Məhkəmə qərarları › İş №3(006)-4146/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4146/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4146/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-01696/23 (EP № 0079983) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “X1.And Exp.Co.Ltd” şirkəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 14 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Vahid korpusda Kondisionerler” yükü xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təyinat almışdır. 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə “İpək yolu” gömrük postundan təyinat anbarına yönləndirilmişdir. Mobil gömrük şöbəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin fəaliyyət ərazisində nəqliyyat vasitələrinə vizual baxış keçirən zaman 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri təyinat anbarında deyil Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbarda olduğu və gömrül təminatı olan plombun kəsildiyini və yük yerinin açıldığı faktı aşkar edilmişdir. Araşdırma məqsədilə BBGİ-nin əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş mallara baxış keçirilərək yükə dair sənədlərlə faktiki nəqliyyat vasitələrində olan yüklər eyniləşdirilərək nəticəsi barədə akt tərtib edilməsi ilə bağlı 34/013/017154 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş, həmin müraciətə ünvanlanmış 34/013/017154 nömrəli xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş, həmin müraciətə ünvanlanmış 34/024/017370 nömrəli, xx.xx.2023-cü il tarixli cavav raportuna əsasən Şəxs MMC-nin ünvanına ÇXR-dan 35BK877/35ZB877 nömrə nişanlı avtomaşınında daxil olan və **********3328 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, 20ED189/20ZA479 dövlət nömrə nişanlı avtomaşınına daxil olan və **********2874 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirən zaman, gömrük bəyannaməsində bəyan edilən yüklərlə qeyd edilən yük avtomaşınlarında faktiki olan yüklər eynilik təşkil etmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2və edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3məsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 4 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Şəxs MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 5ildiriş göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3məsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 7 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş poçt göndərişi zərfindən görünür ki, ünvan 5ildiriş göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvan 5ildirişlər göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nin 485.1 və 492.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01696/23 (EP № 0079983) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 34/015/015541 saylı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “X1.And Exp.Co.Ltd” şirkəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 14 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Vahid korpusda Kondisionerler” yükü xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təyinat almışdır. 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə “İpək yolu” gömrük postundan təyinat anbarına yönləndirilmişdir. Mobil gömrük şöbəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin fəaliyyət ərazisində nəqliyyat vasitələrinə vizual baxış keçirən zaman 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri təyinat anbarında deyil Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbarda olduğu və gömrül təminatı olan plombun kəsildiyini və yük yerinin açıldığı faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********8535 saylı qısa idxal bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X1.And Exp.Co.Ltd” şirkəti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 121, mənzil 14 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Vahid korpusda Kondisionerler” yükü xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təyinat almışdır. 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə “İpək yolu” gömrük postundan təyinat anbarına yönləndirilmişdir. Mobil gömrük şöbəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin fəaliyyət ərazisində nəqliyyat vasitələrinə vizual baxış keçirən zaman 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitələri təyinat anbarında deyil Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbarda olduğu və gömrül təminatı olan plombun kəsildiyini və yük yerinin açıldığı faktı aşkar edilmişdir. Araşdırma məqsədilə BBGİ-nin əməkdaşları tərəfindən Şəxs MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə idxal edilmiş mallara baxış keçirilərək yükə dair sənədlərlə faktiki nəqliyyat vasitələrində olan yüklər eyniləşdirilərək nəticəsi barədə akt tərtib edilməsi ilə bağlı 34/013/017154 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş, həmin müraciətə ünvanlanmış 34/013/017154 nömrəli xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş, həmin müraciətə ünvanlanmış 34/024/017370 nömrəli, xx.xx.2023-cü il tarixli cavav raportuna əsasən Şəxs MMC-nin ünvanına ÇXR-dan 35BK877/35ZB877 nömrə nişanlı avtomaşınında daxil olan və **********3328 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, 20ED189/20ZA479 dövlət nömrə nişanlı avtomaşınına daxil olan və **********2874 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirən zaman, gömrük bəyannaməsində bəyan edilən yüklərlə qeyd edilən yük avtomaşınlarında faktiki olan yüklər eynilik təşkil etmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətaların hallarını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 485.1 və 492.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar