Məhkəmə qərarları › İş №3(006)-4234/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4234/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4234/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 noyabr 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından daxil olmuş yüklər **********5834 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə 13 oktyabr 2022-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5834 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 13 oktyabr 2022-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi 13 oktyabr 2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postuna və mobil gömrük şöbəsinə 34/013/024551 saylı, 19 oktyabr 2022-ci il tarixli sorğu verilmiş, həmin sorğuya cavab olaraq 34/015/025173 saylı, 25 oktyabr 2022-ci il tarixli raportda Şəxs MMC-nin Bakı şəhəri, Nardaran qəsəbəsi, SEA-BREEZE ünvanında yerləşən anbarına baxış zamanı 13 iyun 2022-ci il tarixli, **********5834 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu, müvəqqəti saxlanc qaydalarına uyğun saxlanıldığı müəyyən edilmiş və bu barədə 20 oktyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (17 noyabr 2022-ci il tarixli reyestrin 1 sıra nömrəsi ilə). İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMCnin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (02 dekabr 2022-ci il tarixli reyestrin 7 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Məhkəmə tərəfindən Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Belə ki, MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, həmçinin MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 01 dekabr 2022-ci il tarixli məhkəmə iclası 13 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan **********5834 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 13 iyun 2022-ci il tarixdə torpağın çeşidlənməsi qarşıdırılması üçün avadanlıq “İpək yolu” gömrük postu vasitəsi ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. İş materiallarında olan gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5834 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 13 oktyabr 2022-ci il müəyyən edilmişdir. İş materiallarında olan “İpək Yolu” gömrük postuna və mobil gömrük şöbəsinə 34/013/024551 saylı, 19 oktyabr 2022-ci il tarixli sorğu verilmiş, həmin sorğuya cavab olaraq 34/015/025173 saylı, 25 oktyabr 2022-ci il tarixli raportda Şəxs MMC-nin Bakı şəhəri, Nardaran qəsəbəsi, SEA-BREEZE ünvanında yerləşən anbarına baxış zamanı 13 iyun 2022-ci il tarixli, **********5834 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu, müvəqqəti saxlanc qaydalarına uyğun saxlanıldığı müəyyən edilmiş və bu barədə 20 oktyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli izahatdan görünür ki, Şəxs MMCnin nümayəndəsi X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə dəvət olunaraq sorğu-sual edilmiş və verilmiş suallara cavab olaraq şirkətdə yaranmış sənəd çatışmazlığı ilə əlaqədar olaraq həmin malların rəsmiləşdirilməsi MMC tərəfindən təmin edilmədiyini və həmin malların tezliklə qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətidə olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından daxil olmuş yüklər **********5834 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə 13 oktyabr 2022-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5834 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi 13 oktyabr 2022-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi 13 oktyabr 2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postuna və mobil gömrük şöbəsinə 34/013/024551 saylı, 19 oktyabr 2022-ci il tarixli sorğu verilmiş, həmin sorğuya cavab olaraq 34/015/025173 saylı, 25 oktyabr 2022-ci il tarixli raportda Şəxs MMC-nin Bakı şəhəri, Nardaran qəsəbəsi, SEA-BREEZE ünvanında yerləşən anbarına baxış zamanı 13 iyun 2022-ci il tarixli, **********5834 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin anbarda olduğu, müvəqqəti saxlanc qaydalarına uyğun saxlanıldığı müəyyən edilmiş və bu barədə 20 oktyabr 2022-ci il tarixli akt tərtib edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar