Məhkəmə qərarları › İş №3(006)-4367/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4367/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4367/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1313/2022 saylı, 23 fevral 2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barışıq sazişi imzalandıqdan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1.714,05 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməli və barışıq sazişinin digər bəndlərinə əməl etməli, həmçinin ərziənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra sənədi icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1313/2022 saylı, 23 fevral 2022-ci il tarixli icra sənədinə əsasən o, barışıq sazişi imzalandıqdan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1.714,05 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməli və barışıq sazişinin digər bəndlərinə əməl etməli, həmçinin ərziənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Onun icra məmurunun qanuni tələbini yerinə yetirməkdən imtina etmək məqsədi olmamış, lakin bu icra sənədi ilə bağlı digər məhkəmə işləri davam etdiyindən icra sənədi üzrə öhdəlikləri tam icra edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1313/2022 saylı, 23 fevral 2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barışıq sazişi imzalandıqdan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1.714,05 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməli və barışıq sazişinin digər bəndlərinə əməl etməli, həmçinin ərziənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Borclu icra öhdəliyini yerinə yetirməkdən yayınır. İcra şöbəsinə gəldikdən sonra Şəxsin izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə müvafiq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1313/2022 saylı, 23 fevral 2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin direktoru Şəxs barışıq sazişi imzalandıqdan sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 1.714,05 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməli və barışıq sazişinin digər bəndlərinə əməl etməli, həmçinin ərziənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi və qərəzli olaraq yayınması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar