Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4332/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” xx.xx.2023-cü il tarixli, 3- 13-16/1-Q-61358/11 saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” xx.xx.2023-cü il tarixli, 3- 13-16/1-Q-61358/11 saylı qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda X3 “elektron kabinet” vasitəsilə məhkəməyə müraciət ünvanlayaraq şikayətin geri qaytarılmasını xahiş etmişdir. Vəsatəti nəzərə alaraq hesab edirəm ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair” xx.xx.2023-cü il tarixli, 3- 13-16/1-Q-61358/11 saylı qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-4332/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4332/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver