Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4413/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə saat 16:06-da ünvan 1 ünvanında yerləşən Şəxsnə məxsus aptek təşkilatında dövlət qeydiyyatı tələb olunan lakin dövlət qeydiyyatından keçməyən “Alprazolam” (0,5 mq) adlı dərman vasitəsinin satışı faktı aşkar edilmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev tərtib edilmiş protokolu müdafiə edərk Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinir. Şəxs MMC 25 ildən artıqdır Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə fəaliyyət göstərir, hər zaman dövlət orqanları ilə əməkdaşlıq edir və heç vaxt nüfuzuna zərər gətirən hal baş verməmişdir. Hazırkı işdə təqdim olunan iddialar heç bir real, qanuni və texniki sübuta əsaslanmır. Şikayət guya alışdan iki həftədən çox müddət keçdikdən sonra təqdim olunmuşdur ki, bu da iddianın etibarlılığına ciddi şübhə yaradır. Təqdim olunmuş fotoşəkil isə sübut kimi qəbul edilə bilməz, çünki onun çəkilmə yeri, vaxtı və şəraiti dəqiq göstərilməmişdir. Hər kəs bir yerdən mal alıb, sonra həmin qəbzi başqa bir məhsulla təqdim edə bilər ki, bu da belə “sübutun etibarlılığını tamamilə aradan qaldırır. Məsuliyyətli şirkət olaraq, onlar satış proseslərinin texniki qeydiyyatını təkmilləşdirmək qərarına gəlmişlər. Lakin bu, təqsirin etirafı deyil, gələcəkdə süni şəkildə yaradılan və ya qərəzli şikayətlərin qarşısını almaq üçündür. Artıq avadanlıq sifariş olunmuş və bir həftə ərzində yeni kameraların quraşdırılması başa çatdırılacaqdır. Bu kameralar görüntüləri 3 aya qədər saxlayacaq və yüksək keyfiyyətli təsvir təmin edəcək, o cümlədən dərman qutusunun üzərindəki adın oxunmasını mümkün edəcəkdir. Uyğun avadanlığın tapılması və ixtisaslı mütəxəssisin cəlb olunması müəyyən vaxt tələb etsə də, proses artıq başlamışdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanan 21 iyun 2025-ci il tarixli, № 3-54/2-M-6xxxx/2025 nömrəli məktubdan görünür ki, vətəndaş Toğrul Məmmədovun 17 iyun 2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə “Alprazolam” (0,5 mq) dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması barədə müraciətinə baxılmış, müraciətin araşdırılması zamanı vətəndaşın “Alprazolam” (0,5 mq) dərman vasitəsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin pharma.az rəsmi internet saytında yerləşdirilmiş məlumatlara əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin siyahısında olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X3” X5 tərəfindən tərtib edilmiş 14 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 14 iyun 2025-ci il tarixdə saat 16:06-da ünvan 3 ünvanında yerləşən Şəxsnə məxsus aptek təşkilatında dövlət qeydiyyatı tələb olunan lakin dövlət qeydiyyatından keçməyən “Alprazolam” (0,5 mq) adlı dərman vasitəsinin satışı faktı aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus obyektdə (aptekdə) 14 iyun 2025-ci il tarixində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitəsinin satışı qeyd olunsa da, lakin həmin dərman vasitəsinin Şəxs MMC tərəfindən satışını və satış məqsədi ilə saxlanılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 221.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-4413/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4413/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver