Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-4367/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 və vəkili “A.İ.M” Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən verilmiş protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilmiş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin xx.xx.2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Neftçilər prospekti “Port Baku” iş mərkəzinin qarşısında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişin yerinə yetirilməməsi müəyyən olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prokotolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən Bakı şəhəri, Neftçilər prospekti “Port Baku” iş mərkəzinin qarşısında Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tələblərini pozması faktı aşkar edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Neftçilər prospekti “Port Baku” iş mərkəzinin qarşısında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstəriş yerinə yetirilməmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Şəxs MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin ərazidə olan reklam qurğusunun tikintisi razılaşdırılmamışdır. Həmin qurğuların üzərində Şəxs yazısı mövcuddur və həmin qurğular Şəxs MMC-yə məxsusdur. Halbuki, qurğunu əraziyə yerləşdirməmişdən qabaq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi məlumatlandırılmalıdır. Qanunvericilikdə qeyd edilir ki, açıq məkanda reklam qurğularının yerləşdirilməsinə münasibətdə müraciətdə həmin reklam qurğularının mülkiyyətçisi, digər reklam daşıyıcılarına münasibətdə isə istifadəçilər müraciət etməlidir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilmiş protokolun qanunsuz və əsassız olduğunu qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstəriş elektron göndərilsə də, poçtla göndərilməmişdir. Bundan əlavə, tikintisinə icazə tələb olunmayan reklamla bağlı müraciət olsa da, həmin müraciət cavablandırılmamışdır. Həmçinin, sənədlər natamam formada tərtib olunmuş, protokolda uyğunsuzluqlar müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində AR İXM-nin 428.7.3-cü maddəsilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 eyni məzmunda izahat verərək, Şəxs MMC barəsində AR İXM-nin 428.7.3-cü maddəsilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları əks etdirən sənəd olaraq sübut əhəmiyyətinə malikdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt, xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMnin müvafiq maddəsi əks olunmalıdır. İnzibati xəta haqqında protokol ittiham yönümlü prosessual sənəd qismində çıxış etdiyindən şəxsin əməlində inzibati xəta tərkibinin olması, həmin xüsusatları əks etdirən hallar və şəxsə qarşı ittiham protokolda əks olunmalıdır. Lakin hüquqi şəxsin barəsində əməlində inzibati xəta tərkibini özündə əks etdirən protokol əvəzinə həmin obyektə aidiyyatının olub olmasını təsdiq edən sənədlər olmadan və aidiyyatı olsa da belə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan onun barəsində protokol tərtib olunmuşdur. Hər bir şəxsə qarşı inzibati xəta üzrə ittiham onu özündə ehtiva edən protokolda əks olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının X4ytarılmalıdır. Qeyd olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının X4ytarılsın. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-4367/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-4367/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver