Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4321/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 24, mənzil 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 333-1.1-ci maddələri üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 15:44 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində «HONDA İNSİGHT MİNİK» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma müvafiq qaydada bildirişlər göndərilsə də, tərəflər məhkəmədə iştirak etməmiş, bunun səbəi barədə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs həmin günü saat 15:44 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində «HONDA İNSİGHT MİNİK» markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş halda idarə etmişdir; • “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 2763 saylı Akta görə Şəxs sidiyində THC (+) və MTD (+) aşkar edilmişdir; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kobud qayda pozuntuları edərək 15 bal toplamışdır. X2 Məcəlləsinin 333-1.1-ci maddəsi üzrə törətdiyi inzibati xəta 05 balla qiymətləndirildiyindən, həmin Məcəllənin 327.7-ci maddəsi əlavə edilərək 20 bal toplamışdır; • Portaldan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, BB seriyalı, 707627 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1,B,C1,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət müəyyən edir. Bu maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, onu xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə aid olmadığından, bu məsələyə hüquqi qiymətin verilməsi mümkün deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4321/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4321/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver