Məhkəmə qərarları › İş №3(006)-4143/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4143/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4143/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 12 iyul 2023-cü i! tarixli MN ******* nömrəli və 24 iyul 2023-cü il tarixli MN ******* nömrəli qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə onun barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 24 İyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas olaraq onun işə götürən olaraq işçisi X9 ilə icbari sığorta müqaviləsinin bağlanmaması qeyd edilmişdir. Hesab edir ki, inzibati xətanın törədilməsinə dair qərar qanunsuz və əsassız olduğundan qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və müvafiq münasibətləri tənzimləyən sahə va qanunvericilik aktlarının normalarına və təməl prinsiplərinə tamamilə uyğun olmadığından ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən, xx.xx.2023-cü il tarixli 3-17-5/2- 22929/2023 nömrəli məktub Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olmuşdur. Daxil olmuş məktub öyrənilərkən müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının mülki işçisi X3 Baş Klinik Hosptalında əmək hüquqlarının pozulmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində aparılan yoxlama zamanı inzibati xətanın əlamətlərinin olmasının müəyyən edilməsi bildirilmiş, lakin aşkar olunmuş inzibati xətanın əlamətlərinin nədən ibarət olması məktubda qeyd olunmamış, araşdırılması üçün Baş Klinik Hosptal rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin X13 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunması qeyd olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunan, Baş Klinik Hospitalın səlahiyyətli nümayəndəsi ilə qeyd olunan qurumun əməkdaşı arasında aparılan müzakirələr zamanı, mülki işçi X3 Baş Klinik Hosptalında hansı səbəbdən əmək hüquqlarının pozulmasına aydınlıq gətirilərkən məlum olmuşdur ki, X13 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən Baş Klinik Hospitalının mülki işçisi X3 “Təhlil.alt" sistemində qeydiyyatda olub olmaması yoxlanılarkən, sistemdə sonuncuya dair məlumatlar və eləcə də müqavilə göstərilməmiş, lakin məlum olmayan səbəblərdən, müzakirələr zamanı qeyd olunanlar Baş Klinik Hospitalına göndərilmiş müvafiq məktubda rəsmi formada qeyd olunmamış, ancaq şifahi formada müzakirə zamanı hospitalın səlahiyyətli nümayəndəsinə bildirilmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 8/2116 nömrəli məktubdan görünür ki, Azərbaycan Ordusunun hərbi hissə, müəssisə və təşkilatlarında işləyən mülki işçilər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasına dair Müdafiə Nazirliyi ilə "xxxx" sığorta şirkəti arasında 2023-cü il üçün mərkəzləşdirilmiş qaydada xx.xx.2022-ci il tarixdə 02025271-22 nömrəli müqavilə bağlanılmış və qeyd edilən müqaviləyə uyğun olaraq mülki işçilərin icbari sığortalanması üçün “Qala Həyat" sığorta şirkətinə Müdafiə Nazirliyi tərəfindən mütamadi olaraq mərkəzləşmiş qaydada icbari sığorta haqqı köçürülür. Müdafiə Nazirliyinin mülki işçiləri keçən illərdə də eyni qaydada icbari sığorta olunmuşlar və hal- hazırda Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında işləyən mülki işçilər üzrə baş vermiş sığorta hadisəsi ilə bağlı ödənişlər “Qala Həyat" sığorta şirkəti tərəfindən müvafiq qaydada qarşılanır. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Baş Klinik Hospitalından, "xxxx" sığorta şirkətinə məktub ünvanlanaraq, Müdafiə Nazirliyi ilə "xxxx" sığorta şirkəti arasında mərkəzləşdirilmiş qaydada bağlanmış müqaviləyə əsasən, Baş Klinik Hospitalının mülki işçisi X3, "xxxx" sığorta şirkətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanıbsığortalanmamasına dair müqavilənin nömrəsinin və digər zəruri məlumatların Baş Klinik Hospitalına göndərilməsi bildirilmiş və xx.xx.2023-cü il tarixdə "xxxx" sığorta şirkətindən Baş Klinik Hospitalına təqdim olunmuş məktubda, X3 (FİN-3E3Z5MN), "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli QAL-00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL-00024196-PR-04 saylı prolonqasiyasında mövcud olması və sığortalının QAL-00024196-PR-04 saylı prolonqasiya üzrə debitor borcunun olmaması bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Baş Klinik Hospitalından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə məktub ünvanlanaraq, Baş Klinik Hospitalının mülki işçisi X3, "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli QAL-00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL-00024196-PR- 04 saylı prolonqasiyasında mövcud olması və sığortalının QAL-00024196-PR-04 saylı prolonqasiya üzrə debitor borcunun mövcud olmaması bildirmişdir. Həmçinin, xx.xx.2023cü il tarixdə Baş Klinik Hospitalından, "xxxx" sığorta şirkətinə məktub ünvanlanaraq, Baş Klinik Hospitalının mülki işçisi X3, "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli QAL-00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL-00024196-PR-04 saylı prolonqasiyasında mövcud olmasını nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən X3 “Təhlil.alt” sistemində qeydiyyatda olub olmaması yoxlanılarkən, hansı səbəbdən qeyd olunan sistemdə sonuncuya dair məlumatların və eləcə də, müqavilənin göstərilməməsinə aydınlıq gətirilməsinin və nəticəsi barədə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" sığorta şirkətinə ünvanlanmış məktubun icrası ilə bağlı qeyd olunan şirkətə bir neçə dəfə fərdi qaydada müraciətlər olunsa da, "xxxx" sığorta şirkəti tərəfindən həmin ərəfələrdə məlum olmayan səbəblərdən məktubun icrası gecikdirilmiş və nəhayət, xx.xx.2023-cü il tarixdə sonuncu müraciət zamanı, X5 dair məlumatların “Təhlil.alt” sistemində qeydiyyatda olmamasına aydınlıq gətirilmişdir. Belə ki, "xxxx" sığorta şirkətindən təqdim olunmuş, xx.xx.2023-cü il tarixli 0330-23 nömrəli məktubda, bir daha Baş Klinik Hospitalının mülki işçisi X3, "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli QAL-00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL- 00024196-PR-04 saylı prolonqasiyasında mövcud olması, sığortalının QAL-00024196-PR- 04 saylı prolonqasiya üzrə debitor borcunun mövcud olmaması nəzərə çatdırılmış və yuxarıda qeyd olunan müqavilənin tərəflər arasında bağlanarkən İSB-nin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyasının mümkün olmadığını, həmin müqavilənin sistemdə göstərilən tarixdə mövcüd olmamasının sığortaçını sığortalı qarşısında olan öhdəliklərindən azad etmədiyini, bu hallarda sığorta müqavilələri üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsində və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş vəzifələrinin həyata keçiriləcəyinə dair sığortalılara tərəflərindən zəmanət verildiyi bildirilmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində, Baş Klinik Hospitalının səlahiyyətli nümayəndəsinə, sığorta olunanlarla bağlı İdarəyə bu kimi təqdim edilmiş rəsmi sənədlərin onları qane etmədiyini, onlar tərəfindən hər hansı sığortalı barədə məlumatların “Təhlil.alt” sistemində qeydiyyatda olub olmaması yoxlanılarkən, qeyd olunan şəxslərin həmin sistemdə qeydiyyatda olmasının təmin olunması, olmadığı təqdirdə sığorta şirkətinin deyil, işəgötürən tərəfin cərimələnəcəyini və bu səbəbdən də, mülki işçi X3 Baş Klinik Hosptalında əmək hüquqlarının pozulduğu üçün X13 Xidmətinin Bakı şəhər İdarəsində tərtib olunmuş protokol əsasında Baş Klinik Hospital rəhbərliyinin 1500 (min beş yüz) manat məbləğində cərimə olunacağı bildirilmiş, bundan sonra Baş Klinik Hospital rəhbərliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 (min beş yüz) manat cərimə olunmasına dair 24 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olmuşdur. Beləliklə də müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyi ilə "xxxx" sığorta şirkəti arasında mərkəzləşdirilmiş qaydada bağlanmış müqaviləyə əsasən, Baş Klinik Hospitalının mülki işçisi X3, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasına dair müqavilə nömrəsi və digər zəruri məlumat "xxxx" sığorta şirkətində sistemə işlənilməsi zamanı İSBnin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyası mümkün olmamış, mülki işçi X3 əmək hüquqlarının Baş Klinik Hosptalında deyil, "xxxx" sığorta şirkətində pozulduğu bilən X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən isə "xxxx" sığorta şirkətinə hər hansı bir protokol və ya cərimə tətbiq olunmamış, baş vermiş hadisə ilə bağlı Baş Klinik Hospital rəhbərliyi 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsindən, xx.xx.2023-cü il tarixli 3-17-5/2-3052/2023 nömrəli məktub Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olmuşdur. Daxil olmuş məktub öyrənilərkən müəyyən olunmuşdur ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının mülki işçisi X6 Baş Klinik Hosptalında əmək hüquqlarının pozulmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində aparılan yoxlama zamanı inzibati xətanın əlamətlərinin olmasının müəyyən edilməsi bildirilmiş, lakin yenə də aşkar olunmuş inzibati xətanın əlamətlərinin nədən ibarət olması məktubda qeyd olunmamış və araşdırılması üçün Baş Klinik Hospital rəhbərinin və ya səlahiyyətli nümayəndəsinin xx.xx.2023-cü il tarixdə saat 11 radələrində X13 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunması qeyd olunmuşdur. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə dəvət olunan, Baş Klinik Hospitalın səlahiyyətli nümayəndəsi ilə qeyd olunan qurumun əməkdaşı arasında aparılan müzakirələr zamanı, mülki işçi X6 Baş Klinik Hosptalında hansı səbəbdən əmək hüquqlarının pozulmasına aydınlıq gətirilərkən məlum olmuşdur ki, X13 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən Baş Klinik Hospitalının mülki işçisi X6 “Təhlil.alt” sistemində qeydiyyatda olubolmaması yoxlanılarkən, sistemdə sonuncuya dair məlumatlar və eləcə də, müqavilə göstərilməmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə növbəti dəfə Baş Klinik Hospital rəhbərliyinin 1500 (min beş yüz) manat məbləğində yenidən cərimə olunacağına dair protokolun tərtib ediləcəyi bildirilmişdir. Bundan sonra mülki işçi C.H.Bənnayevanın barəsində "xxxx" sığorta şirkətinə sorğu verilmiş və Baş Klinik Hosptalının mülki işçisi X6 barəsində "xxxx" sığorta şirkətindən təqdim olunmuş, xx.xx.2023-cü il tarixli 0353-23 nömrəli məktubda, hospitalın mülki işçisi X6, "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli QAL- 00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL-00024196-PR-04 saylı prolonqasiyasında mövcud olması, sığortalının həmin prolonqasiya üzrə debitor borcunun mövcud olmaması nəzərə çatdırılmış və sonuncunun hansı səbəbdən “Təhlil.alt” sistemində axtarış zamanı aşkar olunmamasına gəldikdə isə yenə də yuxarıda qeyd olunan müqavilənin tərəflər arasında bağlanarkən İSB-nin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyasının mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, Müdafiə Nazirliyi ilə "xxxx" sığorta şirkəti arasında mərkəzləşdirilmiş qaydada bağlanmış müqaviləyə əsasən, Müdafiə Nazirliyinin mülki işçilərinə yəni, X9 və X7 dair məlumatların Qala Həyat” sığorta şirkəti tərəfindən “Təhlil.alt” sisteminə daxil edilərkən hansısa səbəbdən (şəffaflığın təmin olunmaması, hesabatların sistemə daxil edilməməklə müvafiq dövlət qurumlarında vergi ödəmələrindən və digər öhdəliklərdən yayınması və bu kimi digər məlum olmayan səbəblərdən) hər dəfə İSB-nin elektron informasiya sistemində texniki nasazlıq yaranmış və buna görə də qeyd olunan müqavilənin həmin sistemə inteqrasiyası mümkün olmamışdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırmalar zamanı, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının mülki işçiləri X9 və X6 əmək hüquqlarının guya ki, Baş Klinik Hospitalında pozulması əsas gətirilərək, ardıcıl olmaqla Baş Klinik Hospital rəhbərliyi 1500 (min beş yüz) manat məbləğində cərimə olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhəri idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X12 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X4 Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Qeyd olunanlar aparılmış araşdırmalar nəticəsində öz təsdiqini tapdığından X17 Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməklə cərimə edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən X11 barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" Sığrta Şirkətinin idarə heyətinin sədri Anar Talıbov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli 0330-23 nömrəli məktubdan görünür ki, "xxxx" sığorta şirkətində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kilinik Hospitalının Tibbi reabilitasiya bölməsinin ordinatoru vəzifəsində çalışan X9 xx.xx.2018-ci il tarixli QAL- 00024196 saylı sığorta müqaviləsinin xx.xx.2022-ci il tarixli QAL-00024196-PR-04 saylı prolonqasiyasında mövcuddur və sığortalının QAL-00024196-PR-04 saylı prolonqasiya üzrə debitor borcu yoxdur. Qeyd olunan müqavilənin tərəflər arasında bağlanarkən İSB-nin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyası mümkün olmamışdır. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəfin izahatından məlum oldu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən X11 barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Müqavilənin tərəflər arasında bağlanarkən İSB-nin elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müqavilənin həmin sistemə inteqrasiyasının mümkün olmaması isə X8 inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2in Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar