Məhkəmə qərarları › İş №3(006)-4157/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4157/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4157/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Kəlbəcər rayonu, Təkəqaya kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:03-də ünvan 1 ünvanda idarə etdiyi “Chevrolet Aveo” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, “Chevrolet Aveo” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Lakin gəliri aşağı olduğundan bu avtomobili “Uber” şirkətinə icarəyə vermək istəmişdir. Bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində şirkətin ünvan 1 ünvanda yerləşən ofisinə gəlmiş və orada ona bildirmişlər ki, avtomobili icarəyə vermək üçün onun şəkillərini təqdim etmək lazım və bu zaman maşının nömrəsi tam düşməməlidir. O da buna görə həmin yerdə saxlanılmış avtomobilinin şəkillərini çəkməyə başlamış, həmin vaxtı da dövlət qeydiyyat nişanının bir hissəsini dəsmalla örtmüşdür. Elə bu zaman yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq cərimədən yayınmaq üçün dövlət qeydiyyat nişanını örtdüyünü demiş, o isə məsələni ona izah etməyə çalışsa da, eyni zamanda artıq həmin vaxtı dayanma və durmaya görə cərimə olunması barədə telefonuna mesaj gəldiyinin deməsinə baxmayaraq, polis əməkdaşı buna əhəmiyyət verməyib barəsində protokol tərtib etmişdir. Məsələ barədə o, “102” xidmətinə şikayət etmiş, habelə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat versə də, ona şikayətinin məhkəməyə söylənilməsini demişlər. Onun dövlət qeydiyyat nişanını gizlətmək niyyəti olmamışdır. Barəsində tərtib edilmiş protokol ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:03-də ünvan 1 ünvanda idarə etdiyi “Chevrolet Aveo” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı görünüşünü çətinləşdirən örtüklə bağlamışdır. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə müəyyən edir. Normanın dispozisya şərtlərindən göründüyü kimi, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edildiyi təqdirdə inzibati məsuliyyət yaranır və bu hal üzrə həmin örtük və qurğular müəyyən edilməlidir ki, məhz xətanı törətmiş şəxsə münasibətdə tənbeh tətbiq edilərkən inzibati xətanın törədilməsində alət və ya bilavasitə obyekti olmuş predmetin müsadirə edilməsi təmin edilmiş olsun. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın törədilməsində alət olmuş predmet məhkəməyə təqdim olunmadığı üçün inzibati xəta haqqında protokola baxıb işi tamamlamaq mümkün deyil. Bu səbəbdən də həmin alətin götürülüb-götürülməməsi, götürüldüyü təqdirdə onun məhkəməyə hansı səbəbdən təqdim edilməməsi məsələləri aydınlaşdırılması, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə izahatında göstərdiyi halların olub-olmamasını müəyyən edilməsi üçün protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar