Məhkəmə qərarları › İş №3(006)-4187/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4187/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4187/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X3 və X2, Protokolu tərtib edən qurum Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 198.1.5 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 198.1.5 və 598.1.6-cı maddələri ilə 02 iyul 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1-də fəaliyyət göstərən Şəxsndə (MMC) xx.xx.2024 xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: 1.1. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) 4.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərin yaradılmasından əvvəl müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidir. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. MUT Qaydalarının 7.1.1-ci və 7.2-ci bəndlərinə görə əgər müştəri ilə ilk dəfə işgüzar münasibətlər qurulursa, bu Qaydalarm 7.1.1-ci, 7.1.2-ci, 7.1.3-cü və 7.1.7-ci yarımbəndlərində nəzərdə tutulmuş verifikasiya tədbirlərinin aparılması məcburidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında 267.820 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar əldə edilməmiş (MUT Qaydalarının 2.1.1.3 - 2.1.1.7-ci, 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri üzrə), onlarla ilk dəfə işgüzar münasibətlər qurulan zaman gücləndirilmiş elektron imzadan və mobil nömrənin müştəriyə məxsus olub-olmaması ilə bağlı tədbirlər görülməmiş, real vaxt rejimində video zəng və ya sistem üzərindən video çəkiliş ilə müştərinin şəxsiyyətinin verifikasiyası aparılmamış, gücləndirilmiş elektron imzadan istifadə edilməmişdir (X5, səh 8-9). 1.2. ƏL/TMM 4.4.3-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasmda 196 sayda hüquqi şəxslə işgüzar münasibətlər yaradılaraq müvafiq köçürmə əməliyyatları icra olunsa da, həmin hüquqi şəxslərin son benefisiar mülkiyyətçilərinin kimliyi müəyyən edilməmiş və eyniləşdirilməmişdir (X5, səh 9-10). 1.3. ƏL/TMM 4.4.5-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində bu Qanunun 4.4.1-4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar. MUT Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş məlumatlar müştəri profilinə daxil edilir və müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklər əsasında müştəri profili üzrə risk qrupu müəyyən edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasmda 267.820 sayda müştərilərə münasibətdə göstərilən tələblərə əməl edilməmiş, onların profili yaradılmamış, müştərinin hansı risk qrupuna (aşağı, orta, yüksək) aid olduğu müəyyənləşdirilməmişdir (X5, səh 10). 1.4. ƏL/TMM 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri- adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən 47 sayda müştəriyə münasibətdə mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlarm təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırılmamış, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyi müəyyən edilməmiş və təhlil hesabatları tərtib edilməmişdir (yoxlama dövründə cəmiyyət tərəfindən yoxlama qrupuna bəzi təhlil hesabatları təqdim edilsə də, təhlil hesabatlarının daxilində yalnız müştərinin əməliyyatının sayı və məbləği qeyd edilmişdi). Bununla yanaşı, belə əməliyyatlara dair tərtib edilən təhlil hesabatların keyfiyyəti qeyri-qənaətbəxş olmuş və bu səbəbdən təhlil olunan əməliyyatlar tam və dolğun təhlil edilməmiş, əməliyyatlarm mənbəyinə dair məlumatlar əldə edilməmiş, eləcə də MMC-nin xx.xx.2024-cü il tarixində təsdiq etdiyi "PashaPay” MMC-də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübariz üzrə şübhəli əməliyyatların aşkarlanması, araşdırılması, təhlili və onlar barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qayda"larının 3.1.1-ci bəndində "əməliyyatların şübhəlilik indikatorları" müəyyən edilsə də, mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təhlilində istifadə edilməmişdir. Araşdırma nəticəsində aşkar edilmişdir ki, həm xaricdən daxilolmalar, həm də digər kanallarla vəsaitlər mürəkkəb sxemlər ilə (çoxlu sayda fərqli nömrələr vasitəsilə) köçürülür və sonda məxaric (W2C və ya nağdlaşdırma) edilir. Kripto ticarətinə münasibətdə "Binance" platforması, qumar və mərc oyunlarına münasibətdə isə saytlar üzərindən sövdələşmələrin hesablaşmaları "M10" üzərindən P2P sxemi ilə həyata keçirilir. Həmçinin müəyyən sahibkarlıq subyektlərinin "M10" tətbiqi üzrə hesablaşmalar aparması vergidən yaymma üçün münbit şərait yaratmaqdadır (X5, səh 27-34). 1.5. "Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası"nm 3.1.4-cü yarımbəndinə görə emitent maliyyə institutu elektron köçürmələrdə, o cümlədən paket ödənişlərində vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda)) barədə məlumatların olmasmı təmin edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də "M10" elektron cüzdan hesablarından müxtəlif bank kartlarına dövr ərzində 149 sayda ümumilikdə 4.3 mln manat həcmində köçürmə əməliyyatları barədə W2C əməliyyatları zamanı vəsait alanın adı, soyadı, ata adını (şəxsiyyət vəsiqəsi olduqda) müştəridən əldə etməmiş və bu məlumatlarm, elektron köçürülmə zəncirində ötürülməsi təmin edilməmişdir (X5, səh 21- 22). 1-ci bənddə qeyd edilən 268.212 müştəri üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini varadır. 2.1 "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramınm cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.2-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslər vaxtaşırı yenilənmə tələb edən daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qayda, prosedur və nəzarət mexanizmləri üçün çevik təsdiq mexanizmi formalaşdırılmamışdır. (X5. Səh 13). 2.2 DNP-nin 2.2.1-ci yarımbəndinə görə ƏL/TMM siyasəti öhdəlik daşıyan şəxslərin fəaliyyəti zamanı ƏL/TMM-də rəhbər tutacağı əsas prinsipləri, işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin əsaslarını, eləcə də onların inkişaf istiqamətlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin ƏL/TMM siyasətində daxili qayda, prosedur və nəzarət mexanizmlərinin inkişaf istiqamətləri müəyyən edilməmişdir. (X5. Səh 13). 2.3 DNP-nin 2.3.3-cü yarımbəndinə görə müştəri profil risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar müştəri profil risklərinin qiymətləndirilməsi üçün nəzərə alınmalı amilləri (işgüzar münasibətin və açılan hesabın məqsədi, alınacaq vəsaitin və gəlirin mənbəyi və s.), meyarları, risklərin qiymətləndirilməsi prosesini, risk dərəcəsinə uyğun yenilənmə müddətlərini və yenilənməli olan sənəd və məlumat növlərini müəyyən etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixində təsdiq edilmiş Şəxs MMC-də müştəri uyğunluğu tədbirlərinə dair Qayda"sının 12.3-cü bəndində yenilənmə müddətləri olsa da, yenilənməli olan sənəd və məlumatların növləri müəyyən edilməmişdir. (X5. Səh 13-14). 2.4 DNP-nin 2.3.5-ci yarımbəndinə görə müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) müştərilərin eyniləşdirilməsi və verifikasiyası, o cümlədən müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş "xxxx" MMC-də müştəri uyğunluğu tədbirlərinə dair Qaydalar"ında müvafiq tələblər müəyyənləşdirilməmişdir (X5. Səh 14). 2.5 DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə almmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorlarm) müəyyən edilməsi (yenilənməsi) və meyarlarm (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin daxili qaydalarında meyarlar müəyyən olunduqdan sonra 3 iş günü ərzində MMX-ya təqdim edilməsi qaydası öz əksini tapmamış və MMX-ya göndərilməmişdir (X5. Səh 14). 2.6 DNP-nin 2.10.1-ci və 2.10.2-ci yarımbəndlərinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində yeni məhsul və ya xidmət yaradarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasının təmin edən daxili qayda və prosedurları müəyyən etməli, yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən yeni məhsul və ya xidmət yaradılarkən və onun istifadə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasını təmin edən qayda və prosedurları müəyyən edilməmiş, eləcə də yeni məhsulların yaradılması və istifadəyə verilməsindən əvvəl ƏL/TM risklərinin qiymətləndirilməsi həyata keçirildikdən sonra risklərin azaldılması strategiyaları barədə tələblər müəyyənləşdirilməmişdir (X5. Səh 14). 2.7 DNP-nin 2.8.5-ci yarımbəndinə görə məsul şəxsə əməliyyatm (əqdin) şübhəliliyi barədə məlumat daxil olduqda, habelə əməliyyatlarm monitorinqi və davamlı müştəri uyğunluğu tədbirləri zamanı məsul şəxsin bu əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim etdikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi bu daxili qayda və prosedurlarla tənzimlənməlidir. DNP-nin 3.1.3.1-ci yarımbəndinə görə komplayens sistemi çərçivəsində məsul şəxsin şübhəli əməliyyatlara (əqdlərə) dair müstəqil qərar vermək səlahiyyəti nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması, araşdırılması, təhlili və onlar barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qayda"sının 4.50-ci bəndinə əsasən, "əməliyyatların şübhəli-olub olmamasma və onların MMX-ya göndərilib göndərilməməsinə dair qərar ƏL/TMM üzrə məsul şəxs və ya ƏL/TMM üzrə məsul şəxsin təqdimatına əsasən İH tərəfindən qəbul edilir" kimi qeyd edilmişdir (X5. Səh 15-16). 2.8 DNP-nin 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC daxili qaydalarında məsul şəxs və onu əvəz edən şəxsin təyin edilməsi və 3 iş günü ərzində MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi qaydası müəyyən edilməmişdir (X5. Səh 16). 2.9 DNP-nin 3.2.6.1-ci yarımbəndinə görə məsul şəxsin fəaliyyəti digər struktur bölmələrdən asılı olmamalı və yalnız öhdəlik daşıyan şəxsin rəhbərliyinə tabe olmalı və ona hesabat verməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixli İH sədri tərəfindən təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Siyasət"inin 4.8-ci bəndinə əsasən "Şirkətdə ƏL/TMM üzrə struktur İdarə Heyətinin üzvünə tabedir" kimi qeyd edilmiş, eləcə də xx.xx.2024-cü il tarixində İH Sədri tərəfindən təsdiq edilmiş "AML Komplayens şöbəsinin əsasnaməsi"nin 6.1-ci bəndinə əsasən "şöbə Cəmiyyətin İdarə Heyəti sədrinin müavininin (Baş Risk İnzibatçısı) bilavasitə tabeçiliyində" olduğu qeyd edilmişdir. Lakin Cəmiyyətin xx.xx.2024-cü il tarixli "Təşkilati struktur sənədində" isə "AML Komplayens şöbəsi" cəmiyyətin Baş Risk İnzibatçısma tabeçiliyi müəyyən edilmiş və cəmiyyətin strukturuna əsasən Baş Risk İnzibatçısının faktiki olaraq İdarə Heyətinin üzvü olmadığı müəyyən edilmişdir (X5. Səh 16-17). 2.10 DNP-nin 2.6-cı yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında ƏL/TMM-yə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməli, struktur vahidlərinin olduğu təqdirdə fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən ƏL/TMM-ə dair struktur vahidlərində detallı vəzifələr müəyyənləşdirilməmiş, rəhbərlik və işçilərin ƏL/TMM-ə dair öhdəlik və vəzifələri xüsusiləşdirilmiş yanaşma tətbiq edilməmişdir (X5. Səh 17). 2.11 ƏL/TMM Qanununun 10.1.4-cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasma və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi barədə tədbirlər görməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövr ərzində MMC-nin işçiləri davamlı qaydada təlimlərə cəlb edilməmişdir (X5. Səh 17-18). 2.12 DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqrammda ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqrammı və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş "PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətində Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət qaydaları”nın 16.2-ci yarımbəndində "məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi" qaydası müəyyənləşdirilməmiş, eləcə də Cəmiyyətin "daxili nəzarət qaydaları”nın 16-cı bəndinin tələbi həyata keçirilməmiş, Cəmiyyət tərəfindən təsdiq edilmiş təlim planı MMX-ya məlumatlandırma məqsədilə təqdim edilməmişdir (X5. Səh 18). 2.13 DNP-nin 4.2.5-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən hazırlıq və təlim keçməli olan işçilərin siyahısı təsdiq edilir. Bu siyahıya hər bir halda öhdəlik daşıyan şəxsin rəhbərliyi, aidiyyəti struktur bölmələrin rəhbərləri, məsul şəxs, hüquq və daxili audit şöbələrinin və ya bu şöbələrin funksiyalarını həyata keçirən digər şöbələrin əməkdaşları, öhdəlik daşıyan şəxsin müştərilərə bilavasitə xidmət göstərən işçiləri, öhdəlik daşıyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə almmaqla onun operativ idarə edilməsi və qərarlarm qəbulunda iştirak edən digər işçilərinin daxil edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən təsdiq edilmiş təlim planında təlimdə iştirak edəcək işçi sayı 200-300 nəfər qeyd edilmiş, işçilərin siyahısı tutulmamış və rəhbərlik tərəfindən təsdiq edilməmişdir, eləcə də təlimdə iştirak edəcək struktur bölmələrin, aidiyyatı şəxslərin tərkibindən MMC-nin rəhbərliyi, aidiyyatı struktur bölmələrin rəhbərləri, öhdəlik daşıyan şəxsin strukturu və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla onun operativ idarəedilməsi və qərarların qəbulunda iştirak edəcək işçilər qeyd edilməmişdir (X5. Səh 19). 2.14 DNP-nin 4.2.7-ci yarımbəndinə görə planlı təlim öhdəlik daşıyan şəxsin rəhbərliyinin hər il təsdiq etdiyi təlim proqramına uyğun olaraq proqram üzrə müəyyən edilmiş vaxtda müvafiq işçilər üçün məsul şəxs (olduğu təqdirdə məsul struktur vahidin işçiləri) və ya ƏL/TMM sahəsi üzrə ixtisaslaşmış digər işçi, habelə kənar təlimçi tərəfindən həyata keçirilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən təsdiq edilmiş təlim planı 2024- cü ilin dekabr ayında planlaşdırılsa da, həyata keçirilməmişdir (X5. Səh 19). 2.15 DNP-nin 4.2.8-ci yarımbəndinə görə təlim proqramları ƏL/TMM sahəsi üzrə qanunvericiliyin tələblərini, eləcə də öhdəlik daşıyan şəxsin müəyyən edilmiş riskləri, fəaliyyətlərinin miqyası və xüsusiyyətləri nəzərə almaqla hazırlanır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən təsdiq edilmiş təlim planında öhdəlik daşıyan şəxsin müəyyən edilmiş riskləri, fəaliyyətinin miqyası və xüsusiyyətləri nəzərə alınmamışdır (X5. Səh 19). 2.16 DNP-nin 2.5.5-ci yarımbəndinə görə məlumat və sənədlərin qeydə alınması və saxlanılması öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin reyestrinin aparması vasitəsilə həyata keçirilir. Məlumat və sənədlərin reyestri öhdəlik daşıyan şəxslər tərəfindən bu Tələblərin 2.5.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların qeydə alındığı məlumat toplusudur. Reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də reyestrdəki məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilməmişdir (X5. Səh 24). 2.17 DNP-nin 2.5.6-cı yarımbəndinə görə məlumat və sənədlərin saxlanmasma və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də müştərilərə dair bütün əməliyyat yönümlü məlumatlar AWS - "Amazon"un bulud əsaslı platformasında (qlobal şəbəkəyə çıxış mövcuddur) toplanıldığından məlumatların sığorta nüsxəsi saxlanılmadığından məlumatlarm itirilməsi riski mövcuddur (X5. Səh 24). 2.18 DNP-nin 2.5.8-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərin bu Tələblərin 2.5.3- cü yarımbəndində nəzərdə tutulmuş daxili qayda və prosedurları məlumat və sənədlərin saxlanılması və konfidensiallığmm təmin edilməsi ilə bağlı məsələləri, bu məsələlərə münasibətdə öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrim, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin xx.xx.2024-cü ildə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət qaydalar"mm 10.4cü bəndində öz əksini tapsa da, rəhbərlik tərəfindən işçilərin məlumat və sənədlərin saxlanılması ilə hüquq və vəzifələri təsdiq edilməmişdir (X5. Səh 24). 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır 3.1. ƏL/TMM Qanununun 7.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər: müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli (7.1.1-ci maddə); müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakınm, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli (7.1.2-ci maddə); siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər (7.1.4-cü maddə). Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC tərəfindən siyasi nüfuzlu şəxs, onun yaxm qohumu və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə müştərinin və benefisiar mülkiyyətçinin kimliyini müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemi tam tətbiq edilməmiş, siyasi nüfuzlu şəxsin yaxm qohumu və yaxın münasibətdə olduğu 48 müştəriyə münasibətdə onların əmlaklarının, habelə digər sərvətlərinin mənbəyinin müəyyən edilməsi üçün ağlabatan tədbirlər görülməmiş, davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq olunmamış, işgüzar münasibətlərdən öncə rəhbərliyin razılığı alınmamışdır (X5. Səh 10-11). 3-cü bənddə qeyd edilən 48 müştəriyə münasibətdə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.5-ci maddəsinin tərkib əlamətlərini yaradır. 4.1. ƏL/TMM Qanununun 8.1-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyalarm tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC yeni texnologiyalar ilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara (W2C, C2W, W2W, Rusiyadan daxil olma, ATM məxaric, Terminal üzrə nağd mədaxil, Binance platforması üzrə əməliyyat kanalları) yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmamış və bu münasibətlərin yaradılması və əməliyyatlarm həyata keçirilməsi zamanı ƏL/TMM risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməmişdir. Yeni texnologiyalarm təhlükəsiz tətbiqi üçün zəruri tədbirlər görülməmişdir. Risk qiymətləndirməsi mexanizmi mövcud olmamışdır (X5. Səh 11-12). 4.2. ƏL/TMM Qanununun 8.2-ci maddəsinə görə öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onlarm tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatlarm tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yeni texnologiyalar vasitəsilə yaradılan və ya onlarm tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatlarm tənzimlənməsinə dair daxili qayda və prosedurları mövcud olsa da, şübhəli əməliyyatlarm aşkarlanması üçün elektron nəzarət sistemi qurulmamış, məhsul və xidmətlərin tətbiqi zamanı mütəmadi olaraq məhsul və xidmətin ƏL/TMM qanununun tələblərinin pozulmaması üçün önləyici tədbirləri olmamış, elektron nəzarət sisteminə malik olmamışdır (X5. Səh 12). 4.3. ƏL/TMM Qanununun 8.3-cü maddəsinə görə maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyalarm istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-də yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyanm istifadəsindən əvvəl ƏL/TMM riskləri qiymətləndirilməmişdir (X5. Səh 12). 4.4. ƏL/TMM Qanununun 8.6-cı maddəsinə görə yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətçinin müəyyən edilməsində, eləcə də təqdim olunmuş məlumat və sənədlərin həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyalarm tətbiqindən imtina edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, MMC-nin "M10" tətbiqinin müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan verməməsinə, müştəri və benefisiar mülkiyyətçinin müəyyənləşdirilməməsinə, eləcə də müştərilərdən ƏL/TMM Qanunun tələbi ilə məlumat və sənədlərin tələb edilməməsinə baxmayaraq, tətbiqdən istifadə dayandırılmamışdır (X5. Səh 13). 4-cü bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.6-cı maddəsinin tərkib əlamətlərini varadır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (268.212 müştəri üzrə), 598.1.2ci, 598.1.5-ci (48 müştəri üzrə) və 598.1.6-cı maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar Şəxs İdarə heyətinin sədri X4 tərəfindən MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-də yoxlamaya başlanılmış və həmin yoxlama başa çatdıqdan sonra 02 iyul 2025-ci il tarixində Şəxs MMC barəsində EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilən protokolu qanunsuz hesab edir. Belə ki, yoxlayıcı orqanın tərəfindən X5 05 dekabr 2023-cü il tarixdə tərtib edilməyə başlanarkən Şəxs MMC elektron pul fəaliyyətini həyata keçirən şirkət kimi lisenziya almadığından MMC-nin apardığı fəaliyyətə görə inzibati məsuliyyətə cəlb edilməsi qəbul edilməzdir. Belə olduğu təqdirdə X5 düzgün aparılmadığından həmin hesabat üzrə hər hansı protokolun tərtib edilməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş 02 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında MMC-nin digər nümayəndəsi X1 izahatını təsdiq etdiyinin və əlavəsinin olmadığın bildirmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verib, əlavə olaraq həmin protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan X5dan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1-də fəaliyyət göstərən Şəxsndə (MMC) xx.xx.2024 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.1.6-cı maddələrinin tərkib əlamətlərini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 598.1.1-ci maddəsinə əsasən, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.2-ci maddəsinə əsasən, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.5-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.1.6-cı maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 11.1-ci maddəsinə görə Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə” dair 02 sentyabr 2020-ci il qərarında göstərilmişdir ki, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin "barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə cəzanın hansı üsulla tətbiq edilməli göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 198.1.5 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Qeyd olunan normaların məzmununa uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 198.1.5 və 598.1.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ona 598.1.1-ci maddə üzrə hər bir müştəriyə və əməliyyata görə münasibətdə sanksiyada nəzərdə tutulmuş cərimə tədbiq edilməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla 50.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 198.1.5 və 598.1.6-cı maddələri üzrə təqsirli bilinərək ona hər bir müştəriyə və əməliyyata görə cərimə cəzası təyin olunsun və həmin Məcəllənin 34.4 və 25.4-cü maddələri nəzərə alınmaqla, ona 50.000 (əlli min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar