqı-satqı haqqında müqavilə əsasında ümumi dəyəri 208.800,00 Avro təşkil edən Hesab-Faktura təqdim edilmişdir və “Agrarco" MMC həmin Hesab-Faktura üzrə 06 iyul 2021-ci il tarixində ödəniş həyata keçirmişdir. “GBV İMPİANTİ S.R.L.” şirkəti isə öz növbəsində **********3272 saylı gömrük bəyannaməsinə əsasən malları Zaqatala rayonu, Lahıc kəndinə çatdırmışdır. Bildirir ki, Şəxs MMC-yə məxsus **********9179 nömrəli yük gömrük bəyannaməsində texniki səhv olaraq 44-cü bənddə müqavilə nömrəsi yalnız 02/2018 qeyd edilməsinə baxmayaraq, həmin bəyannaməyə aid olan 9 ədəd invoysdan 4 ədədi (21003, 21004, 21005, 21006 nömrəli) 02/2018 nömrəli, 11 aprel 2018-ci il tarixli müqaviləyə (gömrük kodu: 1********), 5 ədədi (21008, 21009, 21010, 21011, 21012 nömrəli) isə 8679R2/2019 nömrəli, 07 iyun 2019-cu il tarixli müqaviləyə aiddir. Bu səbəbdən 8679R2/2019 nömrəli, 07 iyun 2019-cu il tarixli müqavilə ilə banka ödədiyimiz avans məbləği həmin müqaviləyə aid yük gömrük bəyannaməsi olmadığından bağlanmamışdır. **********9179 nömrəli yük gömrük bəyannaməsinə 8679R2/2019 nömrəli, 07 iyun 2019-cu il tarixli müqavilənin əlavə olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinə 157/2023 saylı, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Cavab olaraq Balakən Gömrük İdarəsi **********9179 nömrəli gömrük bəyannaməsinin qoşma vərəqəsinin 4013 nömrədə düzəliş etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində 26 iyul 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinin tələblərini nəzərə alaraq, həmin protokol üzrə qərarın çıxarılması məqsədilə işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yönəltmişdir. Şəxs MMC ödənişi etdikdən sonra tələb olunan mallar idxal edilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “GBV İMPİANTİ S.R.L.” şirkətinin müvafiq bank hesabına 208800,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli 208.800,00 Avro avans ödənişdən qalan 162.550,00 Avro qalıq məbləğ **********9179 yük gömrük bəyannaməsi əsasında 12 sentyabr 2023-cü il tarixində tam bəyan edildiyi qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş 10 iyul 2021-ci il tarixli, **********3272 saylı və 09 aprel 2021-ci il tarixli, **********9179 saylı gömrük bəyannamələrinin surətindən görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 162550,00 Avro məbləğində mallar ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 26 iyul 2023-cü il tarixdə tərtib edilən zaman artıq Şəxs tərəfindən 162.550,00 Avro məbləğində məhsul ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar