Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4237/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, zərərçəkmiş şəxs X4, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, İmişli şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 fevral 2025-ci il tarixdə zərərçəkmiş şəxs X2 məxsus 150 manat məbləğində pulu və 05 fevral 2025-ci il tarixdə 50 manat məbləğində pulu, ümumilikdə 200 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Protokolu müdafiə edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 DİN-nin 102 xidmətinə və ərizə ilə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edərək, 02 fevral 2025-ci il tarixdə ona məxsus 150 manat məbləğində pulu və 05 fevral 2025-ci il tarixdə 50 manat məbləğində pulu özünü mebel ustası kimi təqdim edən Nicat adlı şəxsə verdiyini, lakin həmin şəxsin vədinə əməl etməyərək mebellləri təmir etməməsi barədə məlumat vermişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, törətdiyi əməl üzrə etiraf edici izahat vermiş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, X4 onun laqə saxlayaraq divan və kreslonu düxzəltməsi barədə məlumat almışdır. O da həmin mebelləri düzəltmək üçün 280 manat pul tələb etmişdir. Bundan sonra Lalə Mərdanova onun kart hesabına ümumilikdə 200 manat pul atmışdır. Lakin sonradan sifariş gecikdiyi üçün Lalə Mərdanova sifarişdən imtina etmiş və pulun qaytarılmasını tələb etmişdir. Həmçinin zərərçəkmiş şəxs onun nalayiq ifadələrlə təhqir etmişdir. Onun qeyd olunan məbləği qaytarmaq üçün maddi imkanı olmadığından pulu qaytara bilməmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində izahat vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halhazırda ailəsində xəstə şəxslərin olduğunu və pulu qaytarmaq niyyətinin olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, o, mebel ustası olaraq fəaliyyət göstərən Şəxs divan və kreslonun düzəldilməsi üçün müraciət etmiş və həmin şəxs ümumilikdə 280 manata mebellərin sifarişini qəbul etmişdir. Bundan sonra, o, Şəxs göndərdiyi kart hesabına ilkin olaraq 150 manat, daha sonra isə 50 manat pulu göndərmişdir. Lakin sonradan dəfələrlə Şəxsla əlaqə saxlasa da, sonuncu sifarişi gecikdirmişdir. Buna görə də, o, Şəxs verdiyi pulun geri qaytarılmasını xahiş etmişdir. Lakin Nicat onu dəfələrlə aldatmış və müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Bundan sonra aiddyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək şikayətçi olmuşdur. Sonradan ona qarşı dələduzluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və 22-ci Polis şöbəsinə aparılaraq izahatı alınmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və həbs edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 iyul 2025-ci il tarixdə, saat 19:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin baş təhqiqatçısı Orxan Həsənov tərəfindən qəbul edilmiş 09 may 2025-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən, saat 19:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4237/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4237/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver