Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4233/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal, 4-cü mikrorayon, ev 60, mənzil 89; VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, EP ******* (00100-2146/22) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Türkiyə Respublikasından ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 53ABM127 nömrəli yük nəqliyyat vasitəsində 428 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********5733 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 05 oktyabr 2022-ci il tarixdə saat 15:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır. Yoxlama nəticəsində avtomobilin yük yerində Şəxs MMC-nin ünvanına gələn gömrük orqanına bəyan edilməyən hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4009 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 195 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 4006 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “s-link 2.1A Dual USB” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla qara rəngdə 1 qutu “s-link İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla ağ rəngdə 1 qutu “s-link İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4007 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “X3 Speaker” ticarət nişanlı kalonka, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Bood Design BD061” ticarət nişanlı qulaqlıqlar (Bluetooth), 12 ədəd qələm, 6 ədəd USB-fleşka, 2 ədəd çətir, 8 ədəd termus, 2 ədəd bel çantası aşkar edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan və barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə protokolu tərtib etmiş qurumun və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Skanlaşdırma və X1 Tətbiqi şöbəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, 05 oktyabr 2022-ci il tarixdə saat 15:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında Türkiyə Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 53ABM127 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X1 Tətbiüi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı–ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yük yerində Şəxs MMC-nin adına gömrük orqanına bəyan edilməyən hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4009 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 195 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 4006 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “s-link 2.1A Dual USB” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla qara rəngdə 1 qutu “slink İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla ağ rəngdə 1 qutu “s-link İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4007 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “X3 Speaker” ticarət nişanlı kalonka, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Bood Design BD061” ticarət nişanlı qulaqlıqlar (Bluetooth), 12 ədəd qələm, 6 ədəd USB-fleşka, 2 ədəd çətir, 8 ədəd termus, 2 ədəd bel çantası aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük ərazisinə gətirilən malların içərisində gömrük orqanına bəyan edilməyən bir yerdən ibarət üzərində “PRAKAS və 349” yazılı qutu “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusundan keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilmişdir. Buna görə də qutunun ətraflı yoxlanılmasına zərurət yaranmışdır. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4009 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 195 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “PB 4006 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “s-link 2.1A Dual USB” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla qara rəngdə 1 qutu “s-link İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla ağ rəngdə 1 qutu “s-link İP-G10W 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Rensi PB 4007 10000mAh” ticarət nişanlı powerbank, hər qutuda 1 ədəd olmaqla 2 qutu “X3 Speaker” ticarət nişanlı kalonka, hər qutuda 1 ədəd olmaqla 2 qutu “Bood Design BD061” ticarət nişanlı qulaqlıqlar (Bluetooth), 12 ədəd qələm, 6 ədəd USB-fleşka, 2 ədəd çətir, 8 ədəd termus, 2 ədəd bel çantası aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7416 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 17 adda əşyaların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 624,00 manat nüəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə aşağıdakı kimi göstərilmişdir: - 02 qutu “Rensi PB 4009 10000mAh” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 60 manat, - 02 qutu “PB 195 10000mAh” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 60 manat, - 02 qutu “PB 4006 10000mAh” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 60 manat, - 02 qutu “s-link 2.1 A Dual USB” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 50 manat, - 01 qutu “s-link İP-G10W 10000 mAh” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 25 manat, - 02 qutu “Rensi PB 4007 10000mAH” ticarət nişanlı powerbankın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 90 manat, - 02 qutu “X3 Speaker” ticarət nişanlı səs gücləndiricinin(kalonka) xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 30 manat, - 02 qutu “Bood Design BD061” ticarət nişanlı qulaqlıqların (Bluetooth) xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 40 manat, - 08 ədəd müxtəlif rəngdə qələmlərin (avtoruçka) xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 8 manat, - 02 qutu qələm hər birində iki ədəd olamqla ümumilikdə 4 ədəd qələmin xx.xx.2022ci il tarixə orta bazar qiyməti 8 manat, - 06 ədəd üzərində heç bir markalanma göstəricisi olmayan USB-fleşkanın xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 48 manat, - 02 ədəd çətirin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 30 manat, - 02 ədəd kiçik ölçülü su qabının xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 8 manat, - 02 ədəd üzərinə 600 ml göstəricisi olan su qabının xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 12 manat, - 02 ədəd üzərinə 800 ml göstəricisi olan su qabının xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 16 manat, - 02 ədəd termusun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 24 manat, - 02 ədəd bel çantasının xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 30 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 249,6 (iki yüz qırx doqquz manat altmış qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4233/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4233/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver