Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4194/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Şərur rayonu, Püsyan Ərazi Dairəsi, Püsyan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai İ30” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Salam Adil dairəsi körpünün üstündə hərəkətdə olan zaman 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qarşıdan hərəkət edən “GMC Terrain” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “GMC Terrain” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai İ30” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Salam Adil dairəsi körpünün üstündə hərəkətdə olan zaman idarəetməni itirərək əks istiqamətdən düzünə hərəkət edən “GMC Terrain” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə dəyərək toqquşmuş, daha sonra “Toyota Camry” markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə dəyərək toqquşmuş, nəticədə “GMC Terrain” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Zərər çəkmiş şəxsə yardım etmiş, dəymiş zərər sığorta tərəfindən ödənilmiş, qalanını da qarşılıqlı razılıq əsasında hər ay ödəyir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-yə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qarşıdan hərəkət edən “GMC Terrain” markalı, **-ZF-*** dövlət nömrə nişanlı və “Toyota Camry” markalı, **-ZE-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi zamanı “GMC Terrain” markalı, **-ZF-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 xx.xx.2022-ci tarixli, 800 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə xəstəxanaya müraciət etmiş və ona “sol yanağın əzilmiş, sıyrılmış yarası. Döş qəfəsinin əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarda göstərilən şəraitdə əmələ gələ bilmələri istisna olunmur və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/19077 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxdur və AYİQ göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/19076 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X2 vəziyyəti yoxdur və AYİQ göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/19120 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X1 vəziyyəti yoxdur və AYİQ göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Bununla belə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Nəsimi RPİ TŞ-nin təhqiqatçısı Saleh Salahzadə tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 03 aylıq müddət bitmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4194/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4194/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver