Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4337/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, X1 qızının katibliyi, Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 2024-cü ilin fevral ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********9339 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 133,09 ABŞ dolları (226,25 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi müəyyən edilmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X3 məhkəmə iclası zamanı yazılı etiraz təqdim edib ona uyğun izahatında bildirmişdir ki, Xaçmaz Gömrük idarəsinin 01400-07744/24 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Şəxs MMC tərəfindən **********9339 nömrəli yük gömrük bəyannaməsi üzrə ixrac olunan 133,09 ABŞ dolları dəyərindəki yük müqabilində qaytarılmalı olan məbləğlərin müvəkkil bank hesabına köçürülməməsi və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsini pozması qeyd edilmişdir. Bildirir ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixli OK- 72 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Müqavilənin valyutası ABŞ dolları təşkil edir, lakin tərəflərin razılaşması əsasında ödəniş digər valyutalarda, həmçinin rubl ilə edilə bilər. Alıcı tərəfindən hesabından ödənişin göndərilmə tarixinə uyğun olaraq Rusiya Federasiyasının Mərkəzi Bankının məzənnəsi əsas götürüləcəkdir”. Şəxs MMC tərəfindən kontragentə göndərilən 01/24 saylı xx.xx.2024- cü il tarixli invoysa əsasən mallara görə ödənilən məbləğin cəmi 11232,00 ABŞ dolları təşkil edir. **********9339 nömrəli yük gömrük bəyannaməsində invoys dəyəri 11232,00 ABŞ dolları, gömrük dəyəri isə 19094,40 AZN qeyd edilmişdir. Tərəflərin xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə razılaşmasına əsasən müqavilənin 2.1-ci bəndini rəhbər tutaraq 11232,00 ABŞ dollarının ekvivalenti olan 987861 rubl 14 qəpik ödəniş edilməsi barədə razılığa gəlinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində göndərilən 987861 rubl 14 qəpik vəsait xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin hesabına ("xxxx" ASC tərəfindən verilən şəxsi hesabdan çıxarışa əsasən) keçmişdir. Bankın verdiyi həmin çıxarışa əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra AR MB) xx.xx.2024-cü il tarixli məzənnəsinə uyğun olaraq 987861 rubl 14 qəpik 18868,15 AZN-ə çevrilərək qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Rusiya Federasiyasının Mərkəzi Bankının (bundan sonra RF MB) xx.xx.2024-cü il tarixli ABŞ dolları-rubl məzənnəsinə əsasən 1 ABŞ dolları 87,9506 rubl təşkil etmişdir. Şəxs MMC-nin hesabına keçirilən 987861 rubl 14 qəpik vəsait Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə əsasən ABŞ dollarına çevrildikdə 11232,00 ABŞ dolları təşkil edir. Bundan əlavə olaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının rubl-manat məzənnəsinə əsasən 1 AZN 0,0191 rubl təşkil etmişdir. Bunu nəzərə alaraq 987861 rubl 14 qəpik məbləği manat çevirdikdə 18868,15 manat təşkil edir. Göründüyü kimi, müqaviləyə əsasən alıcıya 11232,00 ABŞ dolları məbləğində hesab-faktura göndərilmiş, Əlavə razılaşma əsasında Rusiya Federasiyasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq qeyd edilən məbləğin ekvivalenti kimi rubl ilə ödəniş edilmişdir. Lakin gömrük bəyannaməsində gömrük dəyəri hissəsində və həmin tarixin məzənnəsinə uyğun olaraq manat ilə göstərilmiş 19094,40 AZN ilə Şəxs MMC-nin hesabına köçürülmüş xx.xx.2024-cü il tarixdə mövcud məzənnəyə uyğun olaraq 18868,15 manat arasında fərq yaranmışdır. Həmin fərq 226,25 AZN təşkil edir. Qeyd edilən məbləğ isə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ABŞ dollarına çevrildikdə 133,09 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Alıcıya göndərilmiş hesab-fakturada qeyd edilən məbləğ ödənilmiş (xarici valyuta vəsaiti geri qaytarılmışdır), hər hansı təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl tərəfimizdən törədilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən Şəxs MMCnin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxsn barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx/xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC 2024-cü ilin fevral ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********9339 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 133,09 ABŞ dolları (226,25 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülməməsi müəyyən edilmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. xx.xx.2024-cü il tarixli **********9339 sorğu nömrəli bəyannamədən görünür ki, Şəxs MMC tərəfindən ixrac edilən malların ümumi invoys dəyəri 11232 ABŞ dolları (22-ci sətr) təşkil etməkdədir. xx.xx.2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının tələblərinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri) İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarına əsasən müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilmədi. Belə ki, məhkəmə iclasında tərtib edilmiş protokolun dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, "xxxx" MMC ilə Şəxs MMC arasında xx.xx.2024-cü il tarixli OK-72 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Müqavilənin valyutası ABŞ dolları təşkil edir, lakin tərəflərin razılaşması əsasında ödəniş digər valyutalarda, həmçinin rubl ilə edilə bilər. Alıcı tərəfindən hesabından ödənişin göndərilmə tarixinə uyğun olaraq Rusiya Federasiyasının Mərkəzi Bankının məzənnəsi əsas götürüləcəkdir”. Şəxs MMC tərəfindən kontragentə göndərilən 01/24 saylı xx.xx.2024- cü il tarixli invoysa əsasən mallara görə ödənilən məbləğin cəmi 11232,00 ABŞ dolları təşkil etmişdir. **********9339 nömrəli yük gömrük bəyannaməsində invoys dəyəri 11232,00 ABŞ dolları, gömrük dəyəri isə 19094,40 AZN qeyd edilmişdir. Tərəflərin xx.xx.2024-cü il tarixli 1 saylı Əlavə razılaşmasına əsasən müqavilənin 2.1-ci bəndini rəhbər tutaraq 11232,00 ABŞ dollarının ekvivalenti olan 987861 rubl 14 qəpik ödəniş edilməsi barədə razılığa gəlinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində göndərilən 987861 rubl 14 qəpik vəsait xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin hesabına keçmişdir. Bankın verdiyi çıxarışa əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məzənnəsinə uyğun olaraq 987861 rubl 14 qəpik 18868,15 AZN-ə çevrilərək qeyd edilmişdir. Rusiya Federasiyasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli ABŞ dolları-rubl məzənnəsinə əsasən 1 ABŞ dolları 87,9506 rubl təşkil etmişdir. Şəxs MMC-nin hesabına keçirilən 987861 rubl 14 qəpik vəsait Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə əsasən ABŞ dollarına çevrildikdə 11232,00 ABŞ dolları təşkil etsə də, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının rubl-manat məzənnəsinə əsasən 1 manat 0,0191 rubl təşkil etmiş, nəticədə 987861 rubl 14 qəpik məbləğ manata çevirildikdə 18868,15 manat təşkil etmişdir. Göründüyü kimi, valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində deyil, valyuta məzənnələrində olan uyğunsuzluq nəticəsində olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əməldə İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Xaçmaz Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-in 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Xaçmaz Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4337/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4337/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver