Məhkəmə qərarları › İş №3(006)-4255/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4255/2022

18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4255/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin aparıcı məsləhətçisi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin aparıcı məsləhətçisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 66-1.1-ci hissəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, Aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirlik yanında X2 Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçisi tərəfindən tərtib edilir. Həmin Siyahının 66-1.2-ci hissəsinə əsasən Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Bakı Nəqliyyat Agentliyi adından – bu Siyahının 26-4.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Bu Siyahının 26-4.2-cı hissəsində qeyd olunan vəzifəli şəxslərə X3 sədri, onun müavinləri, Aparat rəhbəri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi aiddirlər. O da nəzərə alınmalıdır ki, “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, Agentliyin tabeliyində olan “X1 Mərkəzi” MMC isə Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, hazırki iş üzrə protokol qanunvericiliklə buna səlahiyyət verilmiş şəxs tərəfindən tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar