Məhkəmə qərarları › İş №3(006)-4212/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4212/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4212/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5320/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru R.A.Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5320/2019 saylı icra sənədinə əsasən Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanında cavabdeh Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 manat cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə başlanılmış və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin ünvana baxış keçirilmiş, borclunun məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifəni icra etməməsi aşkar edilmiş və akt tərtib olunmuşdur. Daha sonra tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanında Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə sökülərək əvvəlki vəziyyətinə qaytarılması dəyərinin (smetanın) çıxarılması üçün mütəxəssis dəvət edilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi alınaraq tərəflərə təklif məktubu göndərilmişdir. Tələbkar icra şöbəsinə təkliflə əlaqədar cavab olaraq bildirmişdir ki, icra sənədi hələ də icra olunmayıb, o, icra sənədinin icrasını tələb edir. Borcluya dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Bundan başqa, icra məmuru R.A.Əhmədov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin söküntüsünə görə 27.000 ödənilməsi tələbkara təklif olunmuş, lakin sonuncu bunu qəbul etməmişdir. Həmçinin bildirmişdir ki, məhkəmə iclası ilə bağlı tələbkara məlumat verilsə də sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tikintinin sökülməsi üçün mütəxəssis təyin olunmuşdur. Mütəxəssis evin söküntüsünün dəyərinin 27.000 manat olduğunu bildirmişdir. Onun halhazırda bu qədər vəsaiti yoxdur, buna görə də icra sənədini icra edə bilmir. Göstərilənləri, maddi vəziyyətinin aşağı və qadın olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarıını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5320/2019 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanından cavabdeh Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılsın və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilən 10 manat cavabdeh Şəxs alınaraq iddiaçı M.H.Sultanova verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(006)- 5320/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanına icra məmurları tərəfindən baxış keçirilmiş, borclunun məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifəni icra etməməsi aşkar edilərək akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərardan görünür ki, mübahisəli Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanında Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə sökülərək əvvəlki vəziyyətinə qaytarılması dəyərinin (smetasının) çıxarılması üçün mütəxəssis dəvət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5320/2019 saylı icra sənədinə əsasən Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanında cavabdeh Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə onun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 10 manat cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə başlanılmış və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin ünvana baxış keçirilmiş, borclunun məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifəni icra etməməsi aşkar edilmiş və akt tərtib olunmuşdur. Daha sonra tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli Bakı şəhəri, Novruzov Qardaşları 170 ünvanında Şəxs tərəfindən inşa edilmiş 2-ci mərtəbə sökülərək əvvəlki vəziyyətinə qaytarılması dəyərinin (smetanın) çıxarılması üçün mütəxəssis dəvət edilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyi alınaraq tərəflərə təklif məktubu göndərilmişdir. Tələbkar icra şöbəsinə təkliflə əlaqədar cavab olaraq bildirmişdir ki, icra sənədi hələ də icra olunmayıb, o, icra sənədinin icrasını tələb edir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Bununla da, borclu Şəxs icra sənədini könüllü icra etməmişdir. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı cavabdeh Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və Şəxs bilə-bilə yayınması kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 32-ci maddəsinə əsaslanmaqla Şəxs özünü təqsirli bilməsini və qadın olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar