Məhkəmə qərarları › İş №3(006)-443/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-443/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-443/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 00100-0086/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun xx.xx.2020-ci il tarixli, 00100/2647 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdə azad edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən, yenidən Türkiyə Respublikasından M**********00759 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99JC647/10ZJ173 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal etdiyi səthi sıxlığı 70 q/m2-dən çox olan, lakin 150 q/m2dən çox olmayan 12180 m2 polipropilen geotekstil keçəsi yükünün çəkisi 1200 kq olduğu halda, Azərbaycan Respublikasına gətirildikdən sonra xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2205 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən 7ci mal mövqeyində malın çəkisi 600 kq qeyd etməklə, mallara görə əlavə ödənilməli olan 1610,37 manat idxal rüsumu, 2222,31 manat əlavə dəyər vergisindən ibarət olmaqla, ümumilikdə az miqdarda, 3832.68 manat gömrük ödənişlərin ödənilməsindən yayınmışdır. Bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi E.A.Qasımov bildirmişdir ki, şirkət malları alarkən kvadrat metrlə alır, lakin gömrük idarəsi malları çəki ilə hesablayır. Həmin malları alan zaman şirkət kvadrat metrlə almışdır. Belə ki, mallara dair gömrük bəyannaməsində də mallar kvadrat metrlə göstərilmişdir. Həmin halları təsdiq edən sənədləri, o cümlədən gömrük bəyannamələrini məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, 00100-0086/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun xx.xx.2020-ci il tarixli, 00100/2647 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdə azad edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən, yenidən Türkiyə Respublikasından M**********00759 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99JC647/10ZJ173 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal etdiyi səthi sıxlığı 70 q/m2-dən çox olan, lakin 150 q/m2-dən çox olmayan 12180 m2 polipropilen geotekstil keçəsi yükünün çəkisi 1200 kq olduğu halda, Azərbaycan Respublikasına gətirildikdən sonra xx xxxxxx 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2205 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən 7ci mal mövqeyində malın çəkisi 600 kq qeyd etməklə, mallara görə əlavə ödənilməli olan 1610,37 manat idxal rüsumu, 2222,31 manat əlavə dəyər vergisindən ibarət olmaqla, ümumilikdə az miqdarda, 3832.68 manat gömrük ödənişlərin ödənilməsindən yayındığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin:  238.1-ci maddəsinə əsasən idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır;  238.2-ci maddəsinə görə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır;  242.2-ci maddəsinə görə gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X2in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür;  243.1-ci maddəsinə görə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. “Azərbaycan Respublikasının X2 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X2 X3 Şərhetmə Qaydalarına müvafiq olaraq “metalla doldurulmuş rezindən hissələrmal mövqeləri adı altında XİF MN üzrə 4016 99 520 0 saylı kod ilə sinifləşdirilən mallara dair 15% gömrük rüsumu (tarif) dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 3.832 manat 68 qəpik manat gömrük ödənişi məbləğinin 100 faizi – 3.832 (üç min səkkiz yüz otuz iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar