Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4386/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-cı il tarixdə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 396, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində binanın blokunda və 9 nömrəli tam orta məktəbin divarlarına narkotik vasitələrin və psixotrop maddələrin satışını təbliğ edən sayt adının yazılması ilə “Facebook” sosial şəbəkə vasitəsilə DİN-nin rəhbərliyinə müraciət edildikdən sonra xx.xx.2023-cü il tarixdə 3 nəfər şəxs Cavadxan küçəsi 40 ünvanında polis əməkdaşları tərəfindən saxlanılarkən onlara irad bildirildikdə onlar əvvəlcə qaçmağa çalışmışlar, daha sonra ətrafdakı şəxslərə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışlar. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yaşayan jurnalist xanım X3 “Facebook” sosial şəbəkədə DİN-in rəhbərliyinə müraiət edərək binanın blokunda və 9 nömrəli tam orta məktəbin divarlarında naməlum şəxslərin «СК.МЕФ», «КИКС СС» yazmaları və bununla da narkotik vasitələrin və psixotrop maddələrin satışını təbliğ etmələri barədə müraciət etmişdir. Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşlarının daxil olmuş məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin 3 nəfər şəxs Cavadxan küçəsi 40 ünvanda müəyyən olunaraq tərəflərindən saxlanılmışlar, özlərini təqdim etdikdən sonra üzərlərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını və bu fəaliyyətlə məşğul olmalarının səbəbini və əsaslarını soruşduqda həmin 3 nəfər şəxs məsuliyyətdən boyun qaçırmaq üçün qaçmağa cəhd göstərmişlər. Onların qanuni tələblərinə tabe olmamaqla ünvanlarına və ətrafda yığılan şəxslərin ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə etmişlər, lakin onlar fiziki qüvvə tətbiq etməklə həmin şəxslərin qaçmaqlarının qarşısını almışlar və onları avtopatrula əyləşdirərək 19-cu PŞ-nə gətirmişlər. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxslər X10, X1 və Şəxsdur. Onlar törətdikləri əməli etiraf edərək binanın və məktəblərin divarlarına yazmış olduqları yazıların Teleqram sosial tətbiqi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin “Onlayn” yolla əldə olunması va eyni zamanda pul müqabilində həmin narkotik “kuryerlik” xidmətini təklif etmişlər. Bununla da onlar gün ərzində 150 bu cür yazılar yazmaqla 75 manat pul əldə edərək 3 nəfər arasında bölmüşlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 19 sentyabr 2023-cü il və 20 sentyabr 2023-cü il tarixlərdə eyni məhəllədə yaşadığı uşaqlarla birlikdə Nəsimi rayonu ərazisində yaşayış binaların divarlarında və bloklarında narkotik vasitələrin və psixotrop maddələrin satışını təbliğ edən sayt adı yazmışlar. xx.xx.2023-cü il tarixdə Cavadxan küçəsi 40 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparılmışdır. O, polis əməkdaşına qarşı tabesizlik etməmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru X8 zahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 3 nəfər şəxs Cavadxan küçəsi 40 ünvanında digər polis əməkdaşları ilə birlikdə saxlanılmış, özlərini təqdim etdikdən sonra üzərlərində şəxsiyyətini təsdiq edən sənədin olubolmamasını və bu fəaliyyətlə məşğul olmalarının səbəbini və əsaslarını soruşduqda həmin 3 nəfər şəxs məsuliyyətdən boyun qaçırmaq üçün qaçmağa cəhd göstərmişlər. Onların qanuni tələblərinə tabe olmamaqla ünvanlarına və ətrafda yığılan şəxslərin ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə etmişlər, lakin onlar həmin şəxslərin qaçmaqlarının qarşısını almışlar və onları avtopatrula əyləşdirərək 19-cu PŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru X11 şahid X8 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanda yaşayan jurnalist xanım X3 “Facebook” sosial şəbəkədə DİN-in rəhbərliyinə müraiət edərək binanın blokunda və 9 nömrəli tam orta məktəbin divarlarında naməlum şəxslərin «СК.МЕФ», «КИКС СС» yazmaları və bununla da narkotik vasitələrin və psixotrop maddələrin satışını təbliğ etmələri barədə müraciət etmişdir. Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşlarının daxil olmuş məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin 3 nəfər şəxs Cavadxan küçəsi 40 ünvanda müəyyən olunaraq tərəflərindən saxlanılmışlar, özlərini təqdim etdikdən sonra üzərlərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını və bu fəaliyyətlə məşğul olmalarının səbəbini və əsaslarını soruşduqda həmin 3 nəfər şəxs məsuliyyətdən boyun qaçırmaq üçün qaçmağa cəhd göstərmişlər. Onların qanuni tələblərinə tabe olmamaqla ünvanlarına və ətrafda yığılan şəxslərin ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə etmişlər, lakin onlar fiziki qüvvə tətbiq etməklə həmin şəxslərin qaçmaqlarının qarşısını almışlar və onları avtopatrula əyləşdirərək 19-cu PŞ-nə gətirmişlər. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxslər X10, X1 və Şəxsdur. Onlar törətdikləri əməli etiraf edərək binanın və məktəblərin divarlarına yazmış olduqları yazıların Teleqram sosial tətbiqi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin “Onlayn” yolla əldə olunması va eyni zamanda pul müqabilində həmin narkotik “kuryerlik” xidmətini təklif etmişlər. Bununla da onlar gün ərzində 150 bu cür yazılar yazmaqla 75 manat pul əldə edərək 3 nəfər arasında bölmüşlər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 396-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdəndə məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 21 sentyabr 2023-cü il tarixindən saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 396-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4386/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4386/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver