Məhkəmə qərarları › İş №3(006)-4258/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4258/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4258/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 20-ci polis şöbəsinin sahə inspektoru X5 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Rastrapoviç küçəsi, ev 05, mənzil 05-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə X10 “102” xidmətinə və 20-ci polis şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 23:48 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1 saylı X9 xalası qızı Vəfa Əsgərovaya məxsus pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən xx.xx.1992-ci il təvəllüdlü Şəxs müəyyən olunaraq saxlanılmış və şöbəyə gətirilmişdir. Keçirilmiş müayinə nəticəsində Şəxs sidik analizində MET (+), MOP (+), THC (+), MTD (+), PGB (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 6712 saylı rəyinə görə Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. Həmçinin, Şəxs cari ilin iyul ayında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi Şəxs islah olunmayaraq eyni əməlləri törətməkdə davam edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, metadon suyu qəbul etmək üçün 1 saylı X4 zaman yerdən pul kisəsini tapmışdır. Həmin pul kisəsini mərkəzin qeydiyyat şöbəsinə təhvil verməyə gedərkən onu saxlayıb polis şöbəsinə aparmışlar. Şöbədə olan zaman o, narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül tənbehin verilməsini xahiş etdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 6712 saylı rəyinə görə Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; • “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 03:30-da tutulmuşdur; • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 3(005)-2835/2024 saylı qərarına əsasən Kişiyeva X6 Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə təqsirli bilinərək ona 300 manat məbləğində cərimə edilmişdir; • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Şəxs xx.xx.2015-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki övladı var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə müvafiq olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar