Məhkəmə qərarları › İş №3(006)-4330/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4330/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4330/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən Şəxs 98300.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki il müddət keçməsinə baxmayaraq, 98300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs "xxxx" ASC-də olan hesabından 98300.00 ABŞ dolları xarici valyutada olan vəsait «NETRON GİDA İNSAAT TASİMACİLİK İC V» şirkətinin müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2024-cü il tarixli, 3(006)-4330/2024 saylı və 31 oktyabr 2024-cü il tarixli, 3(006)-4330/2024 saylı bildirişlərdən görünür ki, Şəxs yerləşdiyi ünvan 1 ünvanına Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının yeri və vaxtı barədə məlumat göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, məhkəmə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 98300.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən iki ildən artıq müddətin keçməsinə baxmayaraq 98300.00 ABŞ dolları məbləğində vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 98300.00 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 19660 (on doqquz min altı yüz altmış) ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov İş № 3(006)-4330/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 15 noyabr 2024-cü il Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxılır Sədrlik edən məhkəmə iclasını 10:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: İşə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən məruzə edərək bildirir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 09 oktyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən Şəxs 98300.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki il müddət keçməsinə baxmayaraq, 98300.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçririb, qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 15 noyabr 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-4330/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 28 avqust 2024-cü il Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxılır İclas saat 12:10-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına gəlmələri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə iclası 15 noyabr 2024-cü il tarixə, saat 10:00 -a təxirə salınsın. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsin. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 28 avqust 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi: İş № 3(006)-2069/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 28 iyun 2024-cü il Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:30-da başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, məhkəmə iclasına gəlmələri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq gəlməmişlər,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vəsatət daxil olmuşdur. Sədrlik edən vəsatəti iş materiallarına əlavə edir. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Vəsatət rədd olunsun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən məruzə edərək bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 22 may 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim olunmuş məlumat və sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 27000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından xx.xx.2022ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki il müddət keçməsinə baxmayaraq, 27000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçririb, qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 28 iyun 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi: İş № 3(006)-1899/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili X5, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara 21 iyun 2022-ci il tarixdə, Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 16:15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, tərəflər məhkəmə iclasına gəlmişlər. Sədrlik edən gəlmiş tərəflərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi: Nümayəndəxx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının Mərkəzi Bankında işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin nümayəndəsi X5 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olub, evli, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də hüquqşunas işləyir, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 16 ünvanında qeydiyyatdadır. Sədrlik edən hakimi və katibi elan edir. Hakim Hüseynov Elməddin Mirpaşa oğlu. Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçılarından hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçılarına hüquq və vəzifələrini izah edir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə: Hüquq və vəzifələrim mənə aydındır. Barısində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən əlavə və vəsatətlərinin olub-olmamasını soruşur. Başqa əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 verir. Barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatı: Möhtərəm Hakim! "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X3 Co.Lt” şirkəti arasında bağlanmış müqavilə əsasında 10812,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Qeyd olunan vəsait üzrə mallar ölkəyə idxal edilsə də, gömrük bəyannaməsində olan texniki səhv nəticəsində həmin malların ölkəyə idxal edilməsinə dair rəsmi sənəd banka təqdim edilməmişdir. Lakin hal-hazırda "xxxx" ASC tərəfindən verilmiş məktub əsasında 10812,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Suallar daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahat vermək üçün söz verir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahatı: Möhtərəm hakim, Bildirirəm ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmirəm. Suallar daxil olmadı. Sədrlik edən təqdim olunmuş sənədləri elan edir və iş materiallarına əlavə edir. Sədrlik edən əlavə sualların olub-olmamasını soruşur. Suallar daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün tərəflərə söz verilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə: - Möhtərəm hakim, iş üzrə icraata xitam verilməsinə etiraz etmirəm. Barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X5: - Möhtərəm Hakim! "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 21 iyun 2022-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar