Məhkəmə qərarları › İş №3(006)-4353/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4353/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4353/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəis müavini, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Saray qəsəbə ərazi dairəsi, Saray qəsəbəsi, yeni məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəis müavini, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarix, saat 23:55 radələrində 28 May metrostansiyasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəis müavini, polis mayoru X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarix, saat 23:55 radələrində X7 X3 polis serjantları Murad Ağayev və Etibar Aslanlı 28 May metrostansiyasının qarşısında xidmətdə olarkən 1 nəfər şəxsin sərxoş halda səs-küy salaraq ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmuşdur. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra pozmuş olduğu inzibati xətanı izah etmək istədikdə, sonuncu əməlini boynuna almayaraq şöbəyə gəlməkdan getməkdən imtina etmişdir. Onlar bir daha həmin şəxsi şöbəyə dəvət etsələr də sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlarla birlikdə şöbəyə getməkdən yenidən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi avtopatrul maşınına əyləşdirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:55 radələrində 28 May metrostansiyasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt spirtli içki qəbul etdiyindən baş vermiş hadisə tam olaraq yadında deyil. Ola bilər ki, polis əməkdaşlarına qarşı tabesizik etmişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 X3 polis serjantları X5 zahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarix, saat 23:55 radələrində o və X7 X3 polis serjantı Etibar Aslanlı ilə 28 May metrostansiyasının qarşısında xidmətdə olarkən 1 nəfər şəxsin sərxoş halda səs-küy salaraq ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi pozmuşdur. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra pozmuş olduğu inzibati xətanı izah etmək istəmişlər, lakin sonuncu əməlini boynuna almayaraq şöbəyə gəlməkdan getməkdən imtina etmişdir. Onlar bir daha həmin şəxsi şöbəyə dəvət etsələr də sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlarla birlikdə şöbəyə getməkdən yenidən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi avtopatrul maşınına əyləşdirərək növbətçi hissəyə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu NPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəis müavini, polis mayoru X4 tərəfindən tərtib edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 17 oktyabr 2024-cü il tarixli raportdan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 23:55-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Həmçinin, Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar