Məhkəmə qərarları › İş №3(006)-4313/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4313/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4313/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 55RF8AA), Şəxs MMC-nin direktoru vəzifəsində işləyən, Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin direktoru X4 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru X8 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 saylı icra sənədinə əsasən Şəxs MMC-dən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin icrasının təmin edilməsi ilə bağlı Şəxs MMCnin qanuni təmsilçisi X3 dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən ümumi borcdan 4500 manat ödəniş edilmiş, qalan borcunu isə hazırki günə qədər ödəməmişdir. Lakin tələbkar borcunun tam olaraq ödənilməsini istəyir. Şirkətin balansında hər-hansı əmlak, habelə bank hesablarında heç bir vəsait yoxdur. İzahatının sonunda protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X1 izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 2309/2021 saylı icra sənədinə əsasən Şəxs MMC-dən 16.846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq onun direktoru olduğu şirkətə ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilənə qədər Şəxs MMC-nin direktoru X4 tərəfindən heç bir ödəniş olunmamışdır, görülmüş məcburi tədbirlər nəticəsində və onun barəsində protokol tərtib edildikdən sonra o, məhkəmə prosesindən əvvəl 3.000 manat pul ödəmişdir. Məhkəmənin qərarı ilə Səmrah Mənsimov 2000 manat cərimə edilmişdir. Bir ildən artıq müddət keçməsinə baxmayaraq Səmrah Mənsimov cəmi 1500 manat ödəniş etmişdir. Hal-hazırda Səmrah Mənsimovun ona 12.500 manat borcu qalmışdır. Səmrah Mənsimov izahatında maddi imkanının olmadığını əsas gətirsə də, onun sözlərinə inanmır və hesab edir ki, sonuncu borcunu tam ödəyə bilər, onun buna maddi imkanı vardır, sadəcə olaraq ödəniş etməkdən qəsdən yayınır. Göstərdiklərinin nəzərə alınmasını və Səmrah Mənsimovun məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, rəhbərlik etdiyi şirkət fəaliyyət göstərmir və bu şirkət formal olaraq onun adında olsada belə borcunu ödəməkdən boyun qaçırmamışdır. Bir il bundan öncə Esmira Məmmədova onun barəsində şikayət etdikdən sonra məhkəmənin qərarı ilə o, 2000 manat cərimə olunmuşdur. Buna baxmayaraq həmin cəriməni o ödəmişdir. Hər ay əmək haqqından 500 manat pulu icraçının yanında ödəmişdir. X9 həmin pulları qəbul etmədi və onun barəsində yenidən şikayət etmişdir. Onun Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2309/2021 saylı icra vərəqəsi üzrə ödəniş etməkdən yayınmaq fikri yoxdur. Ümumi borcundan 4500 manat ödəmişdir, qalan məbləği isə tam ödəmək iqtidarında deyil, əgər tələbkar razı olarsa hissəhissə ödəməyə hazırdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə X4 Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, X2 təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. X4 tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar