Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4300/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, İkinci Şahsevən ərazi dairəsi, İkinci Şahsevən kəndində qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 14 sentyabr 2023-cü il tarixdə, saat 05:30 radələrində Nəsimi rayonu, B.Səfəroğlu 191 ünvanın qarşısında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə, saat 05:30 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Ə.Həsənov və K.Kazımov Nəsimi rayonu, B.Səfəroğlu 191 ünvanın qarşısında xidməti ərazidə olarkən ucadan qışqırıq səsləri eşitmişlər və dərhal səs gələn yerə yaxınlaşmışlar və bir nəfər şəxsin qadını təhqir edərək döydüyünü görmüşlər. Polis əməkdaşları onları sakitləşdirməyə çalışan zaman qadını döyən şəxs uca səslə onlarıda təhqir etməyə, ünvanlı nalayiq söyüşləri söyməyə başlamışdır. Bundan sonra onlar hər iki şəxsi PŞ-nə dəvət etsələr də Şəxs polisin çağırışına məhlə qoymayaraq onlarla getməkdən imtina etmiş, polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Daha sonra Şəxs 22-ci PŞ-də olarkən yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Nəsimi rayonu, B.Səfəroğlu 191 ünvanın qarşısında qadınla mübahisə edən zaman polis əməkdaşları onlara yaxınlaşıb sakit olmağa dəvət etmiş, lakin o, iki bakal içdiyindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə, saat 05:30 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri K.Kazımov ilə Nəsimi rayonu, B.Səfəroğlu 191 ünvanın qarşısında xidməti ərazidə olarkən ucadan qışqırıq səsləri eşitmişlər və dərhal səs gələn yerə yaxınlaşmışlar və bir nəfər şəxsin qadını təhqir edərək döydüyünü görmüşlər. Onlar həmin şəxsi sakitləşdirməyə çalışan zaman qadını döyən şəxs uca səslə onlarıda təhqir etməyə, ünvanlı nalayiq söyüşləri söyməyə başlamışdır. Bundan sonra onlar hər iki şəxsi PŞ-nə dəvət etsələr də həmin şəxs onların çağırışına məhlə qoymayaraq onlarla getməkdən imtina etmişdir. Onlar həmin şəxsi PŞ-nə təmin edən zaman onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞnin məsul növbətçisi, polis kapitanı X6 izahatında bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında adı sonrada məlul olan xanımla küçədə səs-küy saldığı üçün Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilən, sonra sərxoş halda olan Şəxs mobil telefonu təhvil verilməsini istəyən zaman mübahisə yaranmış və Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞnin növbətçi köməkçi, polis serjantı X2 şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 14 sentyabr 2023-cü il tarixdə, saat 05:30 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Ə.Həsənov və K.Kazımov Nəsimi rayonu, B.Səfəroğlu 191 ünvanın qarşısında xidməti ərazidə olarkən ucadan qışqırıqnda səsləri eşitmişlər və dərhal səs gələn yerə yaxınlaşmışlar və bir nəfər şəxsin qadını təhqir edərək döydüyünü görmüşlər. Polis əməkdaşları onları sakitləşdirməyə çalışan zaman qadını döyən şəxs uca səslə onlarıda təhqir etməyə, ünvanlı nalayiq söyüşləri söyməyə başlamışdır. Bundan sonra onlar hər iki şəxsi PŞ-nə dəvət etsələr də həmin şəxs polisin çağırışına məhlə qoymayaraq onlarla getməkdən imtina etmişdir. Onlar həmin şəxsi PŞ-nə təmin edən zaman onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. İş materiallarında olan hadisənin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disklə Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2023-cü il tarixli, 2/33117 saylı protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə saat 05:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran hal hesab edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 14 sentyabr 2023-cü il tarixdən saat 05:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4300/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4300/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver