Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4302/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X3, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi R.F.Qasımov ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla 211 saylı marşrut xətti üzrə xidmət apararkən Nəsimi rayonu, A.Salamzadə küçəsi ilə hərəkətdə (saat 15:19) olarkən Tbilisi prospektinə çatmamış körpünün altında geriyə dönmək üçün nəzərdə tutulmuş yerdən geriyə dönüb Papanin istiqamətində sağ zolaqla hərəkətə başlamaq üçün “Yol ver” işarəsinə riayət etməklə sağdan gələn nəqliyyat vasitəsinə yol verdikdən sonra yola davam etmək istəyəndə ondan eyni istiqamətdə geriyə dönüş edib hərəkətə başlayan “HYUNDAİ İ-30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü onun yol nişanına riayət etməsinin tamamlanmasına əhəmiyyət vermədən eyni istiqamətə dönmək məqsədi ilə anidən ondan sol zolaqdan manevr edib onun idarə etdiyi avtobusu sol tərəfdən özünün sağ tərəfi ilə vurdu və yol-nəqliyyat hadisəsi baş verdi. Hadisə barədə dərhal DİN-nin 102 xidmərinə və sığorta şirkətinə məlumat vermiş və hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı YPX-ti Baş İnspektoru Polis Baş X1 gəldi. Hadisə yerini vizual müayinə etdikdən sonra hər ikisinin sənədlərini götürmüş və səhərisi günü Bakı şəhər DYPİ-nə yaxınlaşmağı tapşırdı. Növbəti günü, yəni xx.xx.2023-cü il tarixdə o, sözügedən idarəyə yaxınlaşıb həmin şəxslə görüdükdə ona heç bir araşdırma aparmadan hadisə üzrə günahkar olduğunu bildirdi və barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta protokolu və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyini bildirdi. O, dərhal inspektora hadisədə günahsız olduğunu və qarşı tərəfin yol nişanına düzgün riayət etmədiyini və hadisənin onun səhvi səbəbindən baş verdiyini təkidlə bildirsə də, inspektor onun iradlarına və hadisənin baş verdiyini əks etdirən videogörüntünü təqdim etmək təklifinə heç bir məhəl qoymadan onun otaqdan çıxmasını tələb etdi. Geri dönüb protokolla qərarı istəsə də həmin sənədləri ona verməkdən imtina etdi. Bildirmişdir ki, həmin protokolla qərarı 4-cü dəfə cəhd və təkid etdikdən sonra xx.xx.2023-cü il tarixdə almağa nail olmuşdur, halbuki, qərar qəbul edildiyi gündən 2 (iki) gün müddətində ona təqdim edilməli idi. Yol nəqliyyat hadisəsinin təfərrüatına gəldikdə isə avtobusda quraşdırılmış kameraların görüntülərindən tam aşkar müəyyən olunur ki, hadisə zamanı onun tərəfindən İXM-nin 327.1-ci və yaxud hər hansı maddəsinin tələblərinin pozuntusuna yol verməmişdir. Videogörüntüdən tam aydın görünür ki, “HYUNDAİ İ-30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsinin baş verməsinə səbəbkar olmuşdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.F.Qasımov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi xx.xx.2023-cü il tarixdə, saat 15:40 radələrində Nəsimi rayonu, Salamzadə küçəsində “BMC Procity 12M CNG avtobus” markalı, 99-JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman eyni istiqamətli yolla hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol verməyərək, onu kənara sıxmışdır. Halbuki, dönmə manevr edəndə digər nəqliyyat vasitəsinə maneə yaratmamalıdır. Avtomobil hərəkətdə olduğu vaxt sıxır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 8-ci hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, R.F.Qasımov xx.xx.2023-cü il tarixdə, saat 15:40-da Nəsimi rayonu, Salamzadə küçəsində “BMC Procity 12M CNG avtobus” markalı, 99- JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman eyni istiqamətli yolla hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş nəticədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, R.F.Qasımov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materillarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, “BMC Procity 12M CNG avtobus” markalı, 99-JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin keçməsinə şərait yaratmamış və nəticədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “BMC Procity 12M CNG avtobus” markalı, 99-JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla eyni istiqamətdə hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sıxışdırmışdır (həmin sxem hər iki sürücü tərəfindən imzalanmışdır). Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi R.F.Qasımov xx.xx.2023-cü il tarixdə, saat 15:40-da Nəsimi rayonu, Salamzadə küçəsində “BMC Procity 12M CNG avtobus” markalı, 99-JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman eyni istiqamətli yolla hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmiş, onun həmin yoldan keçməsinə şərait yaratmamışdır. Bu səbəbdən də, R.F.Qasımov barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi R.F.Qasımovun xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Salamzadə küçəsində “BMC Procity 12M CNG avtobus” markalı, 99-JU928 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman eyni istiqamətli yolla hərəkət edən “Hyundai İ30” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməməsi və onun həmin yoldan keçməsinə şərait yaratmaması iş materialları və DVD diskdə olan videogörüntülərlə öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 6-cı hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin 7-ci hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin Qanunun 42-ci maddəsinin 8-ci hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan R.F.Qasımovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-4302/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4302/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver