Məhkəmə qərarları › İş №3(006)-4208/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4208/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4208/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan YPXA-nın nümayəndəsi, baş inspektor - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs, Müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə barəsində “azadlıqdan məhrumetmə cəzası” seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 cəza çəkən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:12 radələrində “KİA OPTİMA” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan YPXA-nın nümayəndəsi, baş inspektor X3 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə icarə əsasında idarə etdiyi «KİA Optima» markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən davamlı olaraq qayda pozuntuları etmiş, pozuntular nəticəsində bilərəkdən bir neçə avtoqəza hadisəsi törətmiş, 37-ci maddənin tələblərini pozaraq hadisə yerindən yayınmışdır. YPX-nin əməkdaşları tərəfindən onun bu davamlı hərəkətləri barədə növbətçi hissəyə məlumat verilmiş, avtomobil tərəfimizdən izlənilmiş, YPX əməkdaşlarının saxla əmirlərinə tabe olmayaraq qərəzli avtoxuliqanlıq hərəkətləri edərək hərəkətinə davam etmişdir. Daha sonra isə hadisə yerindən yayınmışdır. Bundan sonra törədilmiş hadisə barədə araşdırma aprılması üçün tərəfimdən qərar qəbul olunmuş, həmin avtomobilin sahibinin X4 olması müəyyən olunmuş, Orxan Əliyev həmin avtomobili gündəlik icarəyə verməsi ilə bağlı və sonuncu dəfə həmin avtomobili etibarnamə əsasında Şəxs idarə etməsi üçün verildiyini bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sonuncu etibarnamə ilə idarə etmək hüququ olan şəxs xx.xx.1996-cı ildə Masallı rayonunda anadan olmuş, Şəxs hal hazırda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hal hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin X1 cəza çəkir. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 511.1.1 və 511.1.3-cü maddələrinin tərkibi olduğu aşkar olunmuş və həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, əməl onun tərəfindən törədilməmişdir, həmin vaxt avtomobili kim idarə edib bilmir, həmin avtomobillə hər hansı bir qayda pozuntusu etməmişdir. Qeyd olunanlara əsasən, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin adına etibarnamə olması ilə əməlin onun tərəfindən törədilməsi qənaətinə gəlmək absurddur. Həmçinin bu video-görüntülər ilə də təsdiq olunmur. Nəticədə, sübutların kifayət qədər olmaması səbəbinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 18:12 radələrində “KİA OPTİMA” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 511.1.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 511.1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 511.1.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 327.4, 332.1-ci maddələrinə münasibətdə həmin protokola dair inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilsin. Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar