Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4298/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “İdarə”) tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, sonra isə xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinir 192.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, inzibati tənbeh tətbiq edilərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İdarənin qeyd edilən qərarı publik hüquqi şəxsə xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə daxil olmuşdur. Qanunun verdiyi şikayət vermə hüququndan istifadə edərək aşağıda göstərilən səbəblərə görə hesab edir ki, idarənin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və buna görə də ləğv edilməli, idarə tərəfindən iş üzrə qeyd edilən qərarın ləğv edilməsinə dair qərar qəbul edilməlidir. X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının əsaslandığı hallar: İdarə öz qərarını onunla əsaslandırmışdır ki, X7 iş vaxtından artıq saatlarda işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı və 165-ci maddələrinin tələbləri pozulmuşdur. İdarə öz qərarının hüquqi əsası kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,192.4-cü maddələrinə istinad etmişdir. Hesab edir ki, İdarənin yol verdiyi maddi və prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, idarə barəsində inzibati xəta haqqında iş üzrə aparılan vəzifəli şəxsin səlahiyyətli nümayəndəsinin iştirakını temin etməmiş və iştirakı olmadan işə birtərəfli qaydada baxaraq sözügedən qərarını qəbul etmişdir. İdarə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsini qərarında göstərsə də bu barədə işə materiallarında hər hansı bir təsdiqedici sənəd (xəbərnamə və s.) mövcud deyildir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən vəzifəli şəxs məlumatlandırılmamışdır, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolda bu barədə hər hansı bir qeyd aparılmamışdır, bu da qanunvericiliyini tələblərinə kobud şəkildə pozulması deməkdir. X3 və Ortopediya İnstitutunun 624-k saylı xx.xx.2018-ci il tarixli əmri ilə X1 əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə xx.xx.2018-ci il tarixdən X3 və X5 diaqnostikası şöbəsinin rentgentexnik vəzifəsinə keçirilmişdir. X7 ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin 4.16-cı maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. Müqavilənin 4.17-ci bəndinə əsasən iş saat 08:30 başlanır, saat 15:50 qurtarır, yəni gündəlik iş vaxtı 7 saat 20 dəqiqə, həftəlik isə 36 saat təşkil edir. Göründüyü kimi, inzibati xəta hadisəsi və ya tərkibi yaranmamış və buna görə də onun barəsində inzibati cərimə tətbiq oluna bilməz. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetme yükü hazırki işdə məhz İdarənin üzərinə düşür. “İdarə publik hüquqi şəxsin Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız təqdim edilmiş ərizə və bir sıra sənədlərə istinad etmişdir ki, həmin sənədlər başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş İdarə publik hüquqi şəxs tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi qənaətinə gəldiyi halda bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi və bundan sonra eldə edilmiş sübütlara hüquqi qiymət verərkən publik hüquqi şəxsin fəaliyyətində inzibati xəta tərkibinin olubolmadığını müəyyən etməli idi. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibatı xətanın törədildiyi gündən en geci üç ay keçənədək verilə bilər. X3 və Ortopediya İnstitutunun 624-k saylı xx.xx.2018-ci il tarixli əmri ilə E.P.Muradovun əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə xx.xx.2018-ci il tarixdən X3 və X5 diaqnostikası şöbəsinin rentgen-texnik vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdən etibarən rentgentexnik vəzifəsində işləməyinə və əmək haqqısınn tam olaraq ödənilməsinə baxmayaraq X8 Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da nəzərdə tutulan müddət ötürülmüşdür. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, hazırki iş üzrə X8 Xidmətinin Bakı şəhər İdarəsi faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi H.Ə.Həsənli şikayətlə razılaşmayaraq bildirmişdir ki, İşçinin, yəni E.P.Muradovun X3 və Ortopediya İnstitutunun 624-k saylı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən 7 saat işləməsi nəzərdə tutulmuşdur, lakin sonuncu müqavilədə nəzərdə tutulmuş müddətdən artıq işləmişdir. Belə ki, Əmək qanunvericiliyinin normalarına əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Lakin E.P.Muradovun 25 iyun 2022-ci ildə 17 saat, iyun ayı ümumilikdə 131 saat, iyul ayında 53 saat, avqust ayında 151 saat əmək müqaviləsində müəyyən edilmiş iş vaxtından artıq işləməsinə baxmayaraq işlədiyi əlavə iş saatların əmək haqqısı ona verilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 103.4-cü maddəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. E.P.Muradova iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. İşçi 12 saat işləyə bilər, ancaq müqabilində ikiqat vəzifə maaşı almalıdır. Bu qanunvericiliyin tələbidir. İş vaxtından artıq işə cəlb etmə müddəti işçinin razılığı ilə müqavilə əsasında olmalıdır. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Həmçinin o, bildirmişdir ki, X3 və Ortopediya İnstitutunun əməkdaşları idarəyə dəvət edilmiş və zəruri sənədlər onlardan tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikasının X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan şikayət ərizəsindən görünür ki, şikayətçi Ə.İ.Qasımovun yaşayış yeri ünvan 1-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, şikayətçinin ərizəsində qeyd etdiyi ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2022-ci il tarixli reyestrin 3 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi Ə.İ.Qasımova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, şikayətçinin ərizəsində qeyd etdiyi ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2022-ci il tarixli reyestrin 10 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi Ə.İ.Qasımova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi Ə.İ.Qasımovun iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, şikayətçinin ərizəsində qeyd etdiyi ünvan 1 ünvana bildirişlər göndərilmiş, həmçinin şikayətçinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 01 dekabr 2022-ci il tarixli məhkəmə iclası 09 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş E.P.Muradov iş vaxtından artıq saatlarda işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı və 165-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla da, Ə.İ.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə Bakı Şəhər İdarəsinin nümayəndəsi H.Ə.Həsənli tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X3 və Ortopediya İnstitutunun 2022-ci ilin iyul ayına olan qrafikdən görünür ki, E.P.Muradov həmin tarixdə 53 saat işləmişdir. Məhkəməyə Bakı Şəhər İdarəsinin nümayəndəsi H.Ə.Həsənli tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X3 və Ortopediya İnstitutunun 2022-ci ilin iyun ayına olan qrafikdən görünür ki, E.P.Muradov 25 iyunda 17 saat, tam ay üçün isə 131 saat işləmişdir. Məhkəməyə Bakı Şəhər İdarəsinin nümayəndəsi H.Ə.Həsənli tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X3 və Ortopediya İnstitutunun 2022-ci ilin iyun ayına olan qrafikdən görünür ki, E.P.Muradov həmin tarixdə 151 saat işləmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Azərbaycan X3 və Ortopediya İnstitutu” PHŞ-nin direktoru Ə.İ.Qasımov E.P.Muradovun əmək və əmək məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində Əmək Məcəlləsinin90-cı və 165-ci maddələrinin tələblərini pozmuş, buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Ə.İ.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, E.P.Muradov “Azərbaycan X3 və Ortopediya İnstitutu” PHŞ-də E.P.Muradov 2022-ci ilin iyun ayında 131 saat, iyul ayında 53 saat, avqust ayında 151 saat, həmçinin 25 iyunda 17 saat əmək müqaviləsində müəyyən edilmiş iş vaxtından artıq işləməsinə baxmayaraq işlədiyi əlavə saatların əmək haqqısı almamış, bununla da onun Əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən 1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. 3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Həmin Məcəllənin 103.4-cü maddəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Azərbaycan X3 və Ortopediya İnstitutu” PHŞ-nin direktoru Ə.İ.Qasımov öz vəsifəsini lazımınca icra etməmiş, vətəndaş E.P.Muradovun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru Ə.İ.Qasımovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Azərbaycan Elmi-Tədqiqat Travmatologiyya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsnin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4298/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4298/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver