Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4258/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, vətəndaş X5 ərizə ilə müraciət edərək taksi sürücüsü kimi fəaliyyət göstərən Şəxs onun şərəf və ləyaqətini alçatdığını bildirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, Şəxs vətəndaş X3 qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Belə ki, vətəndaş X5 xx.xx.2022-ci il tarixdə 22-ci PŞyə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam 21:00 radələrində 20 Yanvar metrostansiyasından Nəsimi rayonu, Rəşid Behbudov küçəsinə getmək məqsədi ilə “Uber” şirkətindən taksi sifariş vermiş, həmin şirkətdən “Toyota Prius” markalı avtomobil onu müştəri qismində götürdükdən sonra ön oturacaqda əyləşməyini istəmişdir. Daha sonra ona tanışlıq təklif edərək istirahət etmək üçün otelə gedəcəklərini bildirib onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü qismən təqsirli bilir. Taksi fəaliyyəti ilə məşğul olur. 2 gün əvvəl gecə saatlarında 20 Yanvarda sifariş qəbul etmiş, sifariş verilən yerə gedərək xanımı müştəri kimi götürmüş və xanım onunla səmimi söhbət etmişdir. Sonra xanım ondan “bu sənin nömrəndir” deyə soruşmuş, cavabında sonuncuya öz nömrəsi olduğunu bildirmiş, daha sonra xanım ona mesaj atmışdır. Xanım ona evə getməyi təklif etmiş, cavabında “pulum olsa, otelə gedərdim” deyə bildirmişdir. Sonuncu özü hansısa otelə getmiş, ona “məni gəlib oteldən apararsanmı” deyə bildirmişdir. Cavabında xanıma iradını bildirmiş, xanım ona gecə saat 4-5 radələrində iki dəfə zəng etmişdir. Zəngə cavab vermədiyi üçün ondan şikayət etmişdir. Həmin xanıma qarşı heç bir əxlaqsız təklifi, hərəkəti olmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X2 Nəsimi RPİ-nin 22-ci PŞ-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə axşam 21:00 radələrində 20 Yanvar metrostansiyasından Nəsimi rayonu, Rəşid Behbudov küçəsinə getmək məqsədi ilə “Uber” şirkətindən taksi sifariş vermiş, həmin şirkətdən “Toyota Prius” markalı avtomobil onu müştəri qismində götürdükdən sonra ön oturacaqda əyləşməyini istəmişdir. Daha sonra ona tanışlıq təklif edərək istirahət etmək üçün otelə gedəcəklərini bildirib onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixində X2 ərizəsi ilə əlaqədar olaraq Tural adlı şəxs xx.xx.2022-ci il tarixində saat 22:30 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirilmişdir. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən olunmuşdur. Həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyat olan Şəxsdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 17 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4258/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4258/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver