Məhkəmə qərarları › İş №3(006)-4298/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4298/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4298/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola görə "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında "xxxx" MMC-nin xüsusi müıkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılmalı, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməlidir; Eyni zamanda müəyyən olunur ki, icra məmuru tərəfindən bu məsələ ilə bağlı əvvəllər də inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 2114/2023 saylı qərarı ilə "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Belə ki, həmin vaxtı işə baxılarkən aydın olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqəsinin icrası ilə "xxxx" ASC tərəfindən zəruri tədbirlər görülür, tələbin icra olunması üçün torpaq sahəsinin ayrılması və inşaat pasportunun hazırlanması tələb olunur ki, bununla bağlı da aidiyyəti üzrə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin, hazırda icra məmuru tərəfindən bu məsələyə tam aydınlıq gətirilmədən, o cümlədən torpaq sahəsinin ayrılıb-ayrılmadığını və qeyd olunan ərazidə hər-hansı işlərin yerinə yetirilib-yetirilməməsini real olaraq müəyyən etmədən "xxxx" ASC barədə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Belə olan halda isə hesab edirəm ki, hazırki protokola baxılıb işi tamamlamaq mümkün olmadığından, protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar