Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4259/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İqtisadiyyat tərtib etmiş: Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 21C; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Avropa” aptekdə “Molped” (20 ədədli, normal) adlı məhsul üzərində qiyməti 02 (iki) manat 60 (altmış) qəpik göstərilsə də, kassada 03 (üç) manat 70 (yetmiş) qəpik hesablanaraq satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X7 izahatında göstərdi ki, vətəndaş X5 Nazirliyin “Çağrı Mərkəzi”nə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Avropa” aptekdən mal almış və onun üzərində 2,60 manat qeyd olunmasına baxmayaraq, ondan kassada 3.70 manat tələb olunmuşdur. O, bununla bağlı öz iradını bildirsə də, satıcı tərəfindən kobud cavab verilərək iradına əhəmiyyət verilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən baş vermiş inzibati xəta üzrə araşdırma aparılarkən tətbiq olunacaq tənbeh tədbiri doğru seçilməmiş, əməl İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 445.1-ci maddəsi ilə tövsif olunmalı idi. Belə ki, şikayətçi X2 cəmiyyətə məxsus ünvan 3 ünvanda yerləşən “Avropa” aptekdə qeyd edilən məhsulu xx.xx.2022-ci il tarixdə alarkən məhsulun satış qiyməti heç də onun üzərində olan 2,60 manat qiyməti ilə deyil, əsil qiyməti olan 3,70 manat olmuşdur. Həmin an aptekdə olan eyni növ və çeşidli bütün məhsulların, eləcə də bu məhsulun əsil qiyməti 3,70 manat olmuşdur. Hətta, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iş materiallarına əlavə olunan və xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda da qeyd edilən vətəndaşın təqdim etdiyi kassa qəbzi də mövcuddur və orada məhsulun qiyməti 3,70 manat göstərilib. Burada vətəndaşın məhsulun qiyməti barədə hər hansı aldadılma niyyətinin olması məntiqə və əməlin tövsifini də uyğun gəlmir. Əgər vətəndaşı aptek tərəfindən yanlış qiymət göstərməklə aldatmaq niyyəti olmuşdursa, niyə görə sonda aptek tərəfindən üzərində faktiki 2,60 manat qiymət yazılı məhsulla birlikdə əsil qiyməti 3,70 manat qəbz yazılan çek təqdim edilmiş olunur. Bu hal inzibati protokol tərtib olunarkən dövlət qurumu tərəfindən nəzərə alınmamışdır. Hazırki iş üzrə araşdırma aparılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri tamamilə pozulmuşdur. Ona görə də vətəndaşa aptek tərəfindən məhsulun nə ölçüsündə, nə çəkisində, nə istehlak xüsusiyyətində, nə də hesabında aldadılma halına yol verilmədiyindən həmin əməlin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə tövsifi əsassız və qeyri-qanunidir. Həmin maddənin tövsifinə görə istənilən halda əgər aldadılma hərəkəti əməldə mövcuddursa, deməli burada iradə ifadəsi, yəni bilərəkdən bu hərəkətin edilmə halı da mövcud olmalıdır. Bu əməldə isə məhsulun hesabı ilə bağlı heç bir aldatmadan söhbət gedə bilməz. Bundan əlavə, təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 325428 saylı elektron qaiməyə əsasən vətəndaşın xx.xx.2022-ci il tarixdə aptekdən aldığı “Molped” (20 ədədli, normal) adlı məhsulu cəmiyyət cəmi 480 ədəd - 1.447,20 manat dəyərində almışdır. Bununla da həmin məhsulun 1 ədədinin dəyəri 3,01 manat edir. Belə olan halda necə ola bilər ki, bu məhsul dəyərindən aşağı qiymətə satılsın. Bundan başqa, dövlət qurumunun xx.xx.2022-ci il tarixli, AİBNDX-09/14-5/4025 saylı məktubunda qeyd edilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.1-ci maddəsinin tələbinə istinad edilərək məsuliyyət tədbiri olaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun protokolun tərtib ediləcəyi nəzərdə tutulmuşdur. Araşdırma zamanı bununla da bağlı cəmiyyətin hüquqi mövqeyi dövlət qurumunun nəzərinə çatdırılmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.1-ci maddəsində qeyd olunur ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Hazırki vəziyyətdə baş vermiş əməldə üzrlü səbəbdən istehlakçıya məhsulun qiyməti barədə düzgün məlumatın verilməməsi halı elə avtomatik olaraq vətəndaşın bu barədə məlumat almaq hüququnun pozulması kimi də qiymətləndirilə bilər. Əgər dövlət qurumu müraciətində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə istinad edirdisə, o zaman həmin tələbin pozulmasına görə nəzərdə tutan inzibati tənbehi də düzgün müəyyən etməli idi. Bu əməlin pozulmasına görə isə nəzərdə tutulan tənbeh norması İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsidir. Belə ki, istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - İqtisadiyyat Nazirliyinin “Çağrı Mərkəzi” tərəfindən tərtib edilmiş Müraciətçinin şikayət vərəqəsində (№**********) qeyd olunur ki, vətəndaş X5 xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Avropa” aptekdən aldığı malın üzərində 2,60 manat qeyd olunmasına baxmayaraq, ondan kassada 3,70 manat tələb olunduğunu iddia edir. Bununla bağlı sözügedən aptek tərəfindən istehlakçı hüquqlarının pozulduğunu bildirərək qanuni tədbirlərin görülməsini xahiş edir; - xx.xx.2022-ci il tarixli, 4382 saylı satış çeki və şəkildən aydın olur ki, “Molped” (20 ədədli, normal) adlı məhsulun üzərində qiyməti 02 (iki) manat 60 (altmış) qəpik göstərilsə də, həmin məhsul kassada 03 (üç) manat 70 (yetmiş) qəpik hesablanaraq satılmışdır; - xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Avropa” aptekdə “Molped” (20 ədədli, normal) adlı məhsul üzərində qiyməti 02 (iki) manat 60 (altmış) qəpik göstərilsə də, kassada 03 (üç) manat 70 (yetmiş) qəpik hesablanaraq satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin birinci abzasına görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə, iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin Şəxs MMC tərəfindən pozulması, yəni istehlakçının hüququnun pozulması tam sübuta yetirilir. Buna görə də qurum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4259/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4259/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver