Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4254/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, X1nın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, 1030-cu məhəllə, mənzil 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4056/2019 saylı icra vərəqəsi üzrə tələbin icrasını təmin etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4056/2019 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2014 saylı, 19 may 2014-cü il tarixli qətnaməsi ilə 29 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulan alimentin tutulması dəyişdirilmişdir. Cavabdeh Şəxs 29 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməli, 500 TL və 13.500 rubl (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş lira və rublun manata məzənnəsi nəzərə alınmaqla) və 3.719,5 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməli, məhkəmə xərci kimi ödənilmiş 130 manat məbləğində pulun (dövlət rüsumu kimi ödənilmiş 30 manat və göstərilən hüquqi xidmətə görə 100 manat) 18 manatı iddiaçı X7 aid edilməli, 112 manatı isə cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədlərinin icrasından yayınmır. Anasının səhhətində yaranmış problemlə bağlı onun müalicəsi üçün ölkə xaricində olduğu üçün pulu ödəyə bilməmişdir. Hazırda məhkəmənin gedişində 5080 manat ödəniş etmiş, 816 manat borcu qalmışdır, onu da növbəti ay ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 bildirdi ki, borclu hazırda 5080 manat ödəniş etmişdir, 816 manat borcu qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-4056/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 29 iyun 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməli, 500 TL və 13.500 rubl (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş lira və rublun manata məzənnəsi nəzərə alınmaqla) və 3.719,5 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməli, məhkəmə xərci kimi ödənilmiş 130 manat məbləğində pulun (dövlət rüsumu kimi ödənilmiş 30 manat və göstərilən hüquqi xidmətə görə 100 manat) 18 manatı iddiaçı X4 aid edilməli, 112 manatı isə cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir.. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4056/2019 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. X1 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş ərizədən görünür ki, sonuncu dəfə borclu ona 5080 manat ödəniş etmiş, hazırda borclu Şəxs ona olan aliment borcu 816 manat təşkil edir. Borclu Şəxs ilə aralarında aliment borcunun ödənilməsi barədə razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən borclu ona 11 avqust 2025-ci il tarixdə qalıq 816 manat ödəniş etməyi barədə söz vermişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4056/2019 saylı icra vərəqəsi üzrə tələbkarın xeyrinə 5080 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4254/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4254/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver