Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4281/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayət vermiş şəxs: Nümayəndə iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi Sanil Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X17 və onun vəkili Nümayəndə qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 21:50 radələrində onun yaşadığı binada qonşuluqda yaşayan Elşən Əliyev adlı şəxsin baldızı kimi tanınan, zərər çəkmiş şəxsin əvvəllər tanımadığı X10 yaşayış binasının həyətində son dərəcə təhqiramiz ifadələr və küçə söyüşləri ilə onu təhqir etmiş, üstünə hücum edərək ona bədən xəsarətləri yetirmişdir. X3 ciddi bədən xəsarətləri almışdır. Həmin şəxsin səs-küylü və zorakı hərəkətləri ilə həyətə çoxlu sayda insan toplaşmışdır. Zorakılıq hərəkətlərini qəsdən həyata keçirərkən Hüseynova Lamiyə S.Ağayevanı öldürməklə hədələmiş və digər şəxslərə də xəsarətlər yetirmişdir. Hadisə baş verəndən sonra yaxınlıqda yerləşən 20-ci polis şöbəsinə şikayətlə müraciət edilmişdir. Bundan başqa, S.Ağayevaya qarşı Hüseynova Lamiyə zorakılıq edərkən azyaşlı uşaqları onun yanında olmuşlar. Qadının zorakı hərəkətləri, şiddət göstərməsi onları dərindən sarsıtmış və qorxutmuşdur. Həmin zorakılıq hərəkətləri, təhqirlər uşaqların gözü qarşısında baş vermiş və onlara qarşı da edilmişdir. Uşaqlardan savayı ətrafda xeyli sayda azyaşlı uşaqlar da olmuşdur ki, onların yanında küçə söyüşləri ilə son dərəcə təhqiramiz ifadələrin işlədilməsi uşaqlarda psixoloji travma yaratmışdır. Azyaşlılara qarşı bu dərəcədə insan kütləsinin gözü qarşısında edilmiş qeyri-adi hərəkətləri heç cür qəbul etmək olmur. L.Hüseynova S.Ağayevaya hücum edərkən ətrafdakı insanların köməyi nəticəsində hücumun qarşısını qismən almaq mümkün olmuşdur. Lakin hadisə iştirakçıların bir qismi də xəsarətlər almışdır. Hücum edən şəxs həyətdə ictimai asayişi kobud şəkildə pozmuşdur. Qadın “bu həyətdə kişi yoxdur”, “siz bilirsiz biz kimik, sizin nəslivizi köçürərik burdan sözləri ilə yanaşı heç bir çərçivəyə sığmayan küçə söyüşlərindən istifadə etmişdir. Eyni zamanda, hadisə zamanı 8 yaşlı Zəhra Yıldırım adlı uşaq sarsıntı keçirən zaman “qoy gəbərsin kimi sözlərdən istifadə etmişdir. Hadisə baş verəndən sonra motivləri araşdırdıqda məlum olur ki, təqsirli şəxsin zorakı hərəkətləri üçün heç bir əsas olmamışdır. X20 ilk dəfədir görür və onunla əvvəllər hər-hansı bir ünsiyyəti olmamışdır. Hadisənin törətməsinin səbəbini isə söyüşlər zamanı anlamaq mümkün olur ki, “sizin uşaqlar mənim bacım uşaqları ilə niyə oynamır”, ’’mənim bacım sənin üzündən özünü pis hiss edir və sair kimi məntiqsiz, əsassız fikirlərdən ibarətdir. Hadisənin baş vermə səbəbi də özünü təsdiq etmək üçün insanlara, cəmiyyətə qarşı edilmiş zorakı hərəkətlərdir. Hadisəni törədən şəxs həmin binada yaşamır, S.Ağayevanı birbaşa tanımır, hətta hadisə “mənim oğlum İsmayıla nəsə demisən” ifadəsi ilə Ağayeva Sahibəyə zərbə ilə başlamışdır. Sahibə isə “İsmayıl mən səni heç tanıyırammı?” sualı verdikdə, o “yox xala” cavabını vermişdir. Lakin, buna baxmayaraq Lamiyə öz zorakı hərəkətlərini səbəbsiz formada davam etdirmişdir. Bundan başqa, eyni gündə və saatda L.Hüseynovanın qaynı, bacısının əri Elşən Əliyev qonşuluqda yaşayan Yıldırım Cuma adlı Türkiyə Respublikasının vətəndaşını aldadaraq avtomobilə əyləşdirmiş, sonra hərbi hospitalın arxa küçəsində bir neçə adamın (Elşənin dostları) iştirakı ilə onu da döymüşdür. Bundan sonra onu yaşadığı binanın həyətinə gətirmiş və insanların gözü qarşısında təhqiredici formada uşaqdan səbəbsiz üzr istəməyə məcbur etmişlər. Göründüyü kimi, bu ailə və onların qohumları binada yaşayan sakinlər üçün yeni “qaydalar” müəyyən etmək istəyirlər. Hadisələrin motivləri də demək olar ki, eynidir bəhanələrlə insanlara təsir göstərib onları özlərinə itaət etdirmək. xx.xx.2023-cü il tarixdə Yıdırım Cuma Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə ərizə ilə müraciət etmiş və onun izahatı alınmışdır. xx.xx.2023-cü il tarixdə isə X17 ərizə ilə polis şöbəsinə şikayət vermişdir. Təhqiqatçı tərəfindən ekspertiza təyin olunmuşdur. Baş verən hadisənin çox epizodlu olmasını və xuliqanlıq hərəkətləri ilə müşayət olunmasını nəzərə alaraq qeyd olunmalıdır ki, hadisələrin onlarla şahidinin olmasına baxamayaraq, onlardan yalnız bir qisminin izahatı alınmışdır. Təqsirli şəxslərin, xüsusilə Lamiyə adlı qadının izahat verib-verməməsindən, ümumiyyətlə polisə dəvət olunmasından xəbərsizdirlər. Təyin olunmuş ekspertiza əsasında zərər çəkmiş şəxs ekspertizadan keçmişdir. Ekspert rəyində X11 digər şəxs tərəfindən döyülməsi əlamətləri əks olunmuşdur. Lakin polis döyülmə faktını əsas götürüb və şahidlərin bir qisminin ifadəsini alaraq, eyni zamanda təqdim edilmiş videogörüntüləri tədqiq etmədən, hadisənin motivlərini araşdırmadan, X12 edilmiş təhqirləri nəzərə almadan, eləcə də zorakılıq hərəkətlərinin təkcə zərər çəkmiş şəxslə məhdudlaşmayan azyaşlılara və digər insanlara qarşı edilməsini və hadisə yerində olan çoxsaylı insanların hadisənin baş verməsinə təsirinə əhəmiyyət vermədən, əsassız olaraq cinayət işnin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Hadisənin təfərrüatları deməyə əsas verir ki, xx.xx.2023-cü il tarixdə xuliqanlıq əməli törədilmişdir. Lakin polis şöbəsi məsələni böyütmək istəməyərək baş vermiş hadisə ilə cinayət qanunvericiliyinin müvafiq müddəasını tövsif etmədən qərəzli şəkildə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsini tətbiq etmişdir. Qeyd edilənlər bir daha araşdırmanın birtərəfli, qərəzli aparıldığını göstərir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(006)-104/2023 saylı qərarına əsasən xx.xx.2023cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. Hələ araşdırma gedərkən zərər çəkmiş şəxsin həyat yoldaşı və nümayəndəsi tərəfindən Daxili İşlər Nazirliyinə təhqiqatın gedişindəki nöqsanlarla bağlı şikayət göndərilmiş, oradan isə ərizə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Məhkəmədə iş yekunlaşdıqdan sonra həmin idarədən cavab məktubu daxil olmuş və məlum olmuşdur ki, Hüseynova Lamiyə inzibati qaydada cərimələnmişdir. Daha sonra aşkar olunmuşdur ki, Baş İdarənin məktubunda Hüseynova Lamiyə - X5 göstərilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli təhqiqatçının qərarında şəxsin adı - X10, inzibati tənbeh vermə haqqında qərarda isə - X2 göstərilmişdir. Bu faktın özü də dəsdiq edir ki, təqsirli şəxs bütün bu hadisə və proseslərin fonunda bir dəfə də olsun polis şöbəsində olmamışdır. Digər tərəfdən bu hallar polis qurumları tərəfindən məsləyə səthi yanaşıldığını göstərir. Baş verən qanun pozuntuları bununla bitmir. Əvvəla, inzibati tənbeh vermə haqqında protokol və qərar xx.xx.2023-cü il tarixdə verilmiş, cinayət işinin rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətləri polis şöbəsinin dəftərxanasından çıxmamış (zərər çəkmiş şəxsə və prokurorluğa ünvanlanmış) inzibati tənbeh barədə qərar qəbul olunmuşdur. İkincisi, inzibati tənbeh vermə haqqında qərarla inzibati protokol arasında ziddiyyətlər vardır. İnzibati protokolun nömrəsini poçtun sistemi vasitəsilə yoxladıqda onun X6 tətbiq olunduğu bilinir. Qərarın nömrəsi ilə yoxladıqda isə onun Ceyhun adlı başqa bir fiziki şəxsə tətbiq olunduğu göstərilir. Üçüncüsü, İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən inzibati tənbeh vermə haqqında qərar digər şəxslərlə yanaşı zərər çəkmiş şəxsə 02 gün ərzində verilməlidir. Rəsmi olaraq zərər çəkmiş şəxsə heç cinayət işinin rədd edilməsi barədə qərar gəlib çıxmamış, nəinki inzibati tənbeh haqqında qərar. Artıq bir aya yaxın müddətdir ki, həmin inzibati tənbeh haqqında qərardan məlumatsız olmuşlar və təsadüf nəticəsində belə bir qərarın mövcud olduğunu öyrənmişlər. Dördüncüsü, artıq Nəsimi Rayon Məhkəməsi tərəfindən polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv olunduğundan həmin iş üzrə inzibati qaydada tətbiq olunmuş qərar və protokol öz hüquqi əhəmiyyətini itirir. Qeyd olunanlara əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar və protokol hüquqi əhəmiyyəti olmadığından, qanun pozuntuları ilə qəbul olunduğundan ləğv edilməlidir. Məhkəmədə şikayət vermiş şəxs Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi Sanil Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, MN ********* saylı inzibati xəta haqqında protokola əsasən X8 həmin günü, saat 6-12-də İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; • xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə 300 manat cərimə edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı Ayxan Məmmədov tərəfindən HK1-1394 saylı material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, həmçinin X14 vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti və fiziki güc tətbiq etmiş X7 gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddisində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti polis şöbəsinin aidiyyəti əməkdaşına həvalə olunmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 6(006)- 104/2023 saylı qərarına əsasən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunur ki, X7 inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə ləğv edildiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi Sanil Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Buna görə də həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi Sanil Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4281/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4281/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver