Məhkəmə qərarları › İş №3(006)-4303/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4303/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4303/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X4, Qərarından şikayət verilən qurumun nümayəndəsi X2 iştirakları ilə, X4 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2023-cü il tarixdə saat 09:49 radələrində “Nissan Sunny minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 28 May küçəsində hərəkət edirmiş. Hərəkət intensiv olduğuna, sürət həddi aşağı olduğuna, yüngül tıxac, qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsi az olduğuna və yerdəki nişanın qismən silinməsinə görə yol ayırıcındakı 4.1.4 (düzünə və ya sağa hərəkət) nişanı ilə hərəkətini davam etdirmişdir. Həmin ərazidə 5.8.1 (zolaqlar üzrə hərəkət) nişanı yox idi. Yol hərəkətinin təşkilinin texniki vasitələri (işıqfor, nişan və nişanlama xətləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu, “Yol nişanları və siqnalları haqqında” Vyana Konvensiyası, bu konvensiyanı tamamlayan Avropa Sazişi, bu sazişin “Yolların nişanlanması barədə” protokolu, “Yol hərəkətinin təşkilinin texniki vasitələri və tətbiqi qaydaları” adlanan QOST 23457-86 və “Yol nişanları. Ümumi texniki şərtlər” adlanan QOST 10807-78 standartları ilə müəyyən edilir. QOST 23457-86 standartlarına görə 1.18 nişanlanması 5.8.1 və 5.8.2 “zolaqlar üzrə hərəkət” nişanını təkrarlayır. QOST 23457-86 standartlarına görə bir istiqamətdə üçdən çox hərəkət zolağı olan yollarda əvvəlcədən 5.8.1 və 5.8.2 nişanları quraşdırılmalıdır. Qanunvericiliyə görə yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyyətlərə görə sürücü məsuliyyət daşımır. Karaev Alı hərəkətdə olarkən “Kənan Hüseynov” adlı YPX inspektoru ona “saxla” əmri vermiş və yaxınlaşaraq standart olmayan 1.18 nişanının tələbini pozduğunu və həmin zolaqdan ancaq sağa hərəkət edə biləcəyini bildirmiş və barəsində İXP ******* saylı elektron protokol tərtib etmişdir. YPX inspektoru törədilmiş inzibati xətanın zolaqlar üzrə düzgün hərəkət edilməsindən ibarət olduğunu (İXM 327.2) bildirsə də, protokol 327.1-ci maddə ilə tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində həmin məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verilir. Ona isə belə bir məktub göndərilməmişdir. Karaev Alı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə BDYPİ-yə məktublar göndərmiş, lakin bununla bağlı onunla əlaqə saxlanılmamışdır. Bu isə “Vətəndaşların müraciətləri haqqında” qanunun 10-cu maddəsinin pozulmasıdır. Bundan sonra o özü sosial şəbəkələrin birində DYP rəsmisi ilə əlaqə saxlamış, həmin əməkdaş BDYPİ-də olduğunu və onun da ora yaxınlaşmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə o idarənin dəftərxanasına yaxınlaşmışdır. Dəftərxanada ona məktublarının polis baş leytenantı Səlim İbrahimovda olduğu bildirilmişdir. Bu zaman TŞK görüntülərinə baxmaq istəsə də, ona şifahi şəkildə görüntülərin bir ay müddətində saxlanıldığı və artıq bu müddətin keçdiyi deyilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşı Səlim İbrahimov düzgün araşdırma aparmamış, QOST 23457-86 standartlarını nəzərə almayaraq, qanunvericiliyin tələblərini pozaraq səhv tərtib olunmuş protokolu ləğv etmək əvəzinə, qərarlı protokolda dəyişiklik etmişdir. O işinin düzgün araşdırılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq dəfələrlə təkrar müraciət etmişdir. Bakı şəhər DYPİ inspektoru Azad Əlizadə onu qəbul edərək şifahi şəkildə qərarın dəyişilməz olaraq qüvvədə qaldığını qeyd etmişdir. İnzibati Xətalar Məcəlləsinin 144.1-cü maddəsinə görə qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilməli və onu icra etməli olan orqana göndərilir. Lakin belə bir qərardad qəbul edilməmişdir. İş üzrə onun təqsiri tam sübut edilməmişdir. Belə ki, AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə və bu, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 53-cü maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata xitam verilir. Məhkəmə iclasında iştirak edən X6 şikayətinin məzmunun uyğun olaraq izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BDYPİ-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, X1 məktubla bir neçə dəfə müraciət etmiş və orada da yol hərəkəti qaydalarını pozduğunu etiraf etmişdir. Lakin məhkəməyə ünvanladığı şikayət ərizəsində qayda pozmadığını bildirmişdir. İnzibati xətanın baş verdiyi yolda nişanlanma mövcuddur. “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin Vİ bəndinin 18-ci hissəsinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Bütün bunlar isə şikayətin əsassız olduğunu göstərir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BDYP tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 09:49-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində idarə etdiyi Nissan Sunny” minik markalı, **-TS-*** qeydiyyat nişanlı avtomobillə yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ bəndinin 18-ci hissəsinə görə 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət olunmamasına görə məsuliyyət müəyyən edir. Həmin məcəllənin 122.1-ci maddəsinə görə, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.4-cü maddəsinə görə inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə müəyyən edilir ki, X6 xx.xx.2023-cü il tarixdə saat 09:49-da Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində idarə etdiyi Nissan Sunny” minik markalı, **-TS-*** qeydiyyat nişanlı avtomobillə yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişdir. Bununla da X6 Bakı şəhər DYPİ tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar