Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4255/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 iştirakı ilə, Şəxs Mənzil-Tikinti Kooperativinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: Şəxs Mənzil-Tikinti Kooperativi məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Şəxs Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-201/2025 saylı, 27 yanvar 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil-Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İstinad olunmuş hüquq normasının tələbinə əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Mənzil-Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-201/2025 saylı, 27 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan çoxmənzilli binanın B giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99.67 kv.m olan, 3 otaqlı 146 nömrəli təmirli mənzil Şəxs MTK tərəfindən X2 təhvil verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək xx.xx.2024-cü il tarixdən başlayaraq müvəqqəti yaşayacağı mənzilə görə X2 hər ay 800 manat kirayə haqqı ödənilməsi, Şəxs MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay üçün 300 manat olmaqla, cəmi 3190 manat pul məbləğində kirayə haqqının X1 xeyrinə tutulması, Şəxs MTK-dan mənəvi zərər qismində 5000 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi üzrə 08 aprel 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə Şəxs Mənzil-Tikinti Kooperativinə təqdim edilmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarı Şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən icra edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs Mənzil-Tikinti Kooperativi barəsində cərimə növündə inzibati tənbeh qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-201/2025 saylı, 27 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs Mənzil-Tikinti Kooperativi Nizami rayon məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 201/2025 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-267 reyestr nömrəli müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan çoxmənzilli binanın B giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 99.67 kv.m olan, 3 otaqlı 146 nömrəli təmirli mənzil Şəxs MTK tərəfindən X2 təhvil verilməsi, yeni mənzil tikilib tam təmirli vəziyyətdə təhvil verilənədək xx.xx.2024-cü il tarixdən başlayaraq müvəqqəti yaşayacağı mənzilə görə X2 hər ay 800 manat kirayə haqqı ödənilməsi, Şəxs MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay üçün 300 manat olmaqla, cəmi 3190 manat pul məbləğində kirayə haqqının X1 xeyrinə tutulması, Şəxs MTK-dan mənəvi zərər qismində 5000 manat məbləğində pul vəsaiti X1 xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” 08 aprel 2025-ci il tarixli qərardan, həmin tarixli məlumatdan və bildirişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-201/2025 saylı, 27 yanvar 2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” 08 aprel 2025-ci il tarixli qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs Şəxs Mənzil-Tikinti Kooperativinə Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Mənzil-Tikinti Kooperativinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Mənzil-Tikinti Kooperativinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4255/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4255/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver