Məhkəmə qərarları › İş №3(006)-4383/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4383/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4383/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: X7 şöbəsinin baş inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Sabirabad rayonu, M.Hümbətov küçəsi, ev 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “yol ver” nişanının tələbinə məhəl qoymayaraq X.Şuşinski küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X7 Şöbəsinin baş inspektoru X3 izahatında göstərdi ki, Şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “yol ver” nişanının tələbinə məhəl qoymayaraq X.Şuşinski küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonununcu maşına zərər yetirmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022ci il tarixdə il ərzində 20 cərimə balı topladığına görə onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ilə hərəkətdə olarkən X.Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Sonata” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Himayəsində xəstə oğlu var, onun dərman xərclərini ödəmək üçün taksi fəaliyyəti ilə məşğul olur. Özünün də yaşını nəzərə alaraq ona həbslə bağlı olmayan tənbehin veriməsini xahiş edir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və tərtib edilmiş sxemdən görünür ki, həmin günü saat 17:20 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi ilə hərəkətdə olarkən “yol ver” nişanının tələbinə məhəl qoymayaraq X.Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Sonata” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə il ərzində 20 cərimə balı topladığına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır; - xx.xx.2013-cü il tarixli, AE seriyalı, 506320 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Səlimov X4 Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, onu xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə deyil, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar