Məhkəmə qərarları › İş №3(006)-4315/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4315/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4315/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs (bundan sonra Şəxs MMMC) Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 2-ci ərazi X3 İdarəsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının həyətyanı sahəsində avtomobillərin geri dönüşü üçün nəzərdə tutulmuş yolun kənarında dəmir konstruksiyalardan ibarət söhbətgah quraşdırılması, binanın 3-cü mərtəbəsində hal-hazırda tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmış, həyətyanı sahədə aparılmış işlərə dair və binanın 3-cü mərtəbəsində aparılan işlərə dair müvafiq sənədlərin təqdim olunmaması, binanın mərtəbələrində yanğın və su dolablarının komplektləşdirilməməsi, binada mövcud olan ilkin odsöndürmə balonlarının tərkibi saz vəziyyətdə saxlanılmaması, binanın və avtodayanacaq sahələrində yanğın avtomatik siqnalizasiya sistemləri ilə tam təmin olunmaması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs Şəxs MMMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş X2 izahatında bildirmişdir ki, vətəndaş tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış müraciət əsasında idarənin əməkdaşları tərəfindən Şəxs MMMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasında qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanışdan keçirilməsi zamanı hündürmərtəbəli yaşayış binasının həyətyanı sahəsində avtomobillərin geri dönüşü üçün nəzərdə tutulmuş yolun kənarında dəmir konstruksiyalardan ibarət söhbətgah quraşdırılması, binanın 3-cü mərtəbəsində hal-hazırda tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmış, həyətyanı sahədə aparılmış işlərə dair və binanın 3-cü mərtəbəsində aparılan işlərə dair müvafiq sənədlərin təqdim olunmaması, binanın mərtəbələrində yanğın və su dolablarının komplektləşdirilməməsi, binada mövcud olan ilkin odsöndürmə balonlarının tərkibi saz vəziyyətdə saxlanılmaması, binanın və avtodayanacaq sahələrində yanğın avtomatik siqnalizasiya sistemləri ilə tam təmin olunmaması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktların fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Bundan sonra yoxlamanın nəticələrinə dair eyni tarixli yanğın-texniki müayinə aktı tərtib edilmiş və müvafiq qərarla inzibati iş üzrə icraata başlanılması qərara alınmışdır. Bununla da, hüquqi şəxs Şəxs MMMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində 06 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMMC-nin qeyd olunan xətanın törədilməsində təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMMC-nin Azərbaycan Respublikasının İXMnin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 06 sentyabr 2023-cü il tarixli “Yanğın-texniki müayinə aktı”ndan müəyyən edilir ki, 06 sentyabr 2023-cü il tarixdə Şəxs MMMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasında qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanışdan keçirilməsi zamanı hündürmərtəbəli yaşayış binasının həyətyanı sahəsində avtomobillərin geri dönüşü üçün nəzərdə tutulmuş yolun kənarında dəmir konstruksiyalardan ibarət söhbətgah quraşdırılması, binanın 3-cü mərtəbəsində hal-hazırda tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmış, həyətyanı sahədə aparılmış işlərə dair və binanın 3-cü mərtəbəsində aparılan işlərə dair müvafiq sənədlərin təqdim olunmaması, binanın mərtəbələrində yanğın və su dolablarının komplektləşdirilməməsi, binada mövcud olan ilkin odsöndürmə balonlarının tərkibi saz vəziyyətdə saxlanılmaması, binanın və avtodayanacaq sahələrində yanğın avtomatik siqnalizasiya sistemləri ilə tam təmin olunmaması faktı aşkar edilmişdir. Beləliklə, göstərilən qaydaların pozulması aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasının 8 ədəd fotoşəkilləri məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, aşkar edilmiş fakt həmin fotoşəkillərdə tam olaraq öz təsdiqini tapmışdır. Yəni, fotoşəkillərdən Şəxs MMMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və inşaatı davam etdirilən hündürmərtəbəli yaşayış binasında qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin yoxlanışdan keçirilməsi zamanı hündürmərtəbəli yaşayış binasının həyətyanı sahəsində avtomobillərin geri dönüşü üçün nəzərdə tutulmuş yolun kənarında dəmir konstruksiyalardan ibarət söhbətgah quraşdırılması, binanın 3-cü mərtəbəsində hal-hazırda tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmış, həyətyanı sahədə aparılmış işlərə dair və binanın 3-cü mərtəbəsində aparılan işlərə dair müvafiq sənədlərin təqdim olunmaması, binanın mərtəbələrində yanğın və su dolablarının komplektləşdirilməməsi, binada mövcud olan ilkin odsöndürmə balonlarının tərkibi saz vəziyyətdə saxlanılmaması, binanın və avtodayanacaq sahələrində yanğın avtomatik siqnalizasiya sistemləri ilə tam təmin olunmaması faktı aşkar olaraq görünür. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə X3 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X3 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X3ni apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs MMMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutları araşdırıb belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMMC tərəfindən yaşayış binasının tikintisi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi və bununla da, onun Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMMC Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 49-51, 114115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar