Məhkəmə qərarları › İş №3(006)-4358/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4358/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4358/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında 22-ci polis şöbəsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X4 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 02, mənzil 182-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 01:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, habelə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru X8 izahatında göstərdi ki, polis əməkdaşları tərəfindən 22 sentyabr 2023-cü il tarixdə, saat 01:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində qabaq nömrəsi olmayan **-OS-*** dövlət qeydiyyat nişanlı qara rəngli “TOFAŞ” markalı avtomobildə konstruksiya dəyişikliyi, habelə avtomobilin bütün şüşələrində görməni məhdudlaşdıran örtükdən istifadə edilməsi aşkar olunmuşdur. Bununla əlaqədar polis əməkdaşları həmin avtomobilə yaxınlaşanda, özünü bu maşının sahibi kimi təqdim edən şəxs də ora yaxınlaşmışdır. Onlar bu şəxsdən maşına dair sənədlərin təqdim olunmasını istəyəndə, sonuncu səs-küy salmağa başlayıb nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığından onu şöbəyə dəvət etmişlər. Şöbədə bu şəxsin Şəxs olduğu müəyyən olunmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 22 sentyabr 2023-cü il tarixdə, saat 01:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində marketin qarşısında olarkən **- OS-*** dövlət qeydiyyat nişanlı qara rəngli “TOFAŞ” markalı avtomobilin şüşələrinin qara örtüklərlə təchiz etdiyi üçün post patrul xidməti əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ondan sürücülük vəsiqəni tələb edəndə o, vəsiqəsini itirdiyini bildirmişdir. Həmin vaxtı polis ilə arasında xırda narazıçılıq yaranmışdır. Bu zaman həmin yerə yolpatrul xidməti avtomobili də gəlmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmişdir. İ qrup əlil olamasını nəzərə alaraq ona yüngül tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri X6 şahid qismində izahatında bildirdi ki, 22 sentyabr 2023-cü il tarixdə xidmətdə olan zaman saat 01:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində qabaq nömrəsi olmayan **-OS-*** dövlət qeydiyyat nişanlı qara rəngli “TOFAŞ” markalı avtomobildə konstruksiya dəyişikliyini görüb həmin maşına yaxınlaşmışlar. Bu zaman özünü maşının sahibi kimi təqdim edən bir nəfər şəxs də oraya gəlmişdir. Onlar bu şəxsən maşına dair sənədləri tələb etmişlər. Lakin həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmamış, səs-küy salıb nalayiq ifadələr işlədərək sənədləri vermək istəməmişdir. Daha sonra həmin ünvana əlavə polis əməkdaşları da çağırılmışdır. Bundan sonra onlar bu şəxsi polis şöbəsinə gətirmişlər. Şöbədə onun Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X1 Eltun Əjdər oğlunun izahatına uyğun izahat verdi. İş materiallarında olan: • İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 22 sentyabr 2023-cü il tarixdə, saat 03:30-da tutulmuşdur; • “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumata görə Şəxs İ dərəcəli əlildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, o cümlədən əlil olduğunu nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla ona 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar