Məhkəmə qərarları › İş №3(006)-4301/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4301/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4301/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası X3 nümayəndəsi X6, X1 vəkili X7 iştirakları ilə, X1 Azərbaycan Respublikası X3 31 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X9 Azərbaycan RespublikasıX3 31 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinə ünvanlanmış müraciət əsasında ölkəyə gətirilmiş məhsul partiyaları barədə araşdırma aparılaraq qərar qəbul olunmuşdur. Bununla belə Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin nümayəndələri tərəfindən sözügedən qərar hazırki vaxta qədər onlara təqdim olunmamışdır. Həmin qərar əsasında Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin nümayəndələri tərəfindən "xxxx" MMC barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası X5 Bakı Regional Bölməsinin nümayəndələri tərəfindən həmin protokol əsasında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmış və həmin qərarla, "xxxx" MMC-nin direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-ni 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətam törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1ci maddəsinin 1 və 2-ci hissəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası X3 31 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X3 nümayəndəsi X11 şikayətə etiraz edərək bildirmişdir ki, 07 avqust 2023-cü il tarixdə müraciət əsasında idxal olunan məhsul partiyasına baxış keçirilmiş və məhsullardan nümunələr götürülərək yoxlanılması üçün müvafiq quruma göndərilmişdir. Nəticədə, həmin məhsullarda virus aşkar olunduğundan müvafiq qərarla məhsulların geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilmişdir. Lakin sonradan qeyd olunan məhsulların satılması müəyyən olunmuşdur. Qeyd olunan fakt öz təsdiqini tapdığından inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X9 cərimə edilmişdir. Şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X4 müdafiəçisi X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X4 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Belə ki, 07 avqust 2023-cü il tarixdə X5 tərəfindən idxal olunan məhsul partiyasına baxış keçirilərək müvafiq nümunələr götürülmüş və həmin nümunələrin cavabı barədə qərar gec verildiyindən məhsulların xarab olmaması üçün satışı həyata keçirilmişdir. Lakin sonradan X5 tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X3 25 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən X3 müvafiq sertifikatı alınmadan məhsulların satışı keçirilmiş və Bakı RB-nin tərtib etdiyi 15 avqust 2023-cü il tarixli 348/FN nömrəli qərarının icrası mümkün olmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X3 31 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 müvafiq sertifikatı alınmadan məhsulların satışı keçirilmiş və Bakı RB-nin tərtib etdiyi 15 avqust 2023-cü il tarixli 348/FN nömrəli qərarının icrası mümkün olmamışdır. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X9 barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2-ci bəndinə əsasən 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X5 (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonrasertifikat) malik olmalıdır. 2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. 2.21.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;

2. 21.2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda; 2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası X3 müvafiq sertifikatı alınmadan məhsulların satışı keçirilmiş və Bakı RB-nin tərtib etdiyi 15 avqust 2023-cü il tarixli 348/FN nömrəli qərarı icra edilməmişdir. Bununla da, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X3 31 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X9in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X1 Azərbaycan Respublikası X3 31 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar