Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4249/2020 03.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmanov X7 rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-622/2013 saylı və Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-635/2014 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, qeyd olunan icra vərəqələrindən, hətta məhkəmə qətnamələrindən belə xəbəri olmamış, bu səbəbdən icradan qəsdən boyun qaçırmamışdır. Qeydiyyatda olduğu ünvanda yaşamadığını başqa yaşayış yerinin olduğunu əsas gətirərək barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(006)-622/2013 saylı və Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 635/2014 saylı icra sənədlərinə əsasən, Şəxs tələbkarlar X5 və X1 2830 manat və 7000 manat məbləğində pul tutulmalıdır. İcra sənədləri Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. İcra sənədi bu günədək üzrsüz səbəbdən icra edilmir. Onun barəsində axtarış verilmiş və şöbəmizə axtarışla gətirilmişdir. Hal-hazırda qeyd olunan məbləğində borcu mövcuddur. Borcdan heç bir ödəniş etməmişdir. Borcludan müvafiq izahat alınmışdır. Həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Sonda inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-622/2013 saylı icra sənədinə əsasən borclu Şəxs 7000 manat pul tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 635/2014 Saylı icra sənədinə əsasən borclular Şəxs və Məmmədov azər Maarif oğlundan müştərək aydadatələbkar X5 xeyrinə 2800 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin hallarından belə aydın olur ki, Şəxs qeydiyyat ünvanında yaşamadığından ona göndərilmiş icra sənədləri və barədə məlumatsız olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdə nə icraata başlamaq haqqında qərarla , nədəki könüllü icra bildirişi barədə sənədlərlə tanış olmamış və sənsədlərə imza etməmişdir. Odur ki, borclunun qəsdən icra sənədinin icrasından yayınması və bununla bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qəsdən icra sənədinin icrasından yayınması və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №3(006)-4249/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4249/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver