Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4424/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs Bank Olmayan Kredit X3 Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs BOKT ASCnin mülkiyyətində olan «KİA CADENZA» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 21:13-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin hüquqi şəxsin nümayəndəsi etiraz ərizəsi ilə elektron poçt vasitəsilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəxs BOKT ASC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməmişdir. Belə ki, Nəsimi RDYPŞ tərəfindən göndərilən sorğu xx.xx.2023-cü il tarixdə Şəxs BOKT ASC-yə daxil olmuşdur. Daxil olan sorğuya həmin gün baxılmış və xx.xx.2023-cü il tarixdə saat 21:13-də Cəmiyyətin mülkiyyətində olan **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 (sürücülük vəsiqəsinin seriya və nömrəsi: AD 003400) tərəfindən idarə olunması barədə məlumat xx.xx.2023-cü il tarixdə müraciət edənin ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə sürətli poçt xidməti tərəfindən həmin cavab məktubu ünvana çatdırılmış və “Kərimov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, Nəsimi RDYPŞ-nin sorğusuna qanunvericiliyin tələbinə uyğun şəkildə cavab verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxs BOKT ASC-yə məxsus «KİA CADENZA» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə saat 21:13-də İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2023-cü il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan Şəxs BOKT ASC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda «KİA CADENZA» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etdiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, Şəxs BOKT ASC-nin mülkiyyətində olan «KİA CADENZA» minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 21:13-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs BOKT ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-4424/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4424/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver