Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4412/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, istifadəsində olan "Chevrolet Malibu" markalı ** OC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən sola Vaqif prospektinə dönmək üçün heç bir qayda pozmadan yolun sola dönmək üçün olan hərəkət hissəsinə keçmiş və "sola hərəkət" nişanı olan yoldan Vaqif prospektinə dönmüşdür. Heç qayda pozmadığı halda yol polisi əməkdaşı avtomobili saxlamış, yolların hərəkət hissəsinin işarələrini pozduğuna görə onun barəsində protokol tərtib ediləcəyini bildirmişdir. Etiraz edərək hər hansı bir qayda pozmadığını bildirərək, işə düzgün baxılmasını və protokol tərtib etmədən sənədlərini qaytarmasını xahiş etsə də, barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla razılaşmadığından Bakı şəhər X10 İdarəsinə elektron qaydada şikayət ünvanlamış və inzibati işin onun iştirakı ilə araşdırılmasını xahiş etmişdir. Şikayətə baxılarkən onun iştirakı təmin edilməmiş və xx.xx.2025-ci il tarixdə cavab məktubu ilə cavab verərək, yol hərəkəti qaydasını pozmağının təhlükəsizlik şəhər kameraları vasitəsilə qeydə alınmış video görüntülərə baxış zamanı öz təsdiqini tapdığını bildirmişlər. İştirakı təmin edilmədən verilən cavab məktubunu qanunsuz hesab etdiyindən tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinin inspektoru pols serjantı X4 İnzibati xəta haqqında tərtib etdiyi İXP ******* saylı, xx.xx.2024cü il tarixli protokolu və onun əsasında qəbul edilən qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsi və Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinin inspektoru pols serjantı X4 inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-767/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin olunaraq, Bakı şəhər BDYPİ-nin Yol patrul xidmətinin inspektoru polis serjantı X4 İnzibati xəta haqqında tərtib etdiyi İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolu və onun əsasında qəbul edilən qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün AR BDYPİ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (video-görüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə onun elektron poçt ünvanına Bakı şəhər BDYPİ tərəfindən məktub ünvanlanmış, həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, iş yenidən baxılaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyi təsdiqini tapdığından barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin məktubda onun barəsində qərar qəbul edildiyi göstərilsə də, qərarın surəti məktuba əlavə edilməmişdir. Bununla bağlı X9 cənab Vilayət Eyvazova xx.xx.2025-ci il tarixində şikayət ünvanlayaraq, DYPİ-nin qanunsuz hərəkətlərinə son qoymasına və yaxud qəbul etdikləri qərarı ona təqdim etmələrinə köməklik göstərməsini xahiş etmişdir. Müraciətinə cavab verilmədiyindən xx.xx.2025-ci il tarixdə Bakı şəhər BDYPİ-nə yaxınlaşmış və qərarın surətini tələb etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixində Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı ona təqdim edilmişdir. Həmin qərarla tanış olarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında göstərilən nöqsanlar aradan qaldırılması istiqamətində baxılmadığı müəyyən edilmişdir, yəni yenidən işə səthi araşdırma aparmaqla, onun iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (video-görüntü, protokol və s.) istinad etməməklə, onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Bundan başqa Bakı şəhəri DYPİ-nin polis kapitanı X2 TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarı qəbul edərkən, məhkəmə qərarında göstərilənlərdən əlavə olaraq ilkin protokol olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolunu tərtib etmiş Bakı şəhər BDYPİ-nin Yol patrul xidmətinin inspektoru polis serjantı X4 da iştirakını təmin etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yolların hərəkət hissəsinin işarələri tərəfindən pozulmamışdır. Onu da qeyd edir ki, qərar tam qanunsuz tərtib edilmiş, qərar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı tam qərəzli və formal qaydada qəbul edilmişdir. Səlahiyyətli orqan tərəfindən qəbul edilən qərar ciddi hesabat sənədidir və onun doldurulmasına ciddi riayət olunmalıdır. Bu vəzifəli şəxsin vəzifəsidir və ona əməl etmək onun borcudur. Qərarda olan bəndlərin doldurulmasından görünür ki, inzibati iş obyektiv araşdırılmamışdır. Qərarın nə təsviri, nə əsaslandırma hissəsi qanunvericiliyin tələbinə uyğun deyildir. Qərarda nəyin araşdırıldığını, nəyə görə onun barəsində inzibati tənbeh tədbiri barədə qərar qəbul edildiyi, onun hansı qaydanı pozmağı, ümumiyyətlə işin mahiyyətinin nədən ibarət olması başa düşülmür. Ona görə də qeyd olunan qərarı əsassız, qeyri-obyektiv və qərəzli hesab edir, eyni zamanda İXM-nin 327.1-ci maddəsi ilə özünü təqsirli hesab etmir. Qeyd olunanlara əsasən, Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsi və TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 və İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolu tərtib etmiş Bakı şəhər BDYPİ-nin Yol patrul xidmətinin inspektoru polis serjantı X4 inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər BPİ-nin X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-767/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X6 yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, şikayət TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 və İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokolu tərtib etmiş Bakı şəhər BDYPİ-nin Yol patrul xidmətinin inspektoru polis serjantı X4 inzibati məsuliyyətə cəlb olunmalarına dair hissədə isə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4412/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4412/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver