Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4315/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, xx.xx.1989-cu il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində yol vərəqi ilə idarə etdiyi “Audi A6” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi ilə hərəkət edərək sola K.Səfərəliyeva küçəsinə dönən zaman ehtiyatsızlıq edib piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Protokol xx.xx.2022-ci il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-yə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və zərər çəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 15:00 radələrində yol vərəqi ilə idarə etdiyi “Audi A6” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olan zaman ehtiyatsızlıq edib piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2022-ci tarixli, 1142 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “MediClub” klinikasına müraciət edərkən ona “sol tərəfli dirsəyin əzilməsi, sağ tərəfli bud-çanaq oynağı nahiyəsinin əzilməsi” diaqnozu təyin olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2/26398 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxdur və AYİQ göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir. Bununla belə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Nəsimi RPİ TŞ-nin təhqiqatçısı Saleh Salahzadənin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İnzibati icraatın başlanılmasına əsas olan “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 03 aylıq müddət bitmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4315/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4315/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver