Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4257/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili Nümayəndə, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin direktoru X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla barəsində xx.xx.2025-ci il tarixində MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilmişdir ki, vətəndaş X6 işəgötürən tərəfindən 2024-cü ilin avqust üzrə əmək haqqının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsində nəzərdə tutulan müddətdən sonra gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənildiyi müəyyən edilmişdir. Həmçinin K.Aslanovun əmək müqaviləsinə işdən çıxarılma ərizəsində əmək müqaviləsini dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixi qeyd etsə də, qanunvericiliyin tələbi pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqmda qərarla o, İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surəti onun qeydiyyat ünvanı olan ünvan 1a xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Belə ki, o barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Bakı şəhəri Səbail rayon Məhkəməsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə, yəni xx.xx.2025-ci il tarixində şikayət vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-1494/2025 saylı qərardadı ilə X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin qərardadında göstərilmişdir ki, inzibati xəta "xxxx" MMC-də törədildiyindən və "xxxx" MMC-nin hüquqi ünvanı olan ünvan 2 olduğundan inzibati xəta haqqında işə aidiyyatı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-3790/2025 nömrəli qərardadı ilə onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət həmin şikayətə əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarını aşağıdakı əsaslara görə qanunsuz və əsassız hesab edir. İlk öncə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı İXM-nin tələblərini kobud pozmaqla onun bu barədə məlumatı olmadan, eyni zamanda onun və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədən qəbul etmişdir. Əvvəla qeyd edir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində İXMnin 192.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar tərtib edilərkən onun iştirakı təmin edilməmişdir, iş materiallarından da göründüyü kimi, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, barəsində X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan həmin qərar onun ünvanına daxil olduqdan sonra xəbərdar olmuşdur. Beləliklə, X7 Xidmətinin Bakı şəhər İdarəsi barəsində MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı xx.xx.2025-ci il tarixində onun bu barədə məlumatı olmadan və onun və ya səlahiyyətli nümayəndənin iştirakı təmin edilmədən qəbul etməklə onun İXM-nin 61.1-ci maddəsində göstərilən hüquqlarını kobud şəkildə pozmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi, barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edərkən X7 Xidmətinin Bakı şəhər İdarəsi İXM-nin yuxarıda sadaladığı maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, İXM-nin yuxarıda qeyd olunun maddələrinin tələbləri pozulmaqla barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanuni və əsaslı sayıla bilməz. Belə olan təqdirdə həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Həmçinin X7 Xidmətinin Bakı şəhər İdarəsi barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında K.Aslanovun işdən çıxarılma ərizəsində əmək müqaviləsini dayandırmaq istədiyi günü xx.xx.2025-ci il tarixi qeyd etsə də, qanunvericiliyin tələbi pozularaq xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir deyə qeyd edilmişdir. Bildirmək istərdi ki, K.Aslanovun "xxxx" MMC-nin rəhbəri olaraq ona ünvanladığı xx.xx.2025-ci il tarixli işdən çıxarılması barədə ərizəsində tutduğu vəzifədən azad edilməsini xahiş etsə də, konkret olaraq tarix qeyd etməmişdir. Qeyd etmək istərdi ki, işçi ərizədə işdən çıxma tarixini qeyd etmədikdə, proses Əmək Məcəlləsinin 69-cu maddəsinin beşinci hissəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Yəni işəgötürən işçinin əmək müqaviləsinə 1 aydan tez (misal üçün, 22 yanvar tarixdə) xitam verdiyi halda, əmək qanunvericiliyinin tələblərini pozmuş olur. Ərizəsində işdənçıxma tarixini qeyd etməyən işçinin əmək müqaviləsinə 1 aydan tez xitam verildiyi halda onun məhkəməyə müraciət edərək işinə bərpa olunması mümkündür. Göründüyü kimi tərəfindən bu hal nəzərə alınmış və müddət gözlənilmişdir. Bundan sonra Kamal Aslanov xx.xx.2025-ci il tarixində yeni ərizə ilə müraciət edərək bildirmişdir ki, artıq xx.xx.2025-ci il tarixdən işə çıxmayacaq və xx.xx.2025-ci il tarixdən işdən azad olunsun. Kamal Aslanovun həmin işdənçıxma ərizəsindən göründüyü kimi, o, xx.xx.2025-ci il tarixinin son iş günü kimi nəzərə alınmasını öz yazılı iradə-ifadəsi şəklində aydın şəkildə göstərmişdir. Bundan sonra K.Aslanovun həmin ərizəsini əsas götürərək xx.xx.2025-ci il tarixində müvafiq əmr verilmiş və K.Aslanovun son iş gününün xx.xx.2025-ci il tarixi olması nəzərə alınaraq işdən azad edilmişdir. K.Aslanov işdən çıxarılması ilə bağlı xx.xx.2025-ci il tarixli əmrlə tanış olmuş və imzalamışdır, bu isə onun iradə-ifadəsinə zidd olan hər-hansı bir halın olmadığına dəlalət edir. Əlavə olaraq qeyd edir ki, şəxs öz iradə-ifadəsini ərizəsində aydın şəkildə qeyd edir və ola bilər ki, xx.xx.2025-ci il tarixdən digər bir işəgötürənlə əmək müqaviləsi münasibətlərinə girmək niyyətindədir, belə olan halda K.Aslanovla bağlı xx.xx.2025-ci il tarixində işdən azad edilməsi ilə bağlı əmr verilsəydi bu zaman K.Aslanovun hüquqları pozulmuş hesab ediləcəkdi və şəxs X7 Xidmətinə hüquqlarının pozulması ilə bağlı müraciət edə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, K.Aslanovun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməklə tərəfindən heç bir qanun pozuntuya yol verilməmiş, K.Aslanovun iradə-ifadəsi, bununla bağlı müvafiq ərizəsi və mövcud qanunvericiliyin bütün tələblərinə tam şəkildə əməl edilmişdir. Bundan başqa qeyd edir ki, "pozuntu" kimi qiymətləndirilən bu halın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməklə 30 (otuz) gün müddət verilmişdir. Lakin qeyd edilən mexanizmin necə reallaşdırılacağı barədə informasiya verilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli əmr ləğv edilərsə, K.Aslanovla bağlı köhnə tarixlə yenidən sənədləşmə aparılmalıdır, bu isə praktiki olaraq mümkün deyil və ya K.Aslanovun 13.02.205-ci il tarixli əmri ləğv edilməklə o, işə bərpa edilməli və yeni tarixlə, xx.xx.2025-ci tarixli əmrlə yenidən işdən azad edilməlidir. Bu formada icra olunan zaman isə K.Aslanovun artıq əsassız və iradə-ifadəsinə zidd olaraq müəyyən imtiyazlardan istifadə etmək hüququ yarana bilər. Göründüyü kimi, işin bu halları da qərarı qəbul etmiş inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmadan, İXM-nin tələbləri pozulmaqla barəsində qanunsuz və heç bir hüquqi əsası olmayan xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qeyd etdiyi əsaslara görə də qanuni və əsaslı olmadığından ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. İXM-nin 130.1-ci maddəsinə görə, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd edir ki, barəsində məlumatı və iştirakı olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surəti ona rəsmi qaydada xx.xx.2025-ci il tarixində verilmişdir. O barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan Bakı şəhəri Səbail rayon Məhkəməsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə, yəni xx.xx.2025-ci il tarixində şikayət vermişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-1494/2025 saylı qərardadı ilə X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinə əməl edilmədən əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən görünür ki, tarixlər üst-üstə düşmür. Belə ki, X9 ərizəsində 14 fevral 2025-ci il tarixdən işdən azad olunmasını xahiş etsə də, MMC tərəfindən ərizədə qeyd olunan tarix nəzərə alınmadan sonuncunun 13 fevral 2025-ci il tarixdən azad olunması barədə sənədlədirmə aparılmışdır. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X7 Xidmətinin Bakı şəhər idarəsinin 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, vətəndaş X9 əmək münasibətlərini 14 fevral 2025-ci il tarixdə dayandırmaq istədiyini qeyd etsə də, qanunvericiliyin tələbləri pozularaq 13 fevral 2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Bununla da, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuş və o, 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli ərizədən görünür ki, X9 14 fevral 2025-ci il tarixdən işə çıxmayacağını və 14 fevral 2025-ci il tarixdən işdən azad olunması barədə əmr verilməsini xahiş etmişdir İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə № 01-K əmrdən görünür ki, "xxxx" MMC şirkətində “hüquqşünas” vəzifəsində işləyən X9 ilə bağlanmış əmək müqaviləsinə 13 fevral 2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1494/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən çıxarılmış 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 tərəfindən X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Məhkəmə hesab edir ki, X2 tərəfindən X5 əmək müqaviləsinə xitam verilərkən müqavilənin xitam verilməsinə təşəbbüs etmiş şəxsin ərizəsində qeyd etdiyi 14 fevral 2025-ci il tarixi nəzərə alınmadan əmək müqaviləsinə 13 fevral 2025-ci il tarixdən xitam verilmişdir. Beləliklə, X7 Xidmətinin Bakı şəhər idarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X2 qanun pozuntusuna yol vermişdir. Ona görə də 14 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X1 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin inzibati tənbehvermə haqqında 14 may 2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4257/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4257/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver