Məhkəmə qərarları › İş №3(006)-4317/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4317/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4317/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/ 16223645 saylı qərarın ləğv olunması barədə şikayətinə Nəsimi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/ 16223645 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-911/2023 saylı qərarı xx.xx.2023-cü il tarixdə həmin məhkəmənin verilmiş qərarına əsasən ləğv edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə qeyd olunmuş qərarın ləğvinə baxmayaraq, Baş X7i tərəfindən onun İXM-nin 328.1-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunması haqqında qərar verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının nəzərə alınmasını və Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati qərar əsasında 300 manat cərimənin həmin maddəyə uyğun tənzimlənməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirdi ki, cari ilin fevral ayının 21-də onun sürücülük hüququ məhkəmənin qərarı ilə 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra, xx.xx.2023-cü il tarixdə o, İXM-nin 328.1 və 332.3-cü maddələri ilə 300 manat cərimə olunmuşdur. Ona məlumat olaraq bildirilmişdir ki, sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olmuş cərimə tərəfindən ödənildiyi üçün məhkəmənin qərarı ilə həmin qərar ləğv olunmuş və onun üzərindən məhdudiyyət götürülmüşdür. Onun həyat yoldaşı da eyni vaxtda cərimə olunmuşdur. Belə ki, “Toyota RAV4 minik” markalı avtomaşını həyat yoldaşı idarə etmişdir, lakin cərimə onun adına gəlmişdir. O isə şikayət etmişdir ki, avtomaşını həyat yoldaşı idarə etməsinə baxmayaraq cərimə ona yazılmışdır. xx.xx.2023-cü ildə isə ona yanlışlıqla cərimə yazılmışdır. Belə ki, motosikletin nömrəsi ilə onun avtomobilinin nömrəsi səhv salınmış və o səbəbdən də onun sürücülük hüququna məhdudiyyət qoyulmuşdur. Sonradan o cəriməni ödəmiş və ərizə yazaraq xitam olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə onun sürücülük hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılmışdır. Göstərdiklərinin nəzərə alınmasını və inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək cərimənin silinməsini xahiş edir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 14:14-də “Toyota RAV4 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmış, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırlmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmiş və 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/ 16223645 saylı qərarına əsasən məlum olur ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 14:14-də “Toyota RAV4 minik” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Şikayətçi inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Sadəcə olaraq izahatında bu barədə məlumat vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/ 16223645 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/ 16223645 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar