Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4328/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X9 nümayəndəsi və vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi və vəkili X1 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4642/2022 saylı icra vərəqəsinə əsasən X14 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X9 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X9 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərər olaraq 3000,0 (üç min) manat tutularaq iddiaçı X13 ödənilməsi qərara alınmışdır. Lakin "xxxx" MMC-nin direktoru Şəxs icra sənədinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4642/2022 saylı icra vərəqəsinə əsasən X14 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X9 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X9 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərər olaraq 3000,0 (üç min) manat tutularaq iddiaçı X13 ödənilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X9 nümayəndəsi və vəkili X7 bildirmişdir ki, o, borclu tərəfindən icra sənədinin tam icra edilməsini tələb edir. Belə ki, onlara məhkəmənin qərarında göstərilən qeyri-yaşayış sahənin əvəzinə başqa sahə təklif edilmiş, lakin eyni dəyərli sahə olmamışdır. Həmin ərazidə üç bina var. Həmin üç binadan biri üzü Xətai prospektinə baxır və onlar həmin binadan sahə istəyirlər, lakin onlara təklif edilən sahə digər binadan olmuşdır. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs nümayəndəsi və vəkili X3 izahatında göstərmişdir ki, onlar protokolla razı deyillər. Belə ki, qərəzli olaraq dövlətin adından çıxarılmış qərarın icra edilməməsi halı yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənəvi zərər olaraq 3000,0 (üç min) manat iddiaçı X13 ödənilmişdir. Qərarın digər hissəsi ilə onlar razı deyillər. Belə ki, qərarda göstərilən qeyri-yaşayış sahəsi başqa şəxsə satılıb. Tələbkara həmin sahənin əvəzində eyni dəyərli başqa sahə və ya kompensasiya təklif edilmiş, lakin onlar bundan imtina etmişlər. Hazırda məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişlər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4642/2022 saylı icra vərəqəsinə əsasən X14 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X10 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsinə X9 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X9 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərər olaraq 3000,0 (üç min) manat tutularaq iddiaçı X13 ödənilməsi qərara alınmışdır İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4642/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş, həmin bildiriş sonuncunun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-4642/2022 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru Şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri,Nəsimi rayonu Xətai prospekti ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın X10 blokunun 16-cı mərtəbəsində 252.5 kv.metr olan 50 saylı və 252.5 kv.metr olan 51 saylı qeyri yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında 12 may 2015-ci il tarixində tərəfimizdən satılmışdı. Satışdan daxil olan məbləğ kredit borcunun ödənilməsinə yönəldilmişdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" MMC-nin direktoru Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli məktutundan görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-6099/2022 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının icraatına daxil olmuş və “Konstitusiya Məhkəməsi haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada şikayət üzrə müvafiq sənəd və materiallar toplanır, digər zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMCnin direktoru Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4642/2022 saylı icra sənədinin icrasını tam təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4328/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4328/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver